Əsas Səhifə > Sosial, Manşet > 60 sot torpağı deputat İqbal Məmmədov tərəfindən zorla əlindən alınıb
60 sot torpağı deputat İqbal Məmmədov tərəfindən zorla əlindən alınıb10-08-2015, 10:20 |
Lerik rayon sakini Eldəniz Quliyev TİA.AZ-a müraciət edib. Onun sözlərinə görə, 60 sot torpağı deputat İqbal Məmmədov tərəfindən zorla əlindən alınıb. Rayonun Nəriman Nərimanov küçəsi ev 21-də yaşayan Eldəniz Şadkamal oğlu Quliyev deyir ki, ümid yeri dövlət qurumlarıdır. O bildirib ki, onun 60 sot qanuni sənədi olan həyətyanı sahəsini İqbal Məmmədov zorla ondan alıblar: “Lerik rayonunda 60 sot qanuni mülkiyyətimi zorla əlimizdən alıblar. Bunun səbəbi odur ki, mənim torpağım dövlət əhəmiyyətli obyektin tikintisi üçün plana düşmüşdü. Bunun müqabilində mənə kompensasiya vermədilər". O, bununla bağlı dəfələrlə şikayət etdiyini, lakin şikayətlərinin heç bir nəticə vermədiyini iddia edir. E.Quliyev bildirib ki, məsələni ictimailəşdirəndən sonra deputat İqbal Məmmədov onu təhdid edib: "Mən öz hüquqlarımı qorumaq üçün bu məsələni ictimailəşdirmək istəyirəm. Əvvəllər də bunu etmişəm, amma rayonun deputatı İqbal Məmmədov bir müddət əvvvəl mənimlə telefon əlaqəsi yaradaraq “səni aradan götürərəm” deyə təhdid etdi. Hətta nalayiq küçə söyüşləri ilə məni təhqir etməkdən çəkinmədi. 75 yaşlı anamı – Əliyeva Xoşqədəm Şövqi qızını təhqir elədilər. Axşam saat 17:08 radələrində 2-ci dəfə anonim zəng edərək, bu məsələni böyütsəm, məni öldürəcəklərini bildirdilər”. Şikayətçi həmçinin ailəsinin yaşadığı ağır güzərandan və başına gələn müsibətlərdən də danışıb: “15 ailə üzvümüz var. Ümidimiz o torpaq sahəsi idi. Əkinimizi viran, bizi müflis etdilər. Qardaşım – 1968-ci il təvəllüdlü Quliyev Tahiri rayon deputatı İqbal Məmmədov qohumları vasitəsi ilə şər atdıraraq həbs etdirdi. Bu məsələdən çəkindirmək üçün hər gün bizə hədə-qorxu gələn anonim zənglər edirlər”. Vətəndaş həmçinin deputation təzyiqlərindən bezərək özünü yandıracağını da istisna etmədi. Ailəmizin razılığı olmadan torpaq sahəmizi "Azərenerji"nin rəhbəri Etibar Pirverdiyevə satıblar. Orada əkdiyimiz taxıl zəmisini texnikanın qabağına verib məhv ediblər. Mənə deyirlər ki, prezidentin sərəncamı var və biz bu ərazini almalıyıq. Xahiş edirəm, 75 yaşlı anamın və körpələrimin ah-naləsini yerdə qoymayın". Geri qayıt |