Əsas Səhifə > Sosial, Manşet > Fazil Məmmədovun qohumu olduğunu deyib sahibkarlara "racon kəsir"...
Fazil Məmmədovun qohumu olduğunu deyib sahibkarlara "racon kəsir"...26-08-2015, 09:59 |
DİA.AZ: - Redaksiyamıza müraciət edən sumqayıtlı sahibkar Teymur Yusfiov yerli vergi idarəsinin qanunsuz fəlaiyyətindən narazılıq edir. Sahibkar bu barədə DİA.AZ-a yazır: "2 saylı ərazi vergilər departamentinin rəisi Abbas İsmayılov işdən çıxarılandan sonra onu Zaur Adilov əvəz edir. O da dərhal başlayıb pul yığmağa. Zəifə, güclüyə, iriyə, balacaya baxmırlar - hamıdan 500 manatdan 7000 manatadək tələb edirlər. Etiraz edəndə cərimə ilə hədələyirlər. Şəhərdə əksər sahibkarlara VÖEN-i bağlatdırıb, "pulu dövlətə ödəmə, bizə ver" deyirlər. Özünü vergilər nazirinin qohumu kimi qələmə verən Elməddin adlı vergi əməkdaşı avtotəmir sexlərinə tas qoyub ki ayda 100 manat versinlər və əvəzində VÖEN olmadan işləyin. Eləcə də 41-ci məhəllədəki 9-cu, 11-ci mikroyondakı "moyka"lar, dükanlar, başqa obyektlər də Elməddinə ayda 100 manat verirlər. O da bu pulları rəis üçün yığdığını deyir. Həmçinin Sumqayıtda vergi işçilərinin "krışalığı" da var. Ona görə də ayaqqabı təmiri, avto təmir sexlərində, "moyka"larda, bərbərxanalarda, oyun zallarında alqı-satqı, yəni ticarət gedir, ətir, su, qol saatı, kontur, avtomobil üçün bəzəklər və başqa əşyalar satılır. Elməddinin baxdığı ərazilərdə 95 faiz VÖENsiz fəaliyyət göstərir, yoxlama gələndə hamı obyektini bağlayıb aradan çıxır". Bu arada narazı sahibkar dia-az.life-a yerli sosial müdafiə fondunun işçilərindən də narazılığını çatdırır: ""Pensiya fondu" deyilən idarə var, onlar da işləməyə imkan vermirlər. Vergidə VÖENi bağlayırıq ki vergi ödəməyək, amma Anar adlı "sobez" işçisi hər ay gəlib 20 manatdan yığır ki verməsəz, cərimə edərik. Deyir, "mənlik deyil, müdürümüz var Vəzir, o, hər obyektə tas qoyub". Dövlətə verməsən də olar, VÖENin oldu-olmadl obyektin fəaliyyət göstərir, bizə də hörmət etməlisən. Bunların əlindən işləmək olmur. Biz belə çıxır ki Elməddin və Anara işləyirik". Bütün bu iddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |