Əsas Səhifə > Sosial, Manşet > O, Balakənə gedir... Balakən hara gedəcək...

O, Balakənə gedir... Balakən hara gedəcək...


7-09-2015, 08:53
O, Balakənə gedir... Balakən hara gedəcək...
DİA.AZ: - Məlum olduğu kimi, Prezident İlham Əliyevin sərəncamı ilə
Nəsib Məhəmməd oğlu Məhəməliyev Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib və vəzifəsindən azad edilən yeganə icra başçısı olub ki, onun hansısa digər vəzifəyə təyinatı baş verməyib. Bu isə haqlı olaraq ictimai rəydə Nəsib Məhəməliyevin “vurulması” kimi dəyərləndirilib. Baş verənlərlə bağlı sabiq icra başçısı Nəsib Məhəməliyevin fikirlərini öyrənmək məqsədilə “Unikal” qəzetinin baş redaktoru Asəf Rzayev onunla telefon( 05021153..) əlaqəsi yaradıb. Qısa müsahibə zamanı Nəsib Məhəməliyev olduqca ilginc açıqlamalarla çıxış edərək, ölkə gündəminə yeni mövzular verə biləcək ifadələr səsləndirib. Həmin müsahibəni olduğu kimi diqqətinizə çatdırırıq:
- Salam, Nəsib müəllim. Sizi “Unikal” qəzetindən narahat edirik. İstərdik ki, oxucularımızı maraqlandıran bir neçə sualı cavablandırasınız...
- Buyurun.
- Nəsib müəllim, cənab Prezidentin məlum sərəncamı ilə siz tutduğunuz vəzifədən azad olundunuz və sizinlə bağlı yeni təyinatın şahidi olmadıq. Bunu gözləyirdimizmi?
- Bəli, gözləyirdim.
- Sizdə belə bir məlumat haradan idi ki, siz vəzifədən azad olunacaqsınız? Axı, bu birbaşa ölkə prezidentinin səlahiyyətində olan məsələdir...
-Bilirsinizmi, mən hələ bir müddət öncə ölkə prezidenti, cənab İlham Əliyevə müraciət etmişdim ki, məni tutduğum vəzifədən azad etsin. Bu baxımdan məlum sərəncam mənim üçün gözlənilıməz deyildi.
- Maraqlıdır, sizi belə bir müraciəti etməyə vadar edən səbəblər nə idi? Yəni, siz hansı səbəbdən Nəsimi rayon icra hakimiyyətinin başçısı postundan getmək istəyirdiniz?
- Bilirsinizmi, bunun da öz səbəbi var. Mən artıq Milli Məclisdə təmsil olunmaq istəyirəm və qarşıdan gələn parlament seçkilərinə YAP- in namiziədi kimi qatilmaq niyyətindəyəm. Mən hələ 2000-ci ildə Balakənə icra başçısı təyin olunanda, deputat olmaq istəmişəm, amma bəzi səbəblərdən bu alınmayıb
- Sirr deyilsə, deputatlığa namizədliyinizi hansı seçki dairəsindən irəli sürmək niyyətindəsiniz?
- Burada heç bir sirr yoxdur, namizədliyimi Balakən rayonundan irəli sürməyi düşünürəm.
Sonda xatırladaq ki, Məhəməliyev Nəsib Məhəmməd oğlu 11 fevral 1961-ci ildə Balakən rayonunda anadan olub. 1982-1987-ci illərdə Kuybşev Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunun Dəmiryol nəqliyyatında “Daşınma prosesinin idarə olunması” ixtisası üzrə, 1991-1995-ci illərdə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini “hüquqşünaslıq” ixtisası üzrə bitirib. 2000-2006-cı illərdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı, 2006-2015-ci illərdə isə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.

DİA.AZ bildirir ki, bu arada keçmiş başçının məlum qərarının etirazla qarşılandığı da aydın olur. Belə ki, Balakən ictimaiyyəti və ziyalılarından ibarət onlarla şəxs tərəfindən cumhuriyyət.az -ın elektron poçtuna müraciət daxil olub. Müraciəti olduğu kimi dəyərli oxucuların diqqətinə təqdim edirik:

“Hörmətli redaksiya. Bizlər rayon ictimaiyyəti, ziyalıları adından müraciət səsləndirərək istəyirik ki, bu müraciətimizi bütün KİV nümayəndələri öz qəzet, sayt və portallarında daha geniş şəkildə ictimailəşdirsin. Biz Balakən ziyalıları və ictimaiyyəti cənab prezident İlham Əliyevin Nəsib Məhəməliyevin Bakı şəhəri Nəsimi rayon icra hakimiyyəti başçısı vəzifəsindən azad edilməsini alqışlayır və cənab prezidentin bu sərəncamını vaxtında və dəqiq verilmiş hesab edirik. Bizlər eyni zamanda cənab prezidentə bu qərara görə dərin təşəkkürümüzü bildiririk.

Bizlər qeyd etmək istəyirik ki, sabiq başçı Nəsib Məhəməliyev mətbuata məlumat ötürərək, özünün 109 saylı seçki dairəsindən millət vəkilliyinə namizəd olacağını elan etmişdir. Qeyd etmək istəyirik ki, Balakən rayonunda hətta YAP üzvləri də öz siyahılarında siyasi və mənəvi nüfuzunu itirmiş bir şəxsin namizədliyinə etiraz edirlər, eyni zamanda belə qərar olacağı halda onu müdafiə etməyəcəklərini bildirirlər.

Cənab prezident, əgər Nəsib Məhəməliyev Balakən rayonundan öz namizədliyini sərbəst şəkildə irəli sürərsə, təbliğat kampaniyasında balakənlilər tərəfindən baykot ediləcəkdir. Sonda bizlər bütün ölkə KİV-lərinin nümayəndələrindən xahiş edirik ki, balakənlilərin bu müraciətini dərc edəsiniz. Qoy hamı, bütün ölkə Balakən reallığının nədən ibarət olduğunu bilsin”.

Geri qayıt