Əsas Səhifə > Sosial, Manşet > Biznes aləminin "Qozbel İmanı" da böhrandan payını alıb...
Biznes aləminin "Qozbel İmanı" da böhrandan payını alıb...9-09-2015, 09:32 |
“Xalqlar dostluğu” ticarət mərkəzinin sahibi, əslən Naxçıvandan olan iş adamı İman Quliyev müflis olub. Bunu Moderator.az - a adının çəkilməsini istəməyən mötəbər mənbə bildirib. İddialara görə, biznes dairələrində və iş dünyasında "Qozbel İman" kimi tanınan İman Quliyev hələ 90 - cı illərin əvvəllərindən özünə geniş biznes şəbəkəsi yaratmaqla kifayət qədər sərvət sahibi ola bilib, eyni zamanda adının mümkün qədər cəmiyyətdə və mediada hallanmamasına, necə deyərlər, dilə - dişə düşməməsi üçün maksimum kölgədə qalmağa üstünlük versə də son bir neçə ildə səs - küylü layihələrdə adının hallanmasıyla gündəmə gəlib. "Google" axtarış sistemində İman Quliyev yazarkən də əsasən tikinti və turizm sahəsində fəaliyyət göstərdiyi vurğulanan bu adamın ən böyük şərikinin Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov olması iddiaları da yer alıb. Maraqlıdır ki, 2009 - cu ilə aid bir materialda hətta İman Quliyevin 60 milyon manat müqabilində “Xalqlar dostluğu” ticarət mərkəzini nəqliyyat naziri Ziya Məmmədova satmağa razılaşdığıyla bağlı iddialar olsa da bu günədək adıçəkilən ticarət mərkəzinin sahibi dəyişməyib. Amma deyəsən, belə getsə, tezliklə ticarət mərkəzinin gerçəkdən də yeni sahibinin peyda olacağı xəbərini eşidəcəyik. Çünki bir sıra iri layihələrində iflas yaşayan iş adamının labirintdən çıxmağa çalışsa da heç bir müsbət nəticə əldə edə bilmədiyi və günü - gündən vəziyyətinin daha da kritik duruma gəldiyi barədə təkzibedilməz məlumatlar əldə etmişik. Qeyd edək ki, Moderator.az-ın əməkdaşının əldə olunan məlumatlarla bağlı adıçəkilən iş adamının münasibətini öyrənmək cəhdləri uğursuzluğa düçar olub. Amma iddialara aydınlıq gətirməyə çalışsalar mövqelərini işıqlandırmağa hazırıq. Geri qayıt |