Əsas Səhifə > Sosial, Manşet > Aydın Əliyev maliyyə nazirliyinə və hesablama palatasına müraciət etdi

Aydın Əliyev maliyyə nazirliyinə və hesablama palatasına müraciət etdi


11-09-2015, 10:28
Aydın Əliyev maliyyə nazirliyinə və hesablama palatasına müraciət etdi
DİA.AZ: - Ölkəmizdə qanun pozuntularının daha çox müşahidə edildiyi qurumlardan biri də Dövlət Gömrük Komitəsidir (DCK). Qeyd edək ki, komitənin tabeliyindəki idarə və məntəqələrin fəaliyyətində yer alan nöqsanlar zaman keçdikcə artır və belə olan təqdirdə vətəndaşların haqlı narazılığı ortalığa çıxır. Bu sahədə mövcud olan problemlər Balakən Gömrük İdarəsindən də yan keçməyib. Qeyd edək ki, ötən illərdə Azərbaycan Dövlət Gömrük Komitəsinin strukturlarında bəzi kadr dəyişiklikləri baş verdi. Yerdəyişmələr çərçivəsində Astara Gömrük İdarəsinin rəisi Hikmət Məmmədov ölkənin cənubundan şimal-qərbinə, yəni Balakən Gömrük İdarəsinə göndərilmiş, onun yerinə isə müvafiq olaraq Balakən Gömrük İdarəsinin rəisi Ədalət Hüseynəliyev təyinat almışdı. Amma bu təyinat Balakən Gömrük İdarəsinin fəaliyyətində elə bir dəyişiklik yaratmadı. Ölkəmizə gələn qonaqlar tərəfindən fəaliyyətiləri mənfi qiymətləndirilən Balakən Gömrük İdarəsində xoşagəlməzliklər yaşanır.

Belə ki, Balakən gömrük-keçid məntəqəsindən keçərək ölkəmizə gələn xarici turistlər burada son dərəcə biabırçı durumla üzləşməli olurlar. Gürcüstana keçib-qayıdan vətəndaşlar gömrük əməkdaşlarının özbaşınalığından, burada sərhəd tanımayan qanunsuzluqlardan narazıdırlar. Burda insanlar saatlarla gözləməli olurlar ki, gömrük əməkdaşları nə vaxt insafa gəlib onları yoxlayıb buraxacaqlar. Qəsdən yoxlama prosesini gecikdirirlər. Gürcüstan tərəfinə keçərkən və oradan qayıdarkən avtobusun yoxlanılması beş saata yaxın vaxt aparır. Minik avtomobili ilə gələnlər isə nəyinsə sayəsində öz növbəsini qabağa saldırır və postu tez keçirlər. Avtobus sürücüləri isə onlardan tələb olunanı verə bilmir və bu səbəbdən saatlarla orada yubanmaq məcburiyyətində qalırlar.

Aydın Əliyev maliyyə nazirliyinə və hesablama palatasına müraciət etdi

Hətta bir müddət əvvəl bu barədə öz iradlarını ölkə mətbuatına təqdim edən Türkiyəli turistlər başlarına gələnləri belə anlatmışdılar: "Gürcüstandan Azərbaycana Balakən gömrük-keçid məntəqəsindən daxil olduq. Orada ömrümüzdə qarşılaşmadığımız sıxıntı ilə üzləşdik. Biz 14 nəfər İstanbuldakı Azərbaycan konsulluğundan ölkənizə səyahət üçün viza aldıq. Mən qrup lideri kimi Bursadan bu insanları İstanbula aparıb hər birinə ayrılıqda viza aldım. Biz konsulluqda viza alanda soruşduq ki, Azərbaycana turist səfəri zamanı özümüzün maşını ilə gedə bilərikmi? Başqa nəsə sənəd, ödəmə etmək lazımdırmı? Konsulluğun məsul işçisi cavab verdi ki, sadəcə hotel bron etdiyinizi gömrükdə göstərin və Azərbaycanı yaxşıca gəzin. Biz bir çox ölkələri gəzdik, amma Azərbaycan gömrüyündə rastlaşdığımız biabırçı durumla heç yerdə qarşılaşmadıq". Göründüyü kimi, xaricilər qarşısında bizi biabır ediblər.

Bu arada qeyd edək ki, Balakən Gömrük İdarəsinin Mazımçay keçid məntəqəsində də xoşagəlməz məsələlər baş verir. İstər yerli, istərsə də xarici vətəndaşlar burada İlkin adlı gömrük əməkdaşının alçaldıcı, təhqiramiz sözləri ilə rastlaşır. Vətəndaşlardan kimsə onun dediyini etmirsə, İlkin öz bildiyi hərəkəti edir, hətta alçaldıcı hərəkətlərə yol verir.

DİA.AZ-a daxil olan məlumatlardan aydın olur kiƏ, artıq Balakən gömrüyündəki özbaşınalıqlardan dolayı şikayətlərin artması nəhayətdə "yuxarıların" müdaxiləsi ilə nəticələnib. Bu barədə redaksiyamıza danışan qaynağın iddialarına görə, konkret olaraq "yuxarıların" tələbi ilə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Balakən Gömrük İdarəsinin fəaliyyətinin təftiş olunması üçün maliyyə nazirliyinə və hesablama palatasına müraciət etməli olub.

Mövzu diqqətimizdədir. Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt