Əsas Səhifə > Sosial, Manşet > Guya Əhməd Vəliyev yarıtmışdı...

Guya Əhməd Vəliyev yarıtmışdı...


21-09-2015, 09:39
Guya Əhməd Vəliyev yarıtmışdı...
Ermənistanla daban-dabana olan Qazax əhalisinin deputat sarıdan bəxti gətirməməyi hamıya məlumdur. Ona görə Ermənistanın adını çəkdik ki, bu bədnam ölkə ilə qonşuluq birbaşa təhlükədir. Yəni, hər an hər şey ola bilər. Məhz, bu səbəbdən Qazax əhalisinin düşmənlərə sinə gərməsindən ötrü başlıca səbəblərdən biri mənəvi dayaqdır. O, dayaq da Qazaxın deputalarından görünməyib. Təəssüflər olsun ki, 2 ildir rayonun mərkəzi xəstəxanası sökülsə də, bu günə kimi inşasından əsər-əlamət yoxdur. Allah eləməsin, müharibə başlasa, yaralıların haraya yerləşdirilməsi sual altındadır. Belə bir şəraitdə bu neçə ildə Qazaxın deputatı, Odlar Yurdu Universitetinin himayədarı (özü müsahibə verib ki, mən rektor deyiləm), “Oksigen” klinikasının rəhbəri, böyük obyektlərin və elmi titulların sahibi, və sairə, sairə kimi var-dövlətin başçısı Əhməd Vəliyev heç vaxt fikirləşmədi ki, “doğulub boya-baş çatdığıQazax kimi strateji əhəmiyyətli rayonda xəstəxana adlı səhiyyə ocağı yoxdur. Mən nə fikirləşirəm? Seçicilərimin üzünə necə baxacam?”Odur ki, deputatdan bir şey çıxmaz, ölkə rəhbərinin diqqəti birinci olaraq Qazax xəstəxanasının tikintisinə yönəlməlidir.
Qazaxın deputat seçimində bəxti ona görə gətirməyib ki, çox yerdə olduğu kimi rayon əhalisi öz namizədini seçə bilmir. Bu günə kimiüzü akademik Teymur Bünyadovdan tutmuş, Vaqif Səmədoğlu və Əhməd Vəliyev də içində olmaqla birinin rayona 1 qəpiklik xeyiri dəyməyib. Hər deputat da rayona gələndə icra başçısı ilə görtüşərək, oradan da o yana gedib.
Ümumiyyətələ, yaxşı məlumdur ki, Milli Məclisə seçilənlər yalnız öz kariyerasını qorumaq üçün seçilirlər. İnsafən, içırisində 10-15 nəfər olar ki, canları millət üçün yanır. Araşdırmalar göstərir ki, deputatlarımız nəvəsindən tutmuş kötükcəsinə kimi hər bir şərait yaradıb. Bunu danışmağın mənası yoxdur.
Bu gün də Qazax əhalisi təşviş içərisindədir. Üzünü görmədiyi, heç yerdə adını eşitmədiyi, Qazaxda bir ağacın dibinə 1 stəkan su tökmədiyi bir nəfərin namizədliyi irəli sürülüb. Bu şəxs deyilənə görə, Moskvada təhsil almış Nəbizadə Kamran Telman oğludur. Onun seçkiyə getməsi üçün 1 gündəcə 500 imza toplanıb. Deyirlər ki, Bakıda havalandırıcı sistem deyilən sahədə çalışır. 1971-ci ildə anadan olub.
Bu lap sovet cəmiyyətindəki seçkilərə oxşadı. O dövrü yaşayanlar yaxşı bilirlər ki, Azərbaycandan deputat Moskvadan göndərilmiş bir rus olurdu. Kortəbii hamı da ona səs verirdi. Heç verilməsə də seçilirdi. “Xala xətrin qalmasın” deyə hamını seçkiyə aparırdıladr. Nə deyək, demək olar ki, hazırda da həmin gün yaşanmaqdadır. Yenə də sağ olsunlar ki, adamı sayırlar...
Ilham Hacalı

Geri qayıt