Əsas Səhifə > Sosial, Manşet > İbrahimovların "son qalası" da "yıxıla" bilər...

İbrahimovların "son qalası" da "yıxıla" bilər...


9-10-2015, 09:09
İbrahimovların "son qalası" da "yıxıla" bilər...
“Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov vəzifədən uzaqlaşdırıla bilər”.
Məlumatlı mənbələrdən Bizimxeber.az-a daxil olan məlumata görə, I Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı olan siyasi hücumlar və onların fonunda yaranan vəziyyətin qarşısını almaq kimi imkanlar Diasporla İş üzrə Dövlət Komitəsinin gücündən çox-çox kənarda qalıb: “Hansı ki, bu illər ərzində diaspora fəaliyyətinin qurulması və xarici ölkələrdəki diasporaların güclənməsi və münasibətlərin normallaşdırlması istiqamətində büdcədən milyonlar ayrılıb, beynəlxalq layihələr həyata keçirilib. Nəticə isə göz qabagında. Azərbaycana qarşı edilən son siyasi hücumlar zamanı diasporanın fəaliyyəti demək olar ki, görünmədi. Daha dogrusu, diasporamız susmaqla kifayətləndi”.
Bizimxeber.az-a daxil olan məlumatda qeyd olunur ki, baş verənlərdən Komitə sədri Nazim İbrahimovun xəbəri var və prosessin qarşısının alınması üçün ciddi çalışır. Amma bu cəhdlərin boşa çıxacagı gözlənilir.
Digər bir məlumata görə, Diasporla İş üzrə Dövlət Komitəsinə yeni sədr kimi xanim deputatlardan biri real namizəddir. Bu xanım uzun illərdi Azərbaycanın dunyada tanınması və siyasi əlaqələrin qurulmasında yaxından iştirak edir…

Geri qayıt