Əsas Səhifə > Sosial, Manşet > Hansı deputatın Akif Çovdarovla dərman biznesi var?
Hansı deputatın Akif Çovdarovla dərman biznesi var?3-11-2015, 09:11 |
Milli Təhlükəsizlik Nazirliyində (MTN) baş verən olayların üstü açıldıqdan sonra ortaya yeni-yeni maraqlı məqamlar çıxır. JAM.AZ xəbər verir ki, bu nazirlikdə təmsil olunan bir çox yüksək çinli məmurlar təkcə sahibkarların başına torba keçirib, MTN-ə gətirib pullarını almırmışlar. Həmçinin özlərinin də bir çox biznes sahələri olub. Verilən məlumata görə, MTN-in ən aparıcı idarələrindən birinə rəhbərlik edən Akif Çovdarovun da bir xeyli biznesi olub. Onun Abşeron rayonunda iri gülçülük plantasiyalarının varlığı barədə hələ bir müddət əvvəl mətbuatda yazılar gedib. Amma generalın dərman sektorunda da payı varmış. JAM.AZ-a verilən məlumata görə, Çovdarovun bacısı oğlanlarından biri MTN-də məhz dərman bazarına nəzarət edirmiş. Və onu bu yaxınlarda işdən çıxarıblar. Buna paralel olaraq, Çovdarovla məşhur deputatlardan birinin dərman biznesi də varmış. JAM.AZ-a verilən məlumata görə, bu ortaq biznes sayəsində ölkəyə bir sıra dərman pereparatlarını yalnız şəriklər gətirə bilərmiş. «Kontromal» adlanan həmin dərmanın narkotik tərkibili olduğu və sakitləşdirici vasitə kimi, qeydiyyatdan keçirildiyi deyilir. Məlumatda vurğulanır ki, deputatla generalın ortaq biznesinə müdaxilə edən və ya «Kontromal»ın analoqunu belə ölkəyə gətirən sahibkarı ağır cəzalar gözləyirmiş. Qeyd edək ki, həmin deputatın adı bizə məlumdur. Bununla bağlı bəzi dəqiqləşdirmələr apardıqdan sonra geniş bilgi verəcəyik. Geri qayıt |