Əsas Səhifə > Sosial, Manşet > Cavid Qurbanov işbazları yerində oturda biləcəkmi?

Cavid Qurbanov işbazları yerində oturda biləcəkmi?

25-11-2015, 09:24
Cavid Qurbanov işbazları yerində oturda biləcəkmi?
Xaçmaz və Şabran rayonları ərazisində yerləşən dəmir yolu xəttinin Vəlvələ çayı üstündən keçən hissəsində əsaslı təmirdən sonra körpünün alt hissəsindən ağir tonnajlı yük maşınlarının kecməsinə icazə verilmirdi. Bu ərazidə olan cumhuriyyet.az əməkdaşı müşahidə edib ki, hal hazirda həmin keçiddən gün ərzində 20-yə yaxın ağir yük maşınları daş karxanasına daş daşyir. Bu proses isə yeni təmir olunmuş və strateji əhəmiyyətli körpünü, demək həm də dəmir yol xəttini qəzalı vəziyyətə salir.
Məsələ ilə bağlı cumhuriyyet.az olaraq “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovla əlaqə saxladıq. O bildirdi ki, həmin ərazidən yük maşınlarının keçməsinə icazə verilməyib, yalnız yaxınlıqda yerləşən kəndlərin minik aftomobillərinə keçid üçün icazə verilib. N.Əzməmmədov problemin həll olunacağını bildirdi. Biz də öz növbəmizdə məsələni diqqətdə saxlayacağımızı anons edirik. Hələliksə “yük maşınlarının keçməsinə icazə verilməyən ərazi”dəki real durumu əks etdirən fotoları diqqətinizə çatdırırıq.

Geri qayıt