Əsas Səhifə > Sosial, Manşet > Gəncə Dövlət Universitetində rektor etimadını itirib...
Gəncə Dövlət Universitetində rektor etimadını itirib...27-11-2015, 09:26 |
MTN-də baş verən olaylardan sonra üzə çıxan bir sıra məlumatlar durumun kifayət qədər dəhşətli olduğunu ortaya qoymağa başlayıb. İndiyə qədər təkcə Eldar Mahmudov və onun adamlarının ayrı-ayrı şəxsləri dinlədiyi və ya izlədiyi aşkarlansa da, sonradan bu prosesin digər qurumlarda da baş verdiyi aşkarlanmaqdadır. JAM.AZ xəbər verir ki, gizli şəkildə dinləmə və izləmə əməliyyatları daha bir universitetdə qalmaqala səbəb olub. Məlumatlara görə, proses Gəncə Dövlət Universitetində baş verib. GDU-nun fizika fakultəsinin dekanı İldırım Qasımovun təhsil ocağının bütün koridor və otaqlarına dinləmə və müşahidə qurğuları yerləşdirdiyi üzə çıxıb. Məlumatlara görə, Qasımov son bir neçə ildir mətbuatda universitet haqqında gedən tənqidi yazıların kimlər tərəfindən ötürüldüyünü aydınlaşdırmaq üçün qanunla qadağan edilmiş vasitələrdən yararlanıb. JAM.AZ-a məlumat verən GDU nümayəndələrinin bildirdiyinə görə, dekan bütün koridor, otaqlara müşahidə qurğuları yerləşdirməklə yanaşı, həm də kontingenti dinləməklə məşğul olub. İş o həddə çatıb ki, ayaqyoluların qapılırının ağzına belə gizli şəkildə kameralar yerləşdirilib. Məlumatlarda iddia edilir ki, İldırım Qasımov bu addımı atarkən rektor Yusif Yusifovun icazəsini alıb. Və bununla guya, «mənbə»nin kimliyini müəyyənləşdirə biləcəyini düşünüb. Lakin GDU-nun müəllim heyəti, xüsusən də qadın müəllimələr məsələdən xəbər tutublar. Və bundan sonra skandal yaşanıb. Belə ki, müəllimələr İldırım Qasımovun otağına gedərək, dekandan atdığı addımların izahatını tələb ediblər. Onlar ayaqyolunun qarşısına gizli kameranın quraşdırılmasına daha çox qəzəbləniblər. Lakin dekan onların suallarına cavab verə bilməyib. JAM.AZ-a daxil olan məlumata görə, baş verən qalmaqaldan sonra GDU-nun müəllim heyəti Təhsil Nazirliyi və digər dövlət qurumuna müraciət etmək qərarına gəliblər. Onlar İldırım Qasımov və rektor Yusif Yusifovun artıq onların özəl həyatlarına, həytta ayaqyoluna getmələrini pusmasına aydınlıq gətirilməsini tələb edirlər. Geri qayıt |