Əsas Səhifə > Sosial, Manşet > Səlim Müslümovun işçisi ilə bağlı şok iddia...
Səlim Müslümovun işçisi ilə bağlı şok iddia...7-12-2015, 09:02 |
“Mənim 5 uşağım var, qış paltarı ala bilmədiyimə görə heç birisi məktəbə də getmirlər. Balaca bir komada yaşayıram, gəlin baxın, polu da yoxdur, torpağın üstündə yatıram. Rütubətdə yatmaqdan ailəm də, özüm də xəstəlik tapmışıq”. Bu sözləri JAM.AZ-a Cəlilabad rayonu, Alqasımlı kənd sakini Ağayev Hidayət Nəsir oğlu yazaraq bildirib. O qeyd edib ki, sənədlərini toplayaraq Cəlilabad Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinə verib. «Uzun müddətdir ki, sosial yardım almaq istəyirəm, amma Cəlilabad Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzindən mənə deyirlər ki, 10 ayını bizə ver, sosial yardım düzəldək. Səbəb də budur ki, kreditim var. Krediti anamın dializ xəstəliyi olduğuna görə götürüb onu müalicə etdirmişəm. Mən başa düşmürəm, bu ölkədə sosial yardım krediti olana niyə verilməməlidir? Bu ölkədə ən acınacaqlı vəziyyətdə yaşayan elə krediti olanlardır. Mənim kimi acından ölən adamdan kredit bəhanəsilə 10 aylıq sosial yardımı rüşvət kimi istəmək hansı dinə-imana sığar?» Hidayət Ağayev yaxır ki, rayonda onun kimi onlarla kasıb ailə tanıyır ki, günlərlə ƏƏSMN-nin Cəlilabad şöbəsinin qabağında əsir-yesir olub. «Amma ünvanlı sosial yardım ala bilmir. Yaxın qohumum Habil Qarabağ əlilidir, övladları və özü ağır xəstəlikdən əziyyət çəkir. İki aydır ki, o da mənimlə bərabər SMM-ə demək olar, hər gün gedib-gəlir. Ondan da yardımın 6 ayını istəyirlər. Ona da deyirlər ki, kreditin var, krediti olanlar xüsusi qaydada 6 ayını verməlidirlər ki, sosial yardım ala bilsin». Cəlilabad sakini bildirir ki, Azər Mirzəxanlı yerli SMM-ə müdir təyin olunandan sonra sosial yardımlar əhaliyə yalnız rüşvətlə verilir. «Mirzəxanlının özü əvvəl bank işçisi olduğundan sosial yardm sistemindən başı çıxmır. Onun işlərini seyid Mirhəbibin oğlu Ziya aparır. Yenə də Fizuli Ələkbərovun vaxtında olduğu kimi, Cəlilabadda kimə sosial yardımın verilib-verilməməsi işini seyidlər həll edir. Taleyimiz onlardan asılı qalıb. Rəhm etsələr, bizə sosial yardım düşəcək, rəhm etməsələr, seyid cənablarına 6 ay sosial yardımımızı peşkəş etməsək, bizə sosial yardım düşməyəcək. Cəlilabad SMM-in rəhbərliyi və işçiləri dəllalarla seyid Mirhəbibin çayxanasında görüşüb işləri həll edirlər. Yardım işlərini bu idarənin boz kardinalı sayılan həmin Mirhəbibin oğlu Ziya həll edir». Hidayət Ağayev şikayət məktubu ilə yanaşı, SMM-in direktoru Azər Mirzəxanlının maşınının şəklini də bizə göndərib. «Dərc edin qoy hamı görsün ki, kasıb-kusubun pullarını mənimsəməklə dəbdəbəli maşınlar sürür, əvəzində isə xalq əziyyət çəkir, bir tikə çörəyə möhtac vəziyyətdə yaşayır». Qarşı tərəfi də dinləməyə hazırıq. Geri qayıt |