Əsas Səhifə > Sosial, Manşet > Vergilər Nazirliyinin daha bir isminin mübhəm fəaliyyəti...

Vergilər Nazirliyinin daha bir isminin mübhəm fəaliyyəti...


10-12-2015, 09:01
Vergilər Nazirliyinin daha bir isminin mübhəm fəaliyyəti...
1 həftə sonra Eldar Mahmudovun tutduğu postdan çıxarılmasının 2 ayı tamam olur. Barəsində həbslə əlaqəli olamyan qətimkan tədbiri seçilən sabiq nazir bu müddət ərzində ürək krizi keçirib. Onu MTN-in Bilgəhdəki sanatoriyasında saxlayırlar. Eldar Mahmudovu istintaqda ifadə verə bilməsi üçün müalicəyə götürüblər. Bu müddət ərzində onun çetesinə daxil olan əlaltılarının sahibkarları talan etməsi haqda ən müxtəlif səpkili məlumatlar yayılıb. Redaksiyamıza daxil olan son məlumatlarda “mahmudovçu”ların hədəfinə gəlmiş iş adamlarının müəyyən olunması qaydası haqda ilginc məlumatlar yer alıb.
Qaynağımız bildirib ki, “mahmudovçu”lara sahibkarları “ov”lamaqda Vergilər Nazirliyində çalışan yüksək vəzifə daşıyan şəxslər dəstək verib. Onlardan biri, Vergilər Nazirliyinin idarə rəisi, 3-cü dərəcəli dövlət dövlət ədliyyə müşaviri Vidadi Məmmədov bir qədər əvvəl vəzifədən çıxarılaraq “MTN işi” ilə bağlı Baş Porokurorluğun başladığı istintaqa cəlb edilib. Qeyd edək ki, V.Məmmədov bu ilin avqust ayında Vergilər Nazirliyində geniş səlahiyyətlər verilmiş cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinə rəis təyin edilmişdi. Redaksiyamıza daxil olmuş iddiaya görə, o da MTN-in təlimatları əsasında iş adamlarını soyurmuş. V.Məmmədov iş adamlarını öz otağına çağıraraq istədiyi rüşvəti ala bilmədiyinə görə qoluna qandal da vurdura bilirmiş. V.Məmədovun rəhbərlik etdiyi yeni idarə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin, borcluların əmlakına həbs qoyulmaq kimi geniş səlahiyyətlərə sahib olub.
Qaynağımız deyib ki, Vergilər Nazirliyində yüksək post tutan, vaxtilə Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin rəisi vəzifəsində çalışmış Habil Məmmədovun da MTN-dəki İdarə rəisləri ilə, xüsusilə Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Füzuli Əliyevlə sıx əlaqəsi olub. F.Əliyev istədiyi vaxt H.Əliyevin rəisi olduğu Vergi Auditi Departamentinə heç bir maneə olmadan daxil ola bilirmiş. Belə bir toxunulmamazlıq bu günün özündə belə Vergilər Nazirliyinin rəhbərliyinə daxil olan şəxslərə şamil olunur.
Maraqlıdır ki, F.Əliyevin H.Məmmədovla sıx əlaqədə olduğu günlərdə iri sahibkarlar MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinə çağırılıb, orada var-dövlətləri, milyonları əllərindən alınıb.
H.Məmmədovun kolleqası Vidadi Məmmədov “MTN işi” üzrə istintaqa cəlb olunanda belə xəbərlər vardı ki, o, sahibkarlar haqda məlumatları “mahmudovçu”lara ötürüb.
Bu baxımdan Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin rəisi postu çox əhəmiyyətli post hesab olunur. Bu post konfidensial məlumatlara çatımlılıq baxımından V.Məmmədovun tutduğu postdan daha əhəmiyyətli olub. Belə konfedensial məlumatlara Vergilər Nazirliyində çox məhdud sayda vəzifə daşıyıcısına tanış olma hüququ tanınıb. Həmin məlumatlar sahibkarların aylıq, illik dövriyəsi, bank hesablarındakı vəziyyəti də əhatə edib. F.Əliyevlə H.Məmmədovun xarici ölkələrə birgə səfərləri, xüsusən Dubay və İtaliyaya tez-tez baş çəkmələri haqda da məlumatlar var. Belə ehtimallar var ki, onların bu ölkələrdə mülkləri, biznesləri də var.
F.Əliyev və onun rəisi olmuş general Sübahir Qurbanov iş adamlarına qarşı həyata keçirilən qanunsuzluqlarla bağlı bu gün həbsdədirlər. Habil Əliyevin “MTN işi” üzrə dindirilib-dindirilməməsi haqda məlumat yoxdur.

Geri qayıt