Əsas Səhifə > Sosial, Manşet > Səlim Müslümovun işçisi ruhi xəstəni intihar həddinə çatdırıb...

Səlim Müslümovun işçisi ruhi xəstəni intihar həddinə çatdırıb...


16-12-2015, 08:50
Səlim Müslümovun işçisi ruhi xəstəni intihar həddinə çatdırıb...
Dünən ölkənin bir çox kütləvi informasiya vasitələrində Tovuz rayonunda baş vermiş intihara cəhd hadisəsilə bağlı məlumatlar yayımlanmışdı. Həmin məlumatlarda bildirilirdi ki, rayonun Dönük Qırıqlı kənd sakini, 40 yaşlı Aqşin Abdullayev öz cinsiyyət orqanını kəsib. Çoxlu qan itirən yaralı xəstəxanaya aparılıb. Onun cinsi orqanı amputasiya edilib. Xəstənin yaxınlarının bildirdiyinə görə, A.Abdullayev uzun müddətdir ruhi xəstəlikdən əziyyət çəkirmiş. O, sonuncu hərəkəti də intihar etmək məqsədi ilə edib.
Qeyd etmək istəyirik ki, elə dünən bu hadisənin təfərrüatları ilə bağlı bizimdovr.az-a açıqlamalar daxil olub. Həmin açıqlamalara görə, xəstə vətəndaşı intihar həddinə çatdıran amillər 28 saylı Tovuz TSEK-in sədri Arif Səmədovun davranışı ilə bağlı olub. Bu xüsusda mənbə bildirir ki, Abdullayev Aqşin Vaqif oğlu həqiqətən də psixo-nevroloji xəstəliklər səbəbilə II qrup əlildir. Lakin onun bu əlilliyi müalicə olunma ehtimalının olması ilə bağlı müvəqqəti hal kimi qeydə alınıb. Dekabrın 14-də isə, Aqşin Abdullayevin anası Gülnaz müəllimə növbəti dəfə Arif Səmədovun qəbuluna girərək, müalicələrin heç bir nəticə verməməsi səbəbindən, oğluna daimi əlillik qrupu verilməsi xahişilə müraciət etmişdir. Lakin mövzuya dair dərc etdiyimiz ötən materialda da qeyd olunduğu kimi, bu qrupların verilməsi üçün 28 saylı TSEK-də xüsusi tariflər mövcuddur. Məhz elə bu “taarif cədvəli”nə əsaslanaraq da, Arif Səmədov oğluna II qrup daimi əlilliyin verilməsi üçün, anası Gülnaz müəllimədən 500 manat pul tələb etmişdir. Ana pulun olmadığını bildirdikdə isə, TSEK sədri bir az da əsəbiləşərək onu belə təhdid etmişdir: “Oğlunu komissiyadan sağlam çıxararam, onda bilərsən...” Bundan sonra TSEK-in binasından çıxan Gülnaz müəllimə məsələni onu küçədə gözləyən oğluna danışmışdır. Anası ilə kobud rəftar olunduğunu biləndə isə, Aqşin Abdullayev növbəti əsəb stressi yaşamış və hətta özünə ağır xəsarət də yetirmişdir. Bundan sonra xəstə Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılır və burada ona müvafiq tibbi yardım göstərilir. Lakin məsələnin ciddiliyini nəzərə alan RMX-nın baş həkimi Paşa Muradov telefonla əlaqə saxlayaraq, Arif Səmədovu baş vermiş hadisə ilə bağlı xəbərdar edir. Olay barədə açıqlama verən mənbə bildirir ki, TSEK sədri baş vermiş insidenti tam etinasızlıqla qarşılamış və hətta Paşa Muradova xəstəyə heç bir yardımın göstərilməməsini belə tövsiyyə etmişdir.

Xatırladaq ki, “Bizim Dövr”ün 10.12.2015-ci il tarixli sayında “Tovuz Tibbi Sosial Ekspert Komissiyasının “mülkədar sədri”” sərlövhəli tənqidi maerial dərc olunmuşdu. Rayon sakinlərindən aldığımız şikayət ərizələri əsasında hazırladığımız həmin yazıda 28 saylı Tovuz TSEK-in fəaliyyətində yer almış bir çox neqativ hallara toxunulmuş, eləcə də bu quruma rəhbərlik edən Arif Səmədovun öz işində yol verdiyi çeşidli qanun pozuntularından bəhs olunmuşdu. Həmçinin yazıda qeyd olunmuşdu ki, Arif Səmədovu himayə edən şəxs kimi Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadənin adı vurğulanır. Bu himayənin səbəbi isə, Arif Səmədovun Xidmət rəisinin müavini Anar Quliyevlə olan yaxın qohumluq əlaqələridir. Həmçinin bu əlaqələr Arif Səmədovun, Anar Quliyevin və Paşa Muradovun şərikli sahib olduqları biznes fəaliyyətləri ilə möhkəmləndirilib. Mənbənin deməyinə görə, Arif Səmədov məhz bu əlaqələrinə güvənərək insanların taleyinə qarşı tam laqeydlik nümayiş etdirməkdən çəkinmir. Bir daha qeyd edək ki, vətəndaşların bizimdovr.az-a ünvanladıqları şikayət ərizələrində 28 saylı TSEK-in sədri tərəfindən törədilən müxtəlif özbaşınalıqlar və ciddi qanun pozuntularına, yol verilən çeşidli korrupsiya hallarına dair ətraflı məlumatlar təqdim olunur...

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.

Geri qayıt