Əsas Səhifə > Sosial, Manşet > “Azərsu”da Qorxmaz Hüseynovun qohum çetesi:
“Azərsu”da Qorxmaz Hüseynovun qohum çetesi:18-12-2015, 08:51 |
Son 8 ildə ölkənin regionlarda Asiya İnkşaf Bankının, Dünya Bankının və Dövlət Neft Şirkətinin dəstəyi ilə həyata keçirilən su və kanalzasiya layihələri xeyli sayda rayonu əhatə etməkdədir. Həyata keçirilən bu lahiyələrdə Azərbaycan, Almaniya və Türkiyə şirkətləri iştirak edirlər. “Azərsu” ASC nin nəzarəti altında həyata kecirilən bu layihələrdə külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı mətbuatda müxtəlif səpkili məlumatlar gedib. Həmin məlumatlarda və cumhuriyyet.az olaraq mesu və kanalzasiya layihələri üçün ayrılan vəsaitlərin böyük bir hissəsində görülmüş işlərin qiymətlərinin bir neçə dəfə şişirdilməsi və ayrılan vəsaitin böyük bir hissəsinin mənimsənilməsi ilə bağlı ilginc faktlar yer alıb. “Azərsu” ASC görülən işlərdə korrupsiya faktlarını inkar etsə də, əslində, ölkədəki hüquq-mühafizə orqanları və yüksək instansiyalar ASC-nin müqavilə bağladığı şirkətlərin su və kanalzasiya lahiyələrində korrupsiya fakltarının olduğunu yaxşı bilirlər. Qorxmaz Hüseynov nə qədər inkar etsə də, fakt ondan ibarətdir ki, “Azərsu” ASC-nin podratçı şirkətləri sədrin ən yaxın adamlarına məxsusdur və şirkətlər vasitəsi ilə dövlətin yüz milyonlarla manat vəsaitləri mənimsənilib. ASC sədri vəzifə səlaiyyətərindən istifadə edərək qohumlarının yaxın adamlarının adına müxtəlif şirkətlər açaraq həmin şirkətlərin bir çox rayonlarda həyata keçirilən su və kanalzasiya lahiyyələrində iştirakını təmin edərək böyük korrupsiya maxinasiyalarına yol açıb. Bu şirkətlərdən biri də «Hidro-İnşaat Servis» MMC-dir. Şirkət 2011-ci ildə Qorxmaz Hüseynovun qaynı Cəbrayılov Namiq Cidalı oğlu tərəfindən təsis olunub. Bu MMC 2011-ci il aprelin 15-də qeydiyyatdan keçib və cəmi bir neçə ay sonra «Azərsu»nun layihələrinə cəlb olunub. «Azərsu» prezidentinin qaynının cəlb olunduğu başqa bir şirkət isə «Hidro-Lotus» MMC-dir. «Hidro-Lotus» MMC, «Hidro-İnşaat Servis» MMC yaradılandan 3 ay sonra – 2011-ci il iyulun 26-da qeydiyyatdan keçib. «Hidro-Lotus» MMC-nin 70 faizi «Hidro-İnşaat Servis»ə, 30 faizi isə Türkiyənin «Lotus Müteahhitlik Planlama İnşaat Mühendislik Enerji Madencilik Ve Taşimacilik Anonim Şirketi»nə (qısaca «Lotus») məxsusdur. Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun layihəsi və tikintisi üçün 5 milyon manatlıq layihə məhz «Hidro-Lotus» MMC-yə tapşırılıb. Qeyd edək ki, bu fakt Qorxmaz Hüseynovun kiçik korrupsiya faktlarındna biridir. Azərbaycan qanunvericiliyi iqtisadiyyatda qohumbazlığı qadağan edir və bu bir neçə qanunla tənzimlənir. Ancaq ASC sədri ölkənin heç bir qanunlarını tapdalayaraq özünün bildiyi kimi hərəkət edib. Qorxmaz Hüseynovun qaynı Namiq Cəbrayılova məxsus “Hidro İnşaat Servis” MMC ilə bağlı Arqument-az bilgi verən mənə qeyd edir ki, adıçəkilən şirkətə ASC sədrinin tapşırığı ilə onun ən yaxın adamı Yavər Miriyev rəhbərlik edir. Bu həmin Yavər Miriyevdir ki, şirkətin Bakı şəhərində həyata keçirdiyi böyük bir layihədə işçilərin əmək haqqısının yarı hissəsini kəsərək gündəmə gəlib. Həmin vaxt Yavər Miriyev əmək haqlarının 2 ayının kəsilməsini başının dərdə olması ilə izah edərək buna görə hüquq-mühafizə orqanlarındakı yüksək rütbəli şəxslərə 300 min manat rüşvət verdiyini iddia edib. Mənbə bildirir ki, «Hidro-İnşaat Servis» MMC-nin iştirka etdiyi bütün layihələrdə həyata keçirilən işlərin qiymətləri ən azı 5 dəfə şişirdilib. Şişirdilən rəqəmlərdən isə Yavər Miriyevlə ASC sədri Qorxmaz Hüseynov və onun qaynı Namiq Cəbrayılov külli miqdarda qazanc əldə ediblər. Buna misal olaraq, bir neçə rayonda yaradılan böyük təsərrüfat sahələrdini və on hektarlarla istixanaları göstərmək olar. Məhz Yavər Miriyevlə Namiq Cəbrayılov adı çəkilən rayonda özlərinin şəxsi kənd təsərrüfatı sahələrinə milyonlarla manat vəsait xərcləyiblər. Məlumatda vurğulanır ki, Yavər Miriyev hər zaman “Azərsu” ASC sədri Qorxmaz Hüseynov və qaynı Namiq Cəbrayılovla isti yaxın münasibətlərindən gen bol danışır. Şirkət rəhbəri bir neçə məclisdə Qorxma Hüseynova Quba rayonun Qəçrəş kəndində möhtəşəm villa tikdirdiyini, həmçinin Türkiyədə ASC sədrinə ev tikdirməsini dəfələrlə dilinə gətirib. Məlumatlı mənbə cumhuriyyet.az-a adıçəkilən şirkətin layihələrində istifadə olunan texnikaların əslində bir çoxunun Yavər Miriyevin qardaşı Şakir Miriyevə məxsus olduğunu və müqavilənin onunla bağlanaraq ay ərzində külli miqdarda vəsaiti mənimsədiklərini bildirib. Şirkətdə işçilərə və görülən işlərə nəzarəti isə digər qardaş Rəşid Miriyev həyata keçirib. İddia olunur ki, Miriyev qardaşlarının “Hidro İnşaat Servis” MMC -dəki maxinasiyalar vasitəsi qazandıqları çirkli pulun miqdarı ən azı 20 milyon manatdan çoxdur. Çünki hər üç qardaş həm Bakıda, həm də Hacıkənddə eyni stildə dəbdəbəli vilalar inşa ediblər. Görəsən, qiyməti milyon manatlarla dəyərində olan bu villaları Miriyev qardaşları necə əldə ediblər? Bundan başqa, paytaxtın Səbail rayonu Badamdar qəsəbəsində qardaşlara məxsus bir neçə bina evi və bir sıra obyektlər var. Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Yazıdakı iddialarla bağlı adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |