Əsas Səhifə > Sosial, Manşet > Ağstafa müəllimlərinin maaş kartları banklarda girovdur

Ağstafa müəllimlərinin maaş kartları banklarda girovdur


19-12-2015, 15:09
Ağstafa müəllimlərinin maaş kartları banklarda girovdur
Tanınmış şair Bəxtiyar Hidayət bankların labirintinə düşməyi ilə əlaqədar növbəti dəfə Moderator.az-a müraciət edib. Müraciəti təqdim edirik:

"Hörmətli redaksiya!

Çox sağ olun ki, mənim bankların labirintinə düşməyimi təfsilatı ilə işıqlandırdınız. Amma heç bir nəticə hasil olmadı. Mən yalnız mətbuatla da kifayətlənmədim- ölkə prezidentindən tutmuş, konstitusiya məhkəməsinə, milli banka, korrupsiyaya qarşı mübarizə idarəsinə, ombudsmana, 102 ( polis) və 161 (korrupsiyaya qarşı mübarizə) qaynar xəttlərinə və daha bir neçə yerə də müraciətlər ünvanladım. Amma çifayda...

Dediklərimə sübut kimi isə sizə sənədləri göndərirəm. Mənim zamin durduğum İmamquluyeva İradə Saqif qızı 3800 dollar götürmüş və əvəzinə də 5233 dollar ödəmişdir. Lakin KredAqro bankı sonradan 101 dolalr da istəmişdir. Ağstafa rayon məhkəməsi İlqar Quliyevin sədrliyi ilə keçirdiyi iclasda bu məbləği böyüdərək 172 dollar edib və hər ikimizdən müştərək qaydada tutulması haqda qərar verib.

Hakim İlqar Quliyev demək olar ki, banklarla əlbirdir- minlərlə Ağstafa sakinini onun qərarları bankların girovuna çevirib və hamını da öz iştirakı olmadan cərimələyib. Həmçinin məhkəmə qərarı hamıya şikayət müddəti başa çatandan sonra çatdırılıb. Hətta elə olub müştərilər məhkəmənin “ədalətini” maaş kartını bankomata salanda görüblər. İlqar müəllim humanistcəsinə onların bir də məhkəməyə gəlməsini, marşruta pul verməsini istəməyib. Vəkil filan isə bu məsələlərdə məhkəmənin yadından çıxıb.

Mənim dərs dediyim Qırılı kənd tam orta məktəbində 10-larla müəllim var ki, İlqar Quliyevin qərarı ilə maaş üzünə həsrətdir- maaş kartı banklarda girovdur.

Onu da qeyd edim ki, KredAqo bankının Ağstafa filialından ödəmə cədvəlini min bir zülmlə almışam.

İndi sizə ödəmə cədvəlini göndərirəm- görün ki, öz loqosuna “bank olmayan kredit təşkilatı” yazan KredAqro bank olmasa da, bandit olmağı necə bacarıb.

Sonda qeyd edim ki, o məbləğ o qədər də böyük məbləğ deyil. Adamı yandıran bu soyğunçuların dövlətin gücünü öz arxalarında hiss etmələridir. Mən keçən dəfəki məktubumda bank, məhkəmə və poçt xidmətinin axırda günahı ermənilərin üstünə atdığını yazmışdım. Mənim dövlətim isə mənə cavab vermədi- deyəsən 172 dollardan ötrü erməni xalqını məhkəməyə verəsi olacağam. Axı onlar torpaqlarımızı işğal etməsə mən qaçqın olmazdım. Məhkəmənin qərarı da gəlib vaxtında çatardı mənə. Mən də etiraz edib yenidən məhkəmə keçirilməsinə nail olardım. Məhkəmənin qərarının dəyişdirilməsinə nail olardım.

Amma əgər məktub mənə vaxtında da çatsa, nəyəsə nail olacaqdımmı?

Nəsə bu da şairlər yurdunda şairə verilən qiymətdi. Mən nə qədər acız olduğumu bir daha gördüm.

Onu da deyim ki, 1937-ci il repressiya qurbanı olmuş babam haqda Rusiya Federal Təhlükəsizlik xidmətinin arxiv idarəsinə göndərdiyim məktuba cəmi 5-10 günə arxiv idarəsinin müdürü Çerepkovdan qollu, möhürlü cavab gəlmişdi. Qazaxstanın Ədliyyə nazirliyi, Daxili İşlər Nazirliyi, Təhlükəsizlik nazirliyi də həmçinin.

Amma öz dövlətim...

Ağstafa müəllimlərinin maaş kartları banklarda girovdur
Ağstafa müəllimlərinin maaş kartları banklarda girovdur
Ağstafa müəllimlərinin maaş kartları banklarda girovdur

Geri qayıt