Əsas Səhifə > Sosial, Manşet > “Avesta” konserinin keçmiş işçisindən şok faktlar

“Avesta” konserinin keçmiş işçisindən şok faktlar


24-12-2015, 08:53
“Avesta” konserinin keçmiş işçisindən şok faktlar
"Təzadlar"ın elektron poçtuna Naxcivan MR Şərur rayon Püsyan kəndində anadan olmuş, Bakının Xəzər rayonunun Qala qəsəbəsi, Yeni Yaşayış sahəsində yaşayan Qasımov Rüfan Həsən oğlunun Azərbaycan Prezidenti İlham Əliyevə müraciətinin surəti göndərilib.
Qeyd edək ki, şikayət həm də H.Əliyev Fondunun Prezdenti Mehriban Əliyevaya, Baş prokuror Zakir Qaralova, daxili İşlər naziri Ramil Usubova, əmək və əhalinin sosial mudafiəsi naziri Səlim Müslümova ünvan edilib.
Şikayətdə deyilir:
Azərbaycan Prezidenti İlham Əliyevə!
Surəti: H.Əliyev Fondunun Prezdenti Mehriban Əliyevaya!
Baş prokuror Zakir Qaralova!
Daxili İşlər naziri Ramil Usubova!
Əmək və əhalinin sosial mudafiəsi naziri Səlim Müslümova!
"Təzadlar" qəzeti redaksiyasına!
Cənab Prezident! 2014-cu il martın 11-dən 2015-ci il sentyabrın 23-nədək Hacı İbrahim Nehrəmlinin(İbrahim İbrahimov) prezidenti olduğu “Avesta Konserni” MMC-nin “Xəzər adaları” tikinti layihəsində anbardar vəzifəsində işləmişəm. İşlədiyim müddətdə "Əmək müqaviləsi" üzrə üzərimə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmiş,verilən tapşırıqları tam vaxtında və keyfiyyətlə yerinə yetirmişəm. Buna baxmayaraq bu ilin aprel-sentyabr aylarının əmək haqlarımı və son haqq-hesabımı ala bilmirəm. İbrahim İbrahimov mən və mənim kimi digər işçilərə bu aylar ərzində əmək haqqı verməsədə 2014-ci ildə Bakı şəhərində keçirilmiş gözəllik müsabiqəsi zamanı iştirakçı olmuş 3 nəfər xarici ölkə vətəndaşı olan “gözəl”i satış meneceri kimi işə götürərək hər birinə ayda 7000(yeddi min) AZN ödəməyə mailiyyə imkanı tapmışdır. İbrahim İbrahimov mətbuata verdiyi açıqlamalarda heç bir maliyyə probleminin olmadığıı,bütün işlərinin qaydasında getdiyini bəyan etsə də əmək haqqlarımızı verməkdən birmənalı şəkildə yayınır.Amma əsl həqiqətdə “Xəzər adalarını” əsl rally meydançasına çevirən oğluna son günlər aldığı 2 ədəd idman tipli “Porshe” və “Bentley” markalı avtomobillərin (ikisinin birgə dəyəri 500.000 AZN-dən yuxarı), öz üzərində olan eynəyin (16.000$), ayaqqabının(14.000$), saatın(240.000$),üzüyün(700.000$) qiymətlərini düşünəndə həqiqətən də Hacı İbrahimin maliyyə problemlərinin olmadığı açıq aydın görünür.
Əmək haqqımın vaxtında verilməməsi və gecikdirilməsi səbəbindən banklardan və ayrı-ayrı şəxslərdən pul götürmüşəm və hazırda həmin pulların qaytarılmasında çətinlik çəkirəm.
Bir övladımın ödənişli əsaslarla Türkiyə Cümhuriyyətində təhsil alması barədə onun məlumatı olsa da problemimin həlli istiqamətində dəyişikliyə nail olmamışam, əksinə övladımın təhsilini yarımçıq qoyması məcburiyyətində qalmışam. Bununlada vətənə və dövlətimizə gələcəkdə lazım ola biləcək potensial kadrlardan birini itirmişik. 2015-ci ilin sentyabr ayının 22-də “Avesta konserni” MMC-nin prezidenti Hacı İbrahim Nehrəmiliyə təqdim etdiyim ərizə ilə Əmək Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq(öz arzum əsasında)23 sentyabr 2015-ci il tarixdə tutduğum vəzifədən azad olunmuşam.
İşdən azad olunduqdan sonra əmək haqqımın ödənilməsi ücün müraciət etsəm də müraciətim cavabsız qalmışdır.
Mən ehtiyatda olan hərbi qulluqçuyam.Xidmət etdiyim dövrdə səhhətimdə yaranan problemlərin müalicəsini maliyyə çətinlikləri ucbatından apara bilmirəm.
Sizdən “Avesta konserni” MMC-nin prezidenti İbrahim İbrahimovun hüqüqa zidd hərəkətlərinin qarşısının alınmasında mənə köməklik göstərməyinizi xahiş edirəm.”
Təəssüf ki, Hacı İbrahimin mövqeyini öyrənmək üçün dəfələrlə etdiyimiz zənglər cavabsəz qaldı... Onun da mövqeyini dinləməyə hazırıq.

Geri qayıt