Əsas Səhifə > Sosial, Manşet > Əlil qardaşlar şirkətə təhvil verdikləri qarğıdalının pulunu ala bilmədiklərini iddia edirlər

Əlil qardaşlar şirkətə təhvil verdikləri qarğıdalının pulunu ala bilmədiklərini iddia edirlər


30-12-2015, 09:38
Əlil qardaşlar şirkətə təhvil verdikləri qarğıdalının pulunu ala bilmədiklərini iddia edirlər
Salyan rayonunun Ərəbqardaşbəyli kəndində yaşayan ikinci qrup Qarabağ əlili Aqil Quliyev “Nurgün-aqro” şirkətindən şikayətçi düşüb. O, əlaqdar qurumlardan və ictimaiyyətdən dəstək istəyir.

Vətəndaşın infom.az-a bildirdiyinə görə, qardaşı Elmirlə (adı çəkilən şəxs də ikinci qrup müharibə əlilidir) birgə əkin sahələrində payızlıq qarğıdalı bitkisi əkib.

Bu ilin sentyabrında yetişən 270 ton məhsulu ərazidə yerləşən “Nurgün-aqro” şirkətinə təhvil veriblər.

Tərəflər arasında bağlanan müqaviləyə görə qarğıdalının 1 tonunun qiyməti 25 manat, məhsulun dəyərinin 15 gün ərzində ödənilməsi razılaşdırılıb. Aqil Quliyevin sözlərinə görə məhsulun dəyərinin bir hissəsini alsalar da, 1450 manat qalıq pulu şirkət bu günə qədər ödəməyib:

“İki qardaş qüsurlu halımızla, min bir əziyyətlə, çətin iqlim şəraitində məhsul yetişdirmişik. Onsuz da qarğıdalının satış pulu ehtiyaclarımızı tam ödəmir. Amma bu, heç olmasa vəziyyətimizi bir az yaxşılaşdırardı. Qarşıdan bayram gəlir. Amma nəinki evə bazarlq etməyə, heç siqaret almaq üçün pulumuz yoxdur.

Dəfələrlə icra hakmiyyətinin ərazi üzrə nümayindəsi Abbas Məmmədova müraciət etmşik ki, pulumuzu şirkətdən almaqda bizə kömək etsin.

Nümayndə də yaxasını kənara çəkir ki, özəl müəssisədir, onların işnə qarışa bilmərəm, məhkəməyə verin. Belə çıxır ki, biz 1450 manatı almaqdan ötrü vəkil tutmalı, məhkəmə xərclərini ödəməliyik. Bayram günləri hər yerdə əlillərə maddi yardım edilir, biz isə öz halal haqqımızı ala bilmirik.”

Əlil qardaşlar şirkətə təhvil verdikləri qarğıdalının pulunu ala bilmədiklərini iddia edirlər

Məlumat üçün qeyd edək ki, “Nurgün-aqro” şirkətində baş verən qanunsuzluqlar barəsində mətbutda xəbərlər bir-birini əvəzləməkdədir.

Buna qədər güzəştli şərtlər əsasında lizinq yolu ilə alınmış cins inəklərin kütləvi olaraq xəstələnməsi və onların gizli şəkildə kəsilib çox ucuz qiymətə qəssablara satılmağı barədə məlumat dərc olunmuşdu.

Amma nədənsə onlara hələ ki, “gözün üstə qaşın var” deyən olmayıb. Əməkdaşımızın əldə etdiyi digər bilgiyə görə, gündəlik 8-10 ton süd istehsal edən bir müəssisədə (əmək müqaviləsi olmayan) işçilərin də əmək haqqı vaxtında ödənilmir.

Qəribədir ki, əlili, kasıbı, yetim-yesiri incidən bu şirkət, ərazidə uşaq baxçası tikdirir və onu Heydər Əliyev Fonduna hədiyyə edəcəkləri barədə dövriyyəyə xəbər buraxıblar.

Görünür bununla şirkəti idarə edənlər “yuxarı”lara yaxın olmaları barədə ictimaiyyət arasında rəy yaratmaq istəyirlər.

Geri qayıt