Əsas Səhifə > Sosial, Manşet > Fərhad Əliyev biznesini Türkiyəyə köçürdü

Fərhad Əliyev biznesini Türkiyəyə köçürdü


7-01-2016, 12:42
Fərhad Əliyev biznesini Türkiyəyə köçürdü
Azərbaycanın sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev şəxsi biznesinin böyük hissəsini Türkiyəyə köçürüb. Bu barədə qaynar.info-ya qardaş ölkədəki qaynaqlardan məlum olub.

Mənbənin bildirdiyinə görə, keçmiş nazirin Avropanın bir neçə ölkəsində, o cümlədən Çexiyada biznesi mövcuddur. F.Əliyev artıq biznesini kompaktlaşdırmağa qərar verib və Türkiyəni seçib.

Əliyevin bu seçimi isə onun AKP hökumətinin iki naziri ilə yaxın ilişkilərinin olması ilə izah olunur. “Fərhad Əliyev həmin şəxslərlə 2000-ci illərin əvvəllərində, nazir olarkən rəsmi təmaslar zamanı yaxından tanış olub və münasibət qurub” deyə qaynağımız bildirib.

Sabiq nazirin qardaş ölkədə əsasən otelçilik və qızıl biznesinə maraq göstərdiyi deyilir. Bundan başqa, onun inşaat sektoruna da ciddi sərmayə yatırımları qoyduğu deyilir.

Xatırlaadaq ki, Fərhad Əliyev 2001-2005-ci illlərdə Azərbaycanın iqtisadi inkişaf naziri postunu tutub. O, bu postda ikən ölkədə məmur inhisarçılığını və özbaşınalığını, korrupsiyalaşmış məhkəmə sistemini açıq çıxışlarda dəfələrlə tənqid etməsi ilə xatırlanırdı. Elə bu da onu hakimiyyətdaxili bəzi qrupların hədəfinə gətirmişdi.

2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində öz xidməti kabinetində həbs edilən F.Əliyev dövlət çevrilişinə cəhddə ittiham edilmiş, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 25 oktyabr tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum olunmuşdu. 14 oktyabr 2013-cü ildə cəzasının çəkilməmiş hissəsindən azad edilən sabiq nazir dərhal xaricə üz tutub. Həmin vaxtdan o, ölkədən kənarda, ailəsi ilə birgə yaşayır.

Geri qayıt