Əsas Səhifə > Sosial, Manşet > "Bank Respublika"dan ağlasığmaz addım
"Bank Respublika"dan ağlasığmaz addım2-02-2016, 09:09 |
Son devalivasiyadan sonra bəzi banklar çətin duruma düşsə də, bir çoxları kredit götürmüş müştərilərinin ödənişlərində yaranmış gecikmələrə nəzərə alaraq, onlara basqılar etməyib. Lakin bu məsələdə istisnalar da varmış. JAM.AZ xəbər verir ki, dövlət başçısı və Mərkəzi Bankın tövsiyyələrinə rəğmən, Bank Respublika müştərilərini kütləvi şəkildə məhkəməyə verib. Məlumatda deyilir ki, bank dollarla kredit götürmüş müştərilərindən pulları ödəməyi tələb edib. Lakin lazımi cavab ala bilmədikdə, məhkəməyə müraciət edib. Məhkəmənin günü də məlumdur: 4 fevral. Qeyd edək ki, dollarla kredit götürmüş müştərilər bank rəhbərliyinin diqqətinə çatdırıblar ki, devalivasiyadan sonra onlar ödənişləri hazırkı kursla edə bilmirlər. Bu səbəbdən də 1 dollar=1.05 manat məzənnəsi ilə ödənişlərini davam etdirməyə hazırdırlar. Yerdə qalan qalıq məbləğin ödənilməsi üçün isə vaxt istəyiblər. Yəni, 54 qəpiklik fərqi yekunda hesablayıb ödəmək üçün möhlət istəyiblər. Ancaq bank bu təkilifi rədd edib və məbləğin tam ödənilməsini tələb edib. JAM.AZ-a məlumat verən şəxslər deyiblər ki, bankın bu hərəkəti özbaşınalıqdır. "Biz pulu ödəməkdən imtina etmirik. Sadəcə, hazırkı kursla ödəmək imkanımız yoxdur. Ona görə də, möhlət istəmişik. Bunlar da bizi məhkəməyə verib. Prosesdə iştirak edib, sözümüzü deyəcəyik. Ardından da Mərkəzi Banka gedib şikayətimizi edəcəyik". Geri qayıt |