Əsas Səhifə > Sosial, Manşet > "Kasıbsansa, gəlməginən "raddom"a"....
"Kasıbsansa, gəlməginən "raddom"a"....3-02-2016, 08:43 |
Bakıxanov qəsəbsində yerləşən 2 saylı Doğum Evində sözün həqiqi mənasında bazar açılıb. JAM.AZ-a verilən məlumata görə, bu bazarı açan isə baş həkim Mehriban Abasquliyevadır. Məlumatda vurğulanır ki, xanım Abasquliyeva Doğum Evinə yerləşmiş anaların yaxınlarından müxtəlif bəhanələrlə pullar alır. Məsələn, «muştuluq pulu» alındıqdan sonra, ardından otağın təmizlənməsindən tutmuş, bir stakan suya qədər hər şeyə görə əlavə haqq istənilir. İşin ən maraqlı tərəflərindən biri odur ki, həmin pullar məhz Heydər Əliyevin «Xəstəxana pulsuz xidmət göstərməlidir» sözü yazılmış plakatın arxasındakı otaqda alınır. JAM.AZ-a verilən məlumatlarda deyilir ki, Mehriban Abasquliyeva yeni ana olmuş xanımlarımıza bir sıra xidmətlər də təklif edir. Onlara 1-ci və ya 2-ci dərəcəli palatalar təklif olunur. Hər bir palatanın özəlliyi var. Məsələn, 1-ci dərəcəli palata adi, sıradan bir otaqdan ibarətdir. Ora xidmət edən tibb bacıları üçün belə xəstələr «ikinci sort» sayılırlar. Çünki onlardan lazım olan qədər pul almaq olmur. 2-ci dərəcəli palatalar isə birincidən xeyli fərqlənir. Burada bütün komfort yaradılıb. Divarda televizor, küncdə soyuducu, yumuşaq döşək sərilmiş çarpayı, uşağın rahat yatması üçün beşik, kondisioner və sairə. Hərçənd bu otaqlara baxan tibb bacıları xəstələrin «dərisini soymaq»dan xüsusi həzz alırlar. Çünki 1-ci dərəcəli palatada hər hansı bir xidmət üçün 1-2 manat istəyirlərsə, digərində bu rəqəm 5 manatdan başlayır. O da vurğulanır ki, 1-ci dərəcəli palatalarda qalanlar üçün otağın qiyməti bir həftəlik 30-40 manata bərabərdir. 2-ci dərəcəli palatada isə həftəlik qalmaq xərci artıq 150 manata qədər qaldırılıb. JAM.AZ-a verilən məlumata görə, son devalivasiyadan sonra 2 saylı Doğum Evində qiymətlər də qaldırılıb. Məsələn, əgər əvvəllər UZİ aparatından keçmək 10 manat idisə, hazırda bu rəqəm 15 manata qaldırılıb. Doğuş əməliyyatı üçün tələb olunan məbləğ isə əvvəllər 600-800 manat idisə, bu məbləğ faktiki olaraq 1200 manata çatdırılıb. Xəstəyə vurulacaq iynə, veriləcək dərmanlar isə hamısı pulla satılır. Kənardan nəsə alınıb gətirilərsə, onu içəri çatdırma da əlavə xərclərdən biri hesab olunur. İddialara görə, 2 saylı Doğum Evinin baş həkimi Mehriban Abasquliyeva spiker Oqtay Əsədovun yaxın qohumudur. Onun kimsəni saymadan bildiyi kimi hərəkət etməsini də məhz qeyd olunan qohumluq əlaqəsi ilə izah edirlər. Qarşı tərəfi də dinləməyə hazırıq. Geri qayıt |