Əsas Səhifə > Sosial, Manşet > Daha bir məmurun oliqarx olduğu üzə çıxdı...

Daha bir məmurun oliqarx olduğu üzə çıxdı...


11-02-2016, 09:05
Daha bir məmurun oliqarx olduğu üzə çıxdı...
Dövlət Miqrasiya Xidmətində baş verən qanunsuzluqlarla bağlı redaksiyamıza məlumatlar daxil olub. DMX-də başına gələn hadisələr və bundan sonra həmin qurumda baş verənləri araşdırdığını deyən adının açıqlanmasını istəməyən vətəndaş qeyd edir ki, Dövlət Miqrasiya Xidməti qanunsuz olaraq “OV konsaltİng” MMC adlı şirkət vasitəsi ilə vətəndaşlardan pul yığır:
“DMX-ya pasport üçün müraciət edən şəxslərdən tələb olunur ki, həmin şirkətdən xüsusi formalı blank alıb onu doldursunlar. Həmin blank 3 manata satılır. Amma heç kim izah etmir və soruşanlara deyilmir ki, nə üçün bu blankı DMX özü vermir, onu gedib bir MMC-dən almalıyıq. Araşdırdım, bəlli oldu ki, bu şirkətin arxasında DMX-nin rəisi Firudin Nəbiyev dayanır, ona yaxın adamlar işlədir və sənəd təqdim etməyə gələnləri oradan blank almağa məcbur edirlər. Qanunda isə qeydiyyat üçün Miqrasiya Xidmətinə müraciət edərkən heç bir dövlət rüsumu tələb olunmadığı göstərilib. Amma DMX-də qanunlar yox, Firudin Nəbiyevin "siyasəti" keçərlidir".
Mənbə qeyd etdi ki, DMX-yə qeydiyyatdan keçməyə gələnləri ən müxtəlif bəhanələrlə “soyurlar”: “Son vaxtlar Rusiyadakı böhrana, Ukraynadakı hadisələrə görə 10 minlərlə soydaşımız vətənə dönməyə başlayıb. Onların bir xeylisi həmin ölkələrin vətəndaşıdır. Hazırda gün ərzində Miqrasiya Xidmətinə 2500-3000 arası müraciət daxil olur. Hər bir müraciət edəndən 3-5 manat yığılanda, il ərzində orta hesabla 5 milyon manata yaxın qanunsuz pul toplanır. Bundan başqa, soydaşlarımız vətənə gələndə sənədlərinə baxırlar, görürlər ki, qeydiyyat müddətinin bitməsinə 1 gün qalıb, onu bir bəhanə ilə həmin gün qeydiyyata almırlar. Sabah gələndə isə 300 manat cərimələyirlər. Çox vaxt da cərimə adı altında alınan pulu rəsmiləşdirmirlər. Hazırda DMX-də sanki bazar açılıb. Maraqlısı odur ki, Azərbaycan Respublikasının heç bir qanunlarında hətta qeydiyyatın gecikməsi real məsələ olsa belə, bu məbləğə cəriməyə rast gəlmək mümkün deyil.
Bundan başqa, Miqrasiya Xidmətinə müraciət edən hər bir əcnəbidən həm mərkəzi, həm də regional idarələrdə(Xaçmaz, Şirvan, Ağsu, Yevlax, Gəncə, Bakı) sənədlərini təqdim edəndə 5 manat tələb edirlər. Soruşursan bu nə üçün alınır, cavab verən yoxdur. Xidmət rəhbərliyi qanunvericilikdə nəzərdə tutulmayan formada, xüsusi otaqlarda əcnəbilərdən sənəd qəbul edir, daha dəqiqi pul alır. Maraqlısı odur ki, həmin pulyığanların çoxu rəsmi işçilər deyil. Onlar sənədləri və pulları makler kimi toplayıb aparıb səlahiyyətli və rütbəli əməkdaşlara təhvil verirlər. Lənkəran regional idarədə isə açıq bazardır. Pulyığma prosesini şəxsən idarə rəisi Səmədağa Abdullayev özü həyata keçirir.
Vətəndaşlara yaradılan digər problem isə odur ki, Azərbaycan vətəndaşı olmaq üçün müraciət edən şəxsdən hətta həmin adamın vətəndaşlığa qəbul edilməsi barədə prezidentin təsdiqi gələndən sonra müxtəlif bəhanələrlə pul alırlar. Məsələn, vətəndaşdan tələb edilir ki, gedib əvvəl vətəndaşı olduğu ölkənin səfirliyindən o dövlətin vətəndaşlığından imtina etməsi barədə sənəd alıb gətirsin. Bu isə çox müşkül məsələdir və qanunda nəzərdə tutulmur. Bunu edə bilməyənlərdən isə 500-1000 manat arası rüşvət alıb şəxsiyyət vəsiqəsi alması üçün sənədi verirlər. O, yığdığı vəsaitlər hesabına özünə geniş biznes şəbəkəsi qurub".
Mənbə iddia edir ki, aşağıdakı obyektlər DMX rəsinə məxsusdur:

- “FASHİON Club” qadın gözəllik salonu - Bakı şəhəri, Teymur Əliyev küçəsi
- Fermer təsərrüfatı - 500 hektar ərazidə - Xaçmaz rayonu, Xudat şəhərində
- Kafe, restoran, ərzaq mağazaları, pullu avtodayanacaq - Yalama keçid məntəqəsinin qarşısında
- Novxanıda dəniz kənarında restoran

- “Orxan” istirahət mərkəzi - Nabranda

- “ATA Market”- Binəqədi qəsəbəsində
- “Elay” şadlıq evi - Bayıl qəsəbəsində (DMX idarə rəisi İntiqam Məmmədovla şərikli)
- Masazır qəsəbəsində yeni tikilən bir neçə bina
- Yanacaq doldurma məntəqəsi - Bakı-Rusiya magistral yolunda
- Hotel - Bakı şəhəri, Teymur Əliyev küçəsində
- Şəxsi avtomobillər kolleksiyası
- “Mersedes Galendwagen” - nömrə nişanı - 002
- “Mersedes S Klass” - nömrə nişanı - 002
- “Range Rover Discovery” - nömrə nişanı -011
- “Lexus 570" - nömrə nişanı - 009.
Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt