BANKLARIN KREDİT MƏNGƏNƏSİ
Tarix: 10-05-2013, 11:40 | Çap et
Mərkəzi Bank yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 2013-cü ilin yanvar-aprel aylarında 32,06 milyon manat məbləğində kredit verilib. Bu da I rübün nəticələri üzrə maliyələşdirmənin həcmini 2,11 dəfə üstələyir. Trend-in məlumatına görə, mart ayında ipoteka kreditinin həcmi 2013-cü ilin fevral ayında verilmiş kreditdən 2,05 dəfə çox olub.
AİF-in xətti ilə maliyyələşdirməyə başlanandan - 2006-cı ildən 2013-cц ilə qədər 435 milyon manat dəyərində ipoteka krediti ayrılıb. Bunu illər üzrə ayırsaq, 2006-cı ildə 5,6 milyon manat, 2007-ci ildə 70,2 milyon, 2009-cu ildə 76,9 milyon, 2010-cu ildə 97,08 milyon, 2011-ci ildə 95,64 milyon, 2012-ci ildə isə 74,77 milyon manat olub.
Krediti ən çox kimlər alır?
Qeyd edək ki, sosial ipoteka kreditləri üçün dövlətin bu il ayırdığı vəsait ötən ilkindən 2 dəfə çox – 40 milyon manat nəzərdə tutulub. Bu vəsaitin 20 milyon manatı artıq AİF-ə köçürülüb. Ancaq hələ də adi, həmçinin güzəştli ipoteka kreditləri vətəndaşlar üçün əlçatan görünmür. Azərbaycanda yüz minlərlə ailənin kirayələrdə yaşamasını nəzərə alaraq, ipoteka şərtlərinin yüngülləşdirilməsi təklifləri səslənir. Onu da deyək ki, uzun zamandır müzakirəsi ləngiyən yeni “Sosial ipoteka haqqında” qanun layihəsinin Milli Məclisin bu ilki payız sessiyasında müzakirəyə çıxarılacağı gözlənilir. Ekspertlər hesab edir ki, sözügedən qanun layihəsinin qəbulu ipoteka krediti almaqda vətəndaşlara yardımçı ola bilər. Bəs bu sistemdə hansı dəyişikliklərə ehtiyac var?
Ekspertlərdən suallarımıza cavab almamışdan öncə qeyd edək ki, 2006-cı ilin əvvəlindən bu ilin mayınadək AİF-in xətti ilə 448,75 mln manat ipoteka krediti verilib. Kredit alanların 41 faizi 18-29 yaşında, 31 faizi 30-35, qalan 28 faizi 36 yaşdan yuxarı olanlardır.
Güzəştli və adi ipotekanın şərtləri
2013-cü ilə qədər 11-12 min arasında vətəndaş ipoteka kreditlərindən isrtifadə edərək mənzil ala bilib. İpoteka kreditləri üzrə güzəştlərdən gənc ailənin üzvü şəhid ailəsinin üzvləri, Milli Qəhrəmanlar özləri, yaxud ailə üzvləri, məcburi köçkünlər və ya onlara bərabər tutulan şəxslər, üç ildən az olmayan müddətdə dövlət qulluqçusu işləyənlər, elmlər namizədi və ya doktorluq elmi dərəcəsi olanlar, idman sahəsində xüsusi xidmətləri olanlar istifadə edə bilərlər.
Adi ipoteka krediti alan zaman isə ipoteka kreditləri üzrə ödəniləcək aylıq məbləğ borcalanın aylıq məcmu gəlirinin 70 faizindən çox olmamalıdır. Borcalanın və onun ailəsinin saxlanılması üçün xərc ölkə üzrə müəyyən olunmuş yaşayış minimumundan az götürülə bilməz. Kreditin son ödəniş tarixinə borcalanın yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaş həddindən çox olmamalıdır. Onu da deyək ki, adi ipoteka krediti götürmək istəyənlər 8 faizlə maksimum 50 min manat, güzəştli kateqoriya isə 4 faizlə maksimum 50 min manat götürə bilərlər. Ilkin ödəniş adi ipotekada 20, güzəştli ipotekada isə 15 faizdir. Kreditin götürülməsinin maksimal müddətinə gəlincvə, adi ipotekada 25, güzəştli ipotekada 30 ildir.
Dünya və biz
İqtisadçı Vüqar Bayramov da bizimlə söhbətində vətəndaşlar üçün ipoteka kreditlərinin əlçatan olmadığını dedi: “İpoteka proqramının fəlsəfəsi sosial layihə olaraq mənzilə tələbatı olan Azərbaycan vətəndaşlarına yardım etməkdir. Buna görə də nəinki sosial, həm də adi ipoteka kreditlərinin verilməsi kommersiya məqsədi daşımamalıdır. Təbii ki, risklərin aşağı salınması ilə bağlı tədbirlər həyata keçirilməlidir, çünki banklar öz risklərini sığortalamalıdır. İstər adi, istərsə də sosial ipoteka kreditləri üçün ən ciddi problem kredit faizlərinin yüksək olmasıdır. Sözügedən kredit faizlərini qonşu ölkələrlə müqayisə etsək, görərik ki, bizim ölkədə faiz dərəcələri yüksəkdir. İpoteka kreditlərinin faiz dərəcələrin aşağı salınmadığı təqdirdə bu kreditlərin sosial fəlsəfəsinə nail olmaq mümkün deyil”. Gürcüstanda sosial ipoteka kreditlərinin faiz dərəcəsi 4, Rusiyada 3, Türkiyədə 3,7-dir. Fransa, Portuqaliya, Belçika, Almaniya və İtaliyada ipoteka kreditini 1,5 faiz, Kipr, İspaniya və Yunanıstanda 2, Danimarkada 1,3, Türkmənistanda 1 faizlə almaq mümkündür. Hətta Türkiyədə dövlət tərəfindən gerçəkləşdirilən mikrorayon layihələrində kredit dərəcələri 0,75- 0,8 faizdir. V.Bayramovun fikrincə, faiz dərəcələrinin aşağı salınması üçün İpoteka Fondu çalışmalıdır ki, adi ipoteka kreditlərinin maliyyə mənbələrini şaxələndirsin: “Çünki adi ipoteka kreditlərinin maliyyə mənbələri ipoteka istiqrazlarının yerləşdirilməsindən əldə edilən vəsaitlər hesabına formalaşır. Bu da yeganə mənbə olduğundan və təklif edilən ipoteka istiqrazları adi istiqrazlar olmadığından ciddi maraq yaratmır. Nəticədə adi ipoteka kreditləri faiz dərəcələri yüksək olur”.
Sosial ipoteka kreditlərinin faizinin də yüksək olduğunu deyən V.Bayramov bildirdi ki, sosial ipoteka kreditləri dövlət tərəfindən maliyyələşdirildiyindən burada kommersiya məqsədindən söhbət gedə bilməz: “Bank xərclərinin qarşılanması müzakirə mövzusu ola bilər. Bu baxımdan sosial ipotekalar üçün faiz dərəcələrinin ikiyə endirilməsi vacibdir. Bunun üçün imkanlar da var. Adi ipoteka kreditləri isə birinci mərhələdə səkkiz faizdən altı faizə endirilsə, maliyyə və digər baxımdan heç bir problem yaranmaz”.
İlkin ödəniş problemi
İqtisadçının fikrincə, kredit götürmək istəyənlər üçün digər problem ilkin ödənişlə bağlıdır: “2005-ci ildə qəbul edilmiş «İpoteka haqqında» Azərbaycan Respublikasının qanununa əsasən, AİF sosial və adi ipoteka kreditləri üçün ilkin ödənişlərin aradan qaldırılması, ilkin ödənişin qarşılanması məqsədi ilə İpoteka Zəmanət Fondu yaratmalı. Sözügedən fond ilkin ödəniş etmək imkanları olmayan vətəndaşların ilkin ödənişini qarşılamalı idi. Həmin qanunun qəbulundan səkkiz il vaxt keçsə də, hələ də İpoteka Fondu Zəmanət Fondunun yaradılması prosesini başa çatdırmayıb. Buna görə də aztəminatlı ailələrdən belə ilkin ödəniş tələb olunur. İlkin ödəniş etmək orta aylıq əməkhaqqı səviyyəsində qazancı olan vətəndaşlar üçün heç də asan deyil. Bu baxımdan İpoteka Zəmanət Fondunun yaradılmasına ehtiyac var”. İqtisadçı ilkin ödənişi verə bilməyən vətəndaşlara kömək üçün Tikinti Əmanət banklarının yaradılmasının da vacib olduğunu düşünür: “Bununla bağlı Mərkəzi Bank xeyli müddətdir layihə hazırlandığını bildirir. Amma buna rəğmən ölkəmizdə hələ də tikinti əmanət bankları yaradılmayıb. Bu proses yubandığı üçün insanlar ilkin ödəniş problemi ilə üz-üzə qalıblar”.
10 sənədlə işi həll etmək olar
İpoteka kreditlərinin alınmasını çətinləşdirən digər məqamın tələb olunan sənədlərin çox olması ilə əlaqədar olduğunu deyən V.Bayramov bildirdi ki, Azərbaycanda ipoteka krediti almaq üçün 18 sənəd tələb olunur: “İpoteka kreditlərinin verilməsində kifayət qədər ciddi və bürokratik maneələr var ki, bu, kreditlərin verilməsində əlçatanlılığı aşağı salır. Apardığımız araşdırmalar göstərir ki, kredit almaq üçün tələb olunan sənədlərin sayına görə Azərbaycan dünyada birinci yerdədir. Dünyanın heç bir ölkəsində Azərbaycanda tələb olunduğu qədər sənəd istənilmir. Bu sənədlərin yığılması vaxtla yanaşı, müəyyən vəsait tələb edir. Ən adi sənədlərə belə bürokratik aspektdən yanaşılır. Məsələn, şəxsiyyət vəsiqəsinin surətinin təsdiq olunması tələb edilir. Halbuki vətəndaş banklara müraciət etdiyi zaman şəxsiyyət vəsiqəsi ilə onun ksero-surətini tutuşdurmaqla bu problemi həll etmək olar. Tələb olunan sənədlərdən biri Dövlət Sosial Müdafiə Fondundan (DSMF) arayışın tələb edilməsidir. Halbuki buna ehtiyac yoxdur. Bu sahə elektronlaşdığı üçün həmin məlumatı DSMF-nın saytına daxil olmaqla əldə etmək mümkündür. Eyni zamanda, DSMF-dan arayış tələb olunursa, əmək kitabçasının surətinin təsdiq edilməsinə nə ehtiyac var? Borclanandan kadrlar idarəsi tərəfindən təsdiq olunmuş əmək kitabçasının surəti, gəlirlərini təsdiq edən sənəd tələb olunur. Halbuki bütün bunları DSMF-nın saytına daxil olmaqla əldə etmək mümkündür”.
Elektron ipoteka sistemi
V.Bayramov hesab edir ki, əgər Azərbaycanda elektron hökumət qurulursa, buna uyğun olaraq banklar da elektron hökumətin resurslarından istifadə edərək vətəndaşlar üçün ipoteka krediti almaq üçün tələb olunan sənədlərin sayının azaldılmasına nail ola bilərlər. Iqtisadçının fikrincə, elektron hökumətin tətbiq olunması tələb olunan sənədlərin sayının 10-a endirilməsinə gətirib çıxara bilər. V.Bayramov bildirdi ki, Elektron ipoteka sistemi yaradılarsa, vətəndaşlar üçün də rahat olar: “Elektron ipotekanın tətbiqi bir sıra kommersiya banklarında müşahidə edilən qeyri-rəsmi ödənişlərin tələb edilməsi kimi halların aradan qaldırılmasına gətirib çıxaracaq. Elə vətəndaşlar var ki, ipoteka kreditinə müraciət edib aylarla gözləyirlər. Digəri isə müxtəlif üsullarla qısa zamanda bu krediti ala bilir. Bundan başqa, elektron İpoteka sistemi tətbiq olunarsa, vətəndaş müraciət edərkən sistem onun ərizəsinin neçənci olmasını bildirəcək. Bu da artıq kommersiya banklarının vətəndaşa müraciətlərin sayının çox olması ilə bağlı hər hansı bir bəhanə gətirməsinin qarşısını alacaq. Bildiyimiz kimi, bəzən kommersiya bankları ipoteka kreditləri ilə bağlı müraciətləri qəbul etmir, yaxud qəbul edilən müraciətlərə aylarla baxılmır, bəzi hallarda uyğun olmayan suallar verir, lazım olmayan sənədlər tələb edilir. Qeyd edim ki, sosial ipoteka kreditlərinin verilməsində bu tip süründürməçiliyə daha çox rast gəlinir”.
70 min ailə qurandan 1500-nə kredit düşür
İqtisadçı-ekspert Samir Əliyev də vətəndaşların ipoteka kredirləri almağa əlçatanlılığının olmadığını düşünür: “Şərtlərin ağırlığı ucbatından bu gün gənclərimizin çoxu ipoteka kreditindən istifadə edə bilmir. Bundan başqa, ipoteka kredirlərinin həcminin artırılmasına da ehtiyac var. Azərbaycanda kreditləşmə üçün verilən resurs həddindən artıq az olduğundan insanlar krediti əldə etməkdə çox çətinlik çəkirlər. Sosial ipoteka krediti verilməyə başlandığı 2006-cı ildən 2013-cü ilə qədər 11 min ailə güzəştli və adi ipoteka krediti ilə mənzil ala bilib. Bu da o deməkdir ki, il ərzində 1500 ailə ipoteka kreditindən yararlanır. Müqayisə üçün deyim ki, hər il nikaha girən ailələrin sayı 70 min, bəzən hətta 90 min civarında olur. Ailə quranların da da təxminən 20-30 mininin evə ehtiyacı var.Bunlardan da cəmi 1500 ailəyə sosial ipoteka krediti verildiyindən tələbat təklifi dəfələrlə üstələyir”.
Layihədə nəzərdə tutulan yeniliklər
Milli Məclisin iqtisadi-siyasət komitəsinin üzvü Vahid Əhmədov da jurnalistlərə açıqlamalarında dəfələrlə qeyd edib ki, ipoteka kreditləri üçün ildə ən azı 80-100 milyon manat vəsait ayrılmalıdır. V.Əhmədov şərtlərin də ağır olduğunu vurğilayaraq, ilkin ödənişin 1000-1500 manat miqdarında olmasını təklif edir.
Qeyd etdiyimiz kimi, “Sosial ipoteka haqqında” qanun layihəsinin Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacağı gözlənilir. Parlamentdən “APA-Economics”ə verilən məlumata görə, artıq sənəd üzərində bütün ziddiyyətli məqamlar həll olunub və bütün aidiyyəti qurumlardan müsbət rəylər alınıb. Layihə birbaşa gənclərin sosial rifahının gücləndirilməsi məqsədini daşıyır. Sənəddə bir sıra yeni təkliflər var. Təkliflərdə sosial ipotekadan istifadə imkanı əldə edəcək şəxslərin siyahısının genişləndirilməsi, bu siyahıya gənc ailələrin, eləcə də ailəsi olmayan, lakin ipoteka krediti almaq üçün maliyyə imkanı olan gənclərin də daxil edilməsi qeyd olunur. Sosial ipoteka kreditinin maksimum məbləğinin artırılması təklif edilir. Eləcə də, sosial ipoteka çərçivəsində illik faiz dərəcələrinin hazırkı 4 faizdən aşağı salınmasının təkrar nəzərdən keçirilməsi mümkündür. Layihəyə görə, sosial ipoteka krediti alanlar ilkin ödənişdən azad edilə bilərlər. Layihədə nəzərdə tutulan Zəmanət Fondunun öz işinə başlaması ilə ipoteka kreditlərini ilkin ödəniş etmədən də almaq mümkün olacaq. Borcalan ipoteka krediti üzrə ilkin ödənişin yerinə fonddan zəmanət alacaq və bu zaman bütün məbləği tam şəkildə özü ödəməli olacaq. \ kaspi \
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
|