ERMƏNİSTAN AZƏRBAYCANI MƏHKƏMƏYƏ VERİR
Tarix: 10-05-2013, 12:29 |
Çap et
DÜŞMƏN ÖLKƏ İDDİA QALDIRARAQ KİLSƏLƏRƏ NƏZARƏTİ TƏLƏB EDİR
DİA.AZ: - Bir müddət əvvəl Azərbaycanda Ermənistana qarşı 300 milyard ABŞ dolları həcmində təzminatla bağlı iddianın qaldırılması təklifi səsləndirildi. Bu iddia düşmən ölkənin Azərbaycana Qarabağın işğalı zamanı vurduğu ziyanla əlaqədar idi. İndi isə deyəsən, Azərbaycanda səslənən bu iddialara ermənilər həyasızcasına qarşılıq vermək fikrinə düşüblər.
DİA.AZ-ın düşmən ölkənin mətbuatına istinadən verdiyi xəbərdən aydın olur ki, Ermənistanın siasi eksperti Ara Papayan belə bir təklifdə bulunub ki, rəsmi Bakı Avropa İnsan Haqqları Məhkəməsinə verilməlidir. Bu iddia ilə ermənilər Azərbaycandakı erməni kilsələrinin üzərindəki hüquqlarını bərpa etməlidirlər.
Qeyd edək ki, bir neçə gün əvvəl Ara Papayan eyni qaydada Türkiyənin də AİHM-ə verilməsi təklifi ilə çıxış etmişdi.
Belə yerdə deyərlər, utanmasan, oynamağa nə var ki…
Onu da xatırladaq ki, bir müddət əvvəl Bakıdakı erməni kilsəsinin bərpası da gündəmə gətirilmişdi.