BİR HƏFTƏDƏ 80 NƏFƏR ÖLDÜRÜLÜB
Tarix: 11-12-2011, 12:44 |
Çap et
AMERİKANIN ƏFQANISTANI QAN ÇANAĞIDIR
Əfqanıstanın Prezidenti Həmid Kərzai bazar günü bildirib ki, bu həftə ərzində iki terror aktı 80 nəfər insanın həyatına son qoyub. Trend-in məlumatına görə, xəbəri Reuters yayıb.
Bundan əvvəl xəbər verilmişdir ki, Kabul və Mazari-Şərif şəhərlərində baş vermiş partlayışlar 59 insanın həyatına son qoyub.
"Mənim bu səhər aldığım rəqəmlərdə göstərilir ki, 80 nəfər insan həlak olub", - Kərzai bildirib.
İntiharçı-terrorist çərşənbə axşamı Kabulda şiə məsçidlərinin birinin qarşısında özünü partladıb. Digər terror aktı isə Mazari-Şərif şəhərlərində velosipedə birləşdirilmiş bombanın partlaması nəticəsində baş verib. Yaralananların sayı 150 nəfəri ötüb. İkinci terror aktı Aşura mərasimi zamanı baş verib.
Taliban hərəkatı partlayışlarla əlaqəsi olmadığını bəyan edib.