"NURGÜN MOTORS"UN XARAB MAŞINLARI...
Tarix: 22-05-2013, 11:54 | Çap et
Son 1 ildə Avropada yaşanan borc böhranı ən çox avtomobil sektorunu vurub. Avtomobil satışı 1990-cı ildən bu tərəfə ən pis dönəmini yaşayır. Yanvar ayında satışlar 8,6 faiz düşərək 885 min təşkil edib. “Ford”un satışı 26 faiz, “Peudeot” və “Tayota”nın satışı 16 faiz azalıb. Satışla bərabər avtomobillərin qiymətləri də düşüb. Diqqəti çəkən avtomobil sektorunda baş verənlərin Azərbaycanın avtomobil bazarında hiss edilməməsidir. Xüsusilə Avropa istehsallı avtomobillərin qiymətləri 1 il əvvəlki səviyyəsindədir. Bu da bazardakı qiymətlərin avtomobil sektorunda baş verənlərdən kənarda tənzimlənməsi deməkdir. Xüsusilə qiymətlərin hələ də əlçatan olmamasında rəsmi dillerlərin rolu var.
Publika.Az bir sıra avtomobil markalarının Azərbaycanda satışını təmin edən “Nurgun Group“un qiymət siyasətini, alıcıların cibinə necə girməsi ilə bağlı araşdırmasını təqdim edir.
Qeyd edək ki, “Nurgun Group” “Nissan”, “Ford”, “Renault”, “İnfiniti” markalı avtomobillərin satışı və servis xidmətlərini təşkil edir. Hər bir vətəndaş bu avtomobilləri bazar dəyərindən baha, yüksək kredit və sərfəli olmayan sığorta şərtləri ilə şirkətin salonlarından əldə edə bilər. Qısası, ”Nurgun Group” alıcının cibinə şəriksiz-filansız girmək üçün özünə hər bir “şərait” yaradan şirkətlərdəndir. Necə? Başlayaq şirkətlər qrupunun yarandığı tarixdən etibarən “Nurgun Motors“un rəsmi distribütorluğu ilə satışını apardığı “Nissan“ avtomobillərindən. Hər bir modelinə 3 il müddətinə və ya 100.000 km zəmanət verilən bu avtomobillər bazar dəyərindən baha qiymətə satılması təkzib edilməyən fakta çevrilib. Lakin məsələ təkcə bu deyil. “Nurgun Motors“un satdığı “Nissan” avtomobillərinin Yaponiyada deyil, Hindistanda istehsal edildiyinə dair iddialar var. Xüsusilə bu iddialar avtomobillərin keyfiyyətindəki problemlərə əsaslanaraq ortaya çıxıb.
Bahalı bank faizləri
Bu gün “Nissan”nın modellərinə daxil olan “Maxima”, “GT-R”, “Altima-New”, “Sunny”, “Teana”, “Nissan Micra”nın nəqd satışdan əlavə kreditlə satış təklif edilir. Reklam kampaniyalarında kreditlərin illik bank faizlərinin 16, ilkin ödənişin 15 faiz olduğu göstərilir. Lakin alıcının bu şərtlərlə maşın sahibi olmaq arzusu “Nissan”ın Cənubi Qafqaz regionundakı ən iri və geniş salonuna ayağını basdığı anda puç olur. Elə şərtlər irəli sürülür ki, avtomobil satışı qiymətindən azı 3 min manat, bazar dəyərindən isə 2 dəfə baha başa gəlir.
Bildirək ki, şirkətin avtomobillərinin kreditlə satışı əsasən “NBC Bank” ASC-nin (“NBC Bank” ASC ”Nurgun Group”a daxildir) vasitəsilə aparılır. Bank partnyor avto krediti, eləcə də digər avto kreditlər təklif edir. Partnyor avto krediti sırf ”Nurgun Group”un gətirdiyi “Nissan”, “Ford”, “Renault”, “İnfiniti” avtomobillərinə hesablanıb. Kreditin ümumi məbləği 100 000 AZN, ödənmə müddəti 60 ay, illik faiz dərəcəsi 12-22 faiz olmaqla verilir. Lakin partnyor tərəfindən verilmiş qaimə-arayışı banka təqdim edəndə bəlli olur ki, kreditin faizi 22-dir. 12 simvolik olaraq 22-nin əvvəlinə atılıb. Digər şərtlər də tükürpədicidir. Şirkət baha qiymətə avtomobil satdığını özü də anlayaraq bunun müqabilində gələcək riskləri qarantiyaya almaq üçün bütün variantları düşünüb tapıb. Konkret olaraq kreditləşmə zamanı girov kimi alınmış avtomobilin özü çıxış edir. İlkin ödəniş 10 faiz olmaqla, kreditin verilməsinə görə 2 faiz komisyon haqqı irəli sürülür. Tələb olunan sənədlərə ərizəçinin şəxsiyyət vəsiqəsi, zamin(lər)in şəxsiyyət vəsiqəsi (tələb olunarsa), iş yerindən (təqaüd haqqında) arayış və ya biznes, partnyor tərəfindən verilmiş qaimə-arayış daxildir.
Bir şirkətin daxilində ötür-ötür oyunu
“Nurgun Motors“un satdığı avtomobillərin sığortası bir qayda olaraq “Nurgun Group”a daxil olan “Rəvan Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir. Yəni salondan maşın alarkən vətəndaşın ayrı sığorta şirkət ilə müqavilə imzalamaq seçimi qalmır. Daha doğrusu, bu seçim ona verilmir. Sığorta sektorunda kifayət qədər az paya malik, əsasən “Nurgün Motors“un satdığı avtomobillərin sayəsində mövcudluğunu qoruyub saxlayan “Rəvan” Sığorta Şirkəti (2013-cü ilin yanvar ayında şirkətlər üzrə hesablanmış sığorta haqları və sığorta ödənişlərinin həcmi ən aşağı “Rəvan” Sığortada olub. Şirkət cəmisi 234 274,14 manat sığorta haqqı toplayıb) isə bir çox hallarda müqavilənin şərtlərini “unudur”. Qəza, yanğın baş verdikdə məsuliyyəti üzərindən atır.
Avtomobil yenidən salona qayıdır
Azərbaycanda avtomobil krediti maşın sahibi olmaq istəyənin əlindəki vəsaitə əlavə kimi nəzərdə tutulur. Yəni sıfırdan gedib salondan kreditə maşın almaq mümkün deyil. İlkin ödəniş, bank sənədləşdirmələri zamanı alıcı elə soyulur ki, sonrakı aylarda anutet ödəmədə çətinliklərlə üzləşir. Araşdırmalar göstərir ki, avtomobil sahibi krediti ödəyə bilmədikdə, maşın “NBC Bank” ASC-nin sərəncamına keçir. Bank isə maşını yenidən şirkətin salonuna qaytarır. Avtomobil sahibinin əvvəlki aylarda ödədiyi kredit və ilkin ödəniş isə geri qaytarılmır.
Şirkət avtomobili 5000 min manat bahasına satır
Yuxarıda qeyd etdiyimiz kimi, “Nurgun Motors” “İnfiniti” modelinin Azərbaycandakı rəsmi distrübyutorudur. Bütün dünyada “İnfiniti” modeli ucuzlaşdığı halda bizim ölkədə hələ də baha qiymətə satılır. Eləcə də hazırda Avropada satışları düşən “Ford”u, “Renault”u misal çəkmək olar. “Ford”un rəsmi saytında bəzi modellərinin “-C-Max”, “Ford Galaxy”nin qiymətləri açıqlanmasa da, qiymətləri göstərilən modellərdə bu fərq fantastikdir. “Ford Fiesta” 15 539 manata, “FOCUS” 17900 manat, “KUGA” 25 900 manat, “Explorer” 45 900 manata təklif edilir. Təkcə “Ford Fiesta”nın yeni modellərinin Avropa bazarında qiyməti 9,795 avrodur. Nəzərə alsaq ki, daşınma xərcləri istehsalçının özü tərəfindən ödənilir, bir markada “Nurgun Motors” 5000 manat irəli düşür. Hələ bu salondakı nağd qiymətdir. Kreditlə satışı nəzər aldıqda qazanc 7 000 manata qədər artır.
“Maxima” ilə bazara girdi”, Sunny”də ilişib
Əslində “Nurgun Motors”un bahalı satış siyasəti həyata keçirməsinə rəğmən, bazarda bu qədər oturuşması "Sanballı kişilər üçün" reklamları ilə “Maxima” modelinin satışından sonra başladı. “Nissan Maxima”lar hökumətin yüksək vəzifə sahiblərinə xidməti maşını kimi alındı. Kifayət qədər qazanan “Nurgun Motors” sonra “Nissan”ın kiçik modellərini gətirməyə başladı. Bütün gücünü C segmentə verdi. Hazırda da şirkətin satışlarınını 65-70%-i C segmentin payına düşür. “Ford”un, “Renault”un rəsmi distrübyutoru olsa da, bütün fəaliyyətini “Nissan” modellərinin satışına yönəldib. İki ildir “Sunny” və “TEANA”-nın fasiləsiz aparılan reklamlarını buna misal çəkmək olar. \ publika.az \
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13 |
|
|
|
|