İCRA BAŞÇISININ QARDAŞI ÖDÜLLƏNDİRİLDİ
Tarix: 24-09-2011, 12:56 |
Çap et
ƏHƏD ABIYEVİN QARDAŞINA KİYEVDƏ YÜKSƏK MÜKAFAT VERİLİB
Azərbaycan DİN-in Kiyevdəki nümayəndəsi, polis polkovniki Zəfər Mikayıl oğlu Əbiyev “Qızıl fortuna” Beynəlxalq akademik populyarlıq reytinqinin (BAPR) “Ukrayna müstəqilliyinin 20 ili” diplomuna və mükafatına layiq görülüb.
“Qafqazinfo”nun məlumatına görə, Azərbaycanın polis zabiti bu yüksək mükafata iki dost ölkənin eyni profilli nazirlikləri və hüquq mühafizə orqanları üçün işçilər hazırlayan tədris müəssisələri arasında əməkdaşlığın fəallaşdırılması və dərinləşdirilməsi işinə sanballı töhfə verdiyinə görə layiq görülüb.
Sentyabrın 23-də “Qızıl fortuna” BAPR Rəyasət Heyətinin başçısı, Ukrayna Milli Elmlər Akademiyasının prezidenti Boris Paton təntənəli şəraitdə fəxri mükafatı Zəfər Əbiyevə təqdim edib.