BAKIDA RESTORANDA ŞOK OLAY
Tarix: 14-12-2011, 16:31 |
Çap et
QADIN MÜĞƏNNİMİZ HAMININ GÖZÜ QARŞISINDA SOYUNDU
DİA.AZ: - Redaksiyamıza ilginc bir məlumat daxil olub. Hər halda, bu faktlarla tanış olduqca Azərbaycanın hansı səviyyəyə düşməsi insanda ürək ağrıdır. Söhbət mənəviyyatımızın təhlükəli bir nöqtəyə salınmasından gedir.
«Dünya» İnformasiya Agentliyi redaksiyasına çox mötəbər qaynaqlardan sızan informasiyaya görə, dünən Bakıdakı restoranların birində Azərbaycanın çox tanınan qadın müğənnisi hədsiz sərxoş olması səbəbindən biabırçı hərəkətlər edib.
Mənbə bildirir ki, qadın sənətçimiz ilk əvvəl restorandakı müştərilərə söz atıb: «Daha sonra müğənnimiz şok bir olaya imza atıb. Hamının gözü qarşısında musiqi sədaları altında paltarlarını yarıya qədər soyunub. Sonra isə əynində yalnız alt paltarları olmaqla bir neçə dəqiqə masaların arası ilə hərəkət edib».
Hadisəyə şahid olan mənbəmiz bildirir ki, bundan sonra restoranın administrasiyasının işçiləri müğənnimizi paltarlarına bürüyərək salondan çıxarıblar.
Onu da bildirək ki, redaksiyamıza strptiz göstərən qadın sənətçimizin adı məlumdur. Sadəcə olaraq, etik dəyərlərə görə, onun kimliyini açıqlamırıq. Onu da bildirək ki, həmin qadın müğənninin şok görüntüləri salondakı müştərilər tərəfindən də telefonlarla çəkilib.