FƏLƏSTİNİN ƏRİZƏSİNƏ BAXILACAQ
Tarix: 24-09-2011, 14:31 |
Çap et
BMT-YƏ DAHA BİR DÖVLƏT ÜZV OLACAQ
DİA.AZ: -Bazar ertəsi BMT-nin təhlükəsizlik şurasında Fələstinin müstəqilliyiylə bağlı ərizəyə baxılacaq.
Fələstin prezidenti Mahmud Abbas cümə günü BMT-nin baş katibi Ban Kİ Moona
Fələstinin təşkilatın tam hüquqlu üzvü olmasıyla bağlı rəsmi ərizə təqdim edib.
İsrailin baş naziri Benjamin Netanyahu isə bundan sonra sesiyada çıxış edərkən bildirib ki, Yaxın Şərqdə sülhə yalnız danışıqlar yoluyla nail olmaq mümkündür.
Yaxın Şərq sülh prosesinə vasitəçilik edən ABŞ, Avropa Birliyi, Rusiya və BMT tərəfləri yaxın 4 həftə ərzində heç bir şərtsiz birbaşa danışıqları bərpa etməyə çağırıblar.