AĞSUNUN SABİQ RƏİSİNƏ YENİ VƏZİFƏ
Tarix: 26-09-2011, 11:55 |
Çap et
HATƏM HACIYEV YENİDƏN GÖRƏV BAŞINDA
Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub.
APA-nın məlumatına görə, daxili işlər naziri general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Ağsu Rayon Polis Şöbəsinin sabiq rəisi Hatəm Hacıyev Nizami Rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinə rəis təyin edilib.
Xatırladaq ki, H. Hacıyev bir müddət əvvəl Ağsu rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilib.