ŞOK: REDAKSİYAMIZA EVLİLİK MÜRACİƏTİ
Tarix: 20-12-2011, 13:07 |
Çap et
AMERİKADAKI SOYDAŞIMIZ GƏNC MÜĞƏNNİYƏ AŞİQ OLUB
DİA.AZ: - Bu gün səhər saatlarında redaksiyamızın telefon nömrəsinə Amerika Birləşmiş Ştatlarında yaşadığını bildirən və əslən Güney Azərbaycandan olduğunu söyləyən Tağı Şahabniya adlı şəxsdən maraqlı bir zəng daxil olub.
Zəng müəllifi bildirir ki, ABŞ-da doğulub və valideynləri 1980-ci ildən Amerikaya köç ediblər: «Əslən Azərbaycan türküyəm. Dilimi yaxşı bilirəm. 30 yaşındayam və ABŞ-da kiçik bir şirkətim var».
Tağı Şahabniyanın sözlərinə görə, onu redaksiyamıza telefon açmağa vadar edən barəsində məlumatlarını yaydığımız gənc müğənni Samrinaya aşiq olmasıdır: «Mən onu canlı olaraq görməmişəm. Amma neçə gündür ki, sizin saytınızda şəklini gördükdən sonra gecələri yata bilmirəm. Artıq aşiq olduğuma əminəm və bu xanımla evlənmək istəyirəm».
Bizdən Samrinanın əlaqə vasitələrini istəyən soydaşımız fikrinin ciddi olduğunu da bildirdi: «Niyyətim ciddidir və bu barədə valideynlərimlə də danışmışam».
Biz isə təəssüflə soydaşımıza bildirdik ki, Samrina ilə əlaqələrimiz yoxdur. Və söz verdik ki, gənc müğənni ilə onun əlaqələrinin yaradılmasında yardımçı olacağıq. Elə bu səbəbdən DİA.AZ olaraq gənc müğənniyə səslənirik və əgər maraqlıdırsa, Tağı Şahabniya ilə ünsiyyətini yarada bilərik.