YENİ NAZİR FHN ŞEFİNİN ADAMI İLƏ BACARACAQMI?
Tarix: 25-06-2013, 11:37 | Çap et
HƏLƏ DƏ VAHİD MƏKTƏBLİ GEYİMİ BİZNESİ MƏRDANOVUN ÇETESİNƏ AİDDİR
DİA.AZ: - Yeni təhsil naziri Mikayıl Cabbarov Misir Mərdanovun dövründən qalma nazirliyin emblemindən də imtina etməsilə əslində köhnədəki bütün eybəcərlikləri dəf edəcəyinə də bir işarə etmiş oldu. Ən azından cəmiyyət tərəfindən nazirin bu yeniliyi məhz qeyd olunan kimi qəbul edildi. Çünki həqiqətən də təhsil nazirliyinin köhnə emblemi zövqsüz hazırlanması ilə yanaşı, köhnəliyi ehtiva etməkdə idi. Sanki bu emblem altında Azərbaycan təhsilinin anası ağladıldığından bu imtina qərarı zəruri idi.
Amma imtina olunası yetərincə məqamlar, şəxslər, kadrlar, dəyərsizliklər var. Ki, bu da Mikayıl Cabbarov üçün prioritet olmalıdır. DİA.AZ bildirir ki, yeni təhsil naziri təhsil sisteminə bir gəlir mənbəyi kimi baxan Misir Mərdanovdan fərqli olaraq həqiqətən də təhsilin inkişafına xidmət edən addımları atmazsa, onun vəzifə başında uzun müddətə qalması imkansız olacaq. Hətta onu görəv başında saxlasalar belə, Misir Mərdanovun dövründə vurulan zərbələrin bir-birinin ardından üzə çıxan ayıbları imkan verməyəcək ki, Mikayıl Cabbarov sakit şəkildə kürsüsündə əyləşsin. Yəni istər-istəməz mövcud situasiya Mikayıl Cabbarovu islahata vadar edəcək.
Bu gün islahat aparılması zəruri olan təhsilə aid sahələrdən biri də məktəbli formaları ilə bağlıdır. Məlumdur ki, Misir Mərdanov vahid məktəbli formasının tətbiqindən də qazanclı şəkildə çıxmağa müəssər olub. Və onun formaların istehsalını bir əldə cəmləşdirməsi, inhisara şərait yaratması da deyilənlərin təsdiqi kimi qəbul oluna bilər. Real ərsəyə gəlmə qiyməti məsələn, 12 manatdan yuxarı olmayan məktəbli formalarının 50 manata satışa çıxarılması faktiki olaraq Misir Mərdanovun vahid geyim biznesindən xəbər verməkdədir.
Biz isə DİA.AZ olaraq bu gün Misir Mərdanovdan yadigar qalan vahid məktəbli formalarının istehsalı ilə məşğul olan müəssisənin fəaliyyətini araşdırmaq qərarına gəldik ki, burada tək məqsədimiz Mikayıl Cabbarovun bilgiləndirilməsidir. Çünki qarşıdan yeni dərs ili gəlir. Və əgər indidən tədbir görülməzsə, o zaman yenə də ucuz çin malı uşaqlarımıza bahalı mal kimi sırınacaq və hansısa işbazların cibləri dolmuş olacaq. Beləliklə…
Dərs ilinin başlaması münasibətilə ən çox sevinən qurumlardan biri şübhəsiz ki, “Bakı Tikiş Evi”dir. Qeyd edək ki, bu fabrik ölkədəki bütün məktəbləri paltarlarının istehsalı ilə məşğuldur.
Bir neçə müddətdir ki, məktəbli formalarının satışı ilə bağlı yaranan ən müxtəlif problemlər ilk növbədə valideynləri, bəzi hallarda isə həm də istehsalçıları və satıcıları da məyus edir. Mütəxəssislərin rəyi isə belədir ki, əksər problemlərin yaranma səbəbini “Bakı Tikiş Evi” MMC-nin (BTE) direktoru Fədail Rəhimovun bu sahədə monopoliya yaratmaq cəhdləri ilə izah etmək olar.
Hər dəfəsində istehsal ilə yanaşı, satışı da monopoliyaya götürmüş BTE-nin satış mərkəzlərində uzunmüddətli növbələr, insidentlər və bütün bunların fonunda yenə də forma ala bilməyən minlərlə şagird müşahidə olunur. Digər tərəfdən isə hal-hazırda məktəbli formalarının istehsalı ilə məşğul olan və ya məşğul olmaq istəyən başqa müəssisələrə qarşı xüsusi kampaniyanın keçirilməsi müşahidə olunub ki, bu da haqsız rəqabətin əlaməti ilə yanaşı, köhnə nazirin yeyinti siyasətinin təzühürü kimi qəbul olunmalıdır.
Lakin eyni zamanda da bütün bu baş verənlər təbii olaraq BTE-nin direktoru Fədail Rəhimovun həm məntiqinə, həm də şəxsi mənaeyinə uyğundur. Keyfiyyətsiz, rəqabətə dözməyən məhsulları istehlakçılara onların iradəsinə zidd olaraq satmağın yeganə yolu da məhz elə bu sahədə monopoliya yaratmaqdır. F.Rəhimovun son bir neçə il ərzində göstərdiyi bütün cəhdlər də yalnız bu məqsədə yönəldilib.
Cəzasızlıq mühitinin olduğunu qanunların ancaq kasıb zümrəyə aid bilindiyini, pulun həlledici olub bütün qapıları tay-batay açdığını daha iri çinli məmurlarımız deyil, “Bakı Tikiş Evi”nin (BTE) müdiri Fədail Rəhimov da dərk edib, bu səbəbdən də bildiyini etməkdə məktəbliləri, onların valideynlərini aşağılamaqdadır. Əgər belə olmasaydı iki il əvvəl Milli Məclisdə Məlahət Həsənovanın, Siyavuş Novruzovun və digər millət vəkillərinin bu istiqamətdəki çıxışlarına məhəl qoyulardı, Fədail Rəhimov ona qarşı ünvanlanan tənqidlərdən nəticə çıxarardı. Özünü mütləq hakim şəxs bilib neçə illərdən bəri BTE-də tikib təhvil verdiyi məktəbli formalarının təkimləşdirilməsi, standartlara yaxın olması ilə məşğul olardı. Daha “burada mənəm, bağdadda kor xəlifə”, “Kəmaləddin Heydərovun adamıyam”, “pul hər şeyi həll edir” kimi məntiqlərlə özünü səfərbər etməz, KİV yazdıqları problemlərdən nəticə çıxarardı. Təəssüflər olsun ki, bunlar həqiqət olaraq bu ildə məktəbli formalarının istehsalında pis formada təzahür etməkdə, məktəblilərə gələcəkdə müəyyən fəsadlar yarada biləcək bir şəkildədir.
Keyfiyyətsiz parçadan hazırlanan bu məktəbli formaları dəri xərçəngi kimi xəstəliyin yaranmasını belə risk altına alır. Maya dəyəri ucuz başa gələn məktəbli formalarının tikilməsində istifadə olunan tikiş materiallları keyfiyyətsiz və Çin istehsalı olan paltar materiallarıdır. Oğlan və ya qızlar üçün tikilən kostyumların astarına, astarla parça arasında əsas rol oynayan “klyoş” və sapların keyfiyyətsizliyi açıqca seçilir. Bu istiqamətdə kiçik tərkibdən ibarət bir komissiya yaradılıb, qiymətləndirmə aparılsa BTE-nin müdiri məsuliyyətə cəlb olunmazmı?
Hər halda yeni nazir üçün bu bilgilər də yetərli ola bilər. Əgər onun gücü Kəmaləddin Heydərovun adamı kimi ortada meydan sulayanlara çatarsa...
Bütün tərəfləri dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Bu gün, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Bu gün, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
|