Ceyhun Cəlilov NİYƏ QAPI-QAPI DÜŞÜB AXI... .....                     Auditorlar Palatasında bir neçə şəxs qanunsuz olaraq müxtəlif kartlara pul köçürüb .....                     Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir .....                     Özünü Çindən avtomobil idxal edən şirkətin rəhbəri kimi təqdim edərək vətəndaşlara .....                     “İmişlidəki “SSRİ”, Georgi lenti" kampaniyasının arxasında da Rusiya dayanıb…” .....                     "Mozalan Studiyası"na yeni direktor təyin edilib .....                     "İbrahim sazişləri": Vaşinqton Bakıya nə təklif edir? .....                     İran vətəndaşı gömrük postundan siqaretləri necə keçirdi? .....                     “Peyk zavodu”nun direktoru dəyişib .....                     "Caamatın müraciətinə baxmayaraq, heç bir tədbir görülmür" .....                     Ağsaqqal Rusiya kanallarına çox baxırmış, ona görə "qaza gələrək" belə addım atıb .....                     “Bakı Avtonəqliyyatı"” ASC-nin səhmdarları .....                     Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub .....                     "Avroviziya"da finala keçə bilməyən təmsilçilərimizdən .....                     Baş həkim olmaq arzusu ona baha başa gəldi... .....                     "1094 saxtakarlıq... dövləti, xalqı aldatmaq..." .....                     Ermənistanın TŞ katibi İrana səfər edəcək .....                     İmişlidə rus simvollarını təbliğ edən şəxs YAP-dan REAKSİYA .....                     "Səba" külli miqdarda borca düşdü, .....                     Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb .....                     Vasif Əmirova daha yüksək vəzifə verildi .....                     Ağdam təhsilində biabırçılıq DAVAM EDİR... .....                     Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib... .....                     Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı .....                     Paşinyan Albaniyada ikitərəfli görüş keçirəcək .....                     Polşa Vaşinqtona sərt mesaj göndərib .....                     Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi .....                     TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq .....                     “Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” .....                     “Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi .....                     Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… .....                     “Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir .....                     “Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır .....                     Papikyanın SIX SƏFƏR TRAFİKİ... .....                     "Mən onlardan pulu necə geri ala bilərəm?" .....                     Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... .....                     Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? .....                     "Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" .....                     Vəzifəli şəxs küçədə vətəndaşı döydü .....                     "Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" .....                 

MURADVERDİYEVİ KİMLƏR VƏ NECƏ HƏDƏFƏ ÇEVİRDİ?
Tarix: 28-06-2013, 13:46 | Çap et
MURADVERDİYEVİ KİMLƏR VƏ NECƏ HƏDƏFƏ ÇEVİRDİ?
BÜTÜN PROSESLƏRİN ARXASINDA DAYANAN TƏK İSİM RAMİZ MEHDİYEVDİR

DİA.AZ: - Prezident Aparatının sabiq işlər müdiri Akif Muradverdiyevin yenidən həbsi seçki öncəsi regional elektoratın «stavkası» ilə bağlı məsələləri gündəmə gətirdi. Üslub bu dəfə də köhnə qaydada idi. Onlar dəyişməyə, rəqibi susdurmaq planlarında yenilik etməyə deyəsən başqa bir yol tapa bilmirlər. Tarixin mənzərəsi göstərir ki, ciddi təmirə ehtiyacı olan maşını təkrar hərəkətə gətirməyə başlayıblar. Eynən 2005-ci il parlament seçkilərində olduğu kimi. Xatırlayırsınızsa, seçki ərəfəsində keçmiş səhiyyə naziri Əli İnsanovla eyni vaxtda hakimiyyəti zorla ələ keçirməyə cəhd, kütləvi ixtişaşa hazırlıq ittihamları ilə həbs olunan Akif Muradverdiyev sonradan dövlət əmlakını mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvətalma, vəzifə səhlənkarlığı maddələri ilə müttəhimlər kürsüsündə oturdular. 3 il yatdıqdan sonra Ali Məhkəmə Akif Muradverdiyevin həbs cəzasını 5 illik şərti cəza ilə əvəzlədi və o azadlığa buraxıldı. Bu ilin 19 iyun tarixində keçmiş səhiyyə naziri Əli İnsanovun Milli Şuraya dəstək verdiyinin səhəri günü Muradverdiyev qaçaqmalçılıqda günahlandırılaraq hava limanında dübarə həbs edildi. Doğrudan, 11 illik həbs həyatı ilə mükafatlandırılan Əli İnsanovun Milli Şuraya dəstək bəyanatının bu məsələdə nə dərəcədə rolu olduğunu yaxın tarixdə seyr edə biləcəyik. Ancaq həbsin siyasi xarakter daşıdığı hamıya gün kimi aydındır və buna kimsənin şübhəsi varsa, öz əks arqumentini meydana qoya bilər.

DİA.AZ bildirir ki, qalmaqallı həbsin motivində Əli İnsanovun Milli Şura ilə işbirliyində olduğu ehtimalı var idisə, yaxud işlər idarəsinin müdiri Akif Muradverdiyevin Moskva ilə bağlılığı barədə məlumatlar əldə edilmişdisə, hakimiyyət vəziyyətin bu səviyyəyə gəlib çatmasını niyə gözləyirdi? Yubanmanın gizlin səbəbləri nədən ibarətdir? Axı bu, bir və yaxud iki günün içində hazırlanan hadisəyə oxşamır. Sözsüz ki, Akif Muradverdiyevin barəsində əməliyyat məlumatları olub. Deməli, keçmiş məhbusun fikrində gəzdirdiyi hansısa siyasi niyyəti olmuşdusa, hüquq mühafizə orqanları bunu isti-isti nəzarətə götürüb məsələni hava limanına saxlamaya da bilərdilər.

Görünür, «qızıl sikkələrlə» birlikdə onun sahibini məhz uçuş xəttində yaxalamaq daha münasib sayılmışdı. Yenə də ənənəvi metod! Adam sərhəd və gömrük buraxılış məntəqələrindən keçir və trapa minmək istəyərkən qoluna girilir, oradanca maşın oturdub aparırlar. Nümayişkarənə şəkildə ikinci dəfə həbs edilən Akif Muradverdiyevin bu aqibəti ilə qəsdən kimlərəsə açıq mesaj verilirdi. Ünvan bəllidir. Bu dəfə də hədəfdə məlum elektoratdır. Ancaq düyməni basanın birbaşa hakimiyyət rəhbəri olduğu şübhə doğurur. Xəyala çox şey gələ bilər. Bəlkə də Onu inandırıblar. Tələsməyin, belə qurğuların qurulmasında böyük təcrübəsi olan və məlum elektorata kini, qəzəbi ilə xüsusi seçilən birisi haqda elə indicə danışacağıq. İlməni salan onun özüdür.

Adətən, seçkiyə gedən heç bir namizəd böyük bir elektorata göz dağı verib dəstək qazanmağı istəməz. Seçki texnologiyasında yazılmamış bir qanun hakimdir ki, nə edirsən et, elektoratın əvvəl könlünü sonra isə səsini al. DİA.AZ-a daxil olan məlumatlara görə, Akif Muradverdiyevin yenidən həbs edilərək bunun siyasi şouya çevrilməsi, məsələylə bağlı mətbuata qarışıq və təzadlı informasiyaların ötürülməsi, nəhayət özlərinə yaxın KİV-lərdə yönləndirici yazıların verilməsinin arxasında birbaşa Prezident Admistirasiyasının rəhbəri Ramiz Mehdiyev dayanır.

“Boz kardinal” həmişə olduğu kimi bu seçki ərəfəsində də yenə öz rolunu oynadı. Bununla birinciyə çatdırmaq istədi ki, idarə etdiyi hakimiyyət maşınının yanacaqla təminatı məhz onun əlindədir. Bu cür incə gedişlərlə boz kordinal dəfələrlə öz mesajını ünvanına çatdırıb. Belə hiyləgər yollarla qazandığı siyasi mövqeyini dəfələrlə möhkəmləndirməyi bacarıb. İpin ucunu əlindən buraxmaq istəməyən Mehdiyev prosesi məntiqi ardıcıllıqla başa çatdırmaq üçün bütün mümkün vasitələrdən istifadə etməyi qarşısına əvəzolunmaz məqsəd kimi qoymuşdur. O, doğrudan məşhur rejisordur. Hələ 2005-ci ilin parlament seçkiləri ərəfəsində «qələmə aldığı» ssenarini tamaşaya qoyarkən hakimiyyətin zirvəsini qurduğu hiyləyə inandıra bilmişdi. Məlum elektoratı rəhbərin gözündən salmaq üçün demək olar ki, artıq məqsədinə çatıb.

Buradaca bir haşiyəyə çıxmaq yerinə düşər. Ölkənin və millətin istiqlaliyyəti üçün iki damla tər tökməyən partnamenklatur təfəkkürlü bu sovet kadrının döşünə İstiqlal ordenini taxarkən televiziya önündə “boz kardinalın” nə qədər rahat və qalib görkəmdə olduğunu duymaq üçün heç böyük fərasət lazım deyildi. Birincinin xoş sözləri təxminən belə idi: «Hörmətli Ramiz müəllim, həyat kimin-kim olduğunu göstərdi və biz hələ çox illər bir yerdə işləyəcəyik». İnam öz yerini almışdı və birincinin işarəsi o qədər aydın idi ki, onu ümumiyyətlə, təhlil etməyə ehtiyac qalmırdı. Ramiz Mehdiyevə inamı görmək aydın səmada ulduzları görmək kimi asan idi. Əzəli rəqibini içəri saldırmaqla özünün «əbədi» toxunulmazlığını qazanmışdı. «Etibarı» ikinci dəfə möhkəmləndirmək tələb olunurdu. Çünki «Gülərqeyd əfsanəsi» onun dayaqlarını elə sarsıtmışdı ki, özünü düzəltmək üçün nəyisə ortalığa atıb diqqəti özündən yayındırmalı idi. Doğrudanmı, «İstiqlalçı» Ramiz Mehdiyevə inamın, etimadın ömrü uzun çəkəcək?

Bu yerdə qəribə bir fikir adımın beynini deşir. Çevriliş maddəsi ilə həbsə atılan 4 nəfərdən ikisinə məhkəmə hökm kəsir, ancaq Eldar Salayevlə Fikrət Sadıxov azadlığa buraxılır. Axı onlar «çevrilişi» dördlükdə həyata keçirmək üçün bir yerdə idilər. Bəs nə oldu? O oldu ki, Ramiz Mehdiyevin qurduğu ssenari ilə özününkü saydığı həmyerliləri Eldar Salayevlə Fikrət Sadıxov bu gün öz ev-eşiyində, bir nömrəli düşməni Əli İnsanovla Akif Muradverdiyev isə zindanda. Muradverdiyev isə yenidən barmaqlıqlar arasına salındı. Soyuq müharibə bütün sərhədləri keçib.

Ortaya o zaman düşünmək üçün bir sual çıxır? Əgər başda Ramiz Mehdiyev olmaqla naxçıvanlı klanı ilə məlum elektorat arasında soyuq müharibə davam edirsə, nədən son anda həmişə qalib gələn məhz Ramiz Mehdiyev olur? Səbəb sadədir. Anklav demək olar ki, böyük əksəriyyətlə Ramiz Mehdiyevin və regional prinsipin ətrafında birləşə bilir. Əslində pərakəndə ölkənin həyatında baş verən bu siyasi dalğanın Ramiz Mehdiyev kimilərə gətirdiyi xeyri, qazancı sübut etməyə ehtiyac yoxdur. Bəli, bir mənada onlara həsəd aparmaq da olar. Burdaca mötərizəsiz danışaq. Məlum elektorat da daxil olmaqla digər regionlar həqiqətən öz vəhdətini qoruya bilmir. Anklav bunu gözəl bilir və fürsətdən məharətlə istifadə edir.

Məlum elektoratın üzərinə gələk. İndi elə dağılmış vəziyyətdədir ki, onu ayaq üstə qaldırmaq üçün illər lazım olacaq. Günahı kimsədə axtarmaq gərək deyil. Məlum elektoratın özünün içindədir. Niyə? Baxın onlardan kimsə vuralan kimi bu hadisəyə «məndən ötdü qardaşıma dəydi» düşüncəsi ilə yanaşırlar. Ramiz Mehdiyev isə bu boşluğu çox gözəl bilir və ona görə də düşmənləri ümumi deyil, tək-tək neytrallaşdırır. Nəticədə isə fərdlər üzərində əldə etdiyi qələbəni sonra ümumiləşdirməyi bacarır, yekun olaraq məqsədini düşmən saydığı məlum elektorata qarşı çevirməyə nail olur. Boz kordinal bununla həm pataloji nifrət etdiyi elektoratdan qisasını alır, həm də hakimiyyətdə yerini isti salıb bərkitməklə yanaşı özünün əvəzolunmaz kadr olması fonunu yaradır.

Amma inandırıcı deyil ki, son taktiki gedişlər onun stratejiyasının tərkib hissəsi kimi özünü tam doğruldacaq. Əvvəllər hakimiyyət tortunun ətrafında əsasən iki regional klan toplaşmışdısa, indi mənzərə tamamilə dəyişib. Artıq neçə ildir ki, tortun ətrafında üçüncü güclü və yeni qüvvə toplaşıb. Yanan şamların söndürülməsi səlahiyyə\ti də məhz yeni qüvvənin ixtiyarındadır. Qoca Mehdiyev deyəsən artıq əvvəlki gücdə deyil və dişi Paşayevlərə batmır. Əgər bu mərhələdə məlum elektoratla Paşayevlər çəkici bir yerə vura bilsə, həqiqətən sovet idieloqunun payızı gələcək. Yox əgər birləşə bilməsələr boz kordinalın hakimiyyəti bir qədər də uzanacaq. Amma bütün şərtlər, imkanlar və siyasi görüntülər onu deməyə əsas verir ki, Mehdiyev bu seçkidən sonra təpəni üzü yuxarı deyil, üzü aşağı getməyə məcbur olacaq. Artıq anklav özü də onun region üçün yaratdığı problemləri aydın göürür.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ceyhun Cəlilov NİYƏ QAPI-QAPI DÜŞÜB AXI... - NƏ BAŞ VERİR?
Bu gün, 11:21
Auditorlar Palatasında bir neçə şəxs qanunsuz olaraq müxtəlif kartlara pul köçürüb - MƏHKƏMƏ
Bu gün, 11:14
Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir - İLGİNC FAKTLAR...
Bu gün, 11:12
Özünü Çindən avtomobil idxal edən şirkətin rəhbəri kimi təqdim edərək vətəndaşlara 300 min manat zərər vuran şəxs həbs olunub
Bu gün, 11:05
“İmişlidəki “SSRİ”, Georgi lenti" kampaniyasının arxasında da Rusiya dayanıb…” - FAKT BUDUR!
Bu gün, 11:02
"Mozalan Studiyası"na yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:51
"İbrahim sazişləri": Vaşinqton Bakıya nə təklif edir? - AKTUAL
Bu gün, 10:48
İran vətəndaşı gömrük postundan siqaretləri necə keçirdi? – MƏHKƏMƏ
Bu gün, 10:44
“Peyk zavodu”nun direktoru dəyişib - ƏMR
Bu gün, 10:43
"Caamatın müraciətinə baxmayaraq, heç bir tədbir görülmür" - vətəndaşdan SOS!!!
Bu gün, 10:41
Ağsaqqal Rusiya kanallarına çox baxırmış, ona görə "qaza gələrək" belə addım atıb - Tural Abbaslı
Bu gün, 10:33
“Bakı Avtonəqliyyatı"” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 10:21
Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub - BUNDAN SONRA...
Bu gün, 10:19
"Avroviziya"da finala keçə bilməyən təmsilçilərimizdən AÇIQLAMA
Bu gün, 10:17
Baş həkim olmaq arzusu ona baha başa gəldi... - TƏFƏRRÜAT
Bu gün, 10:11
"1094 saxtakarlıq... dövləti, xalqı aldatmaq..." - AXI NİYƏ?..
Bu gün, 10:09
Ermənistanın TŞ katibi İrana səfər edəcək - “Armenia-Today”
Bu gün, 10:00
İmişlidə rus simvollarını təbliğ edən şəxs YAP-dan REAKSİYA - “O şəxsin əqli vəziyyətinin qiymətləndirilməsinə ehtiyac var”
Bu gün, 09:58
"Səba" külli miqdarda borca düşdü, bütün paylarını satışa çıxardı, rəhbəri dəyişdi
Bu gün, 09:53
Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb
Bu gün, 09:50
Vasif Əmirova daha yüksək vəzifə verildi - SOCAR-da yeni təyinat
Bu gün, 09:47
Ağdam təhsilində biabırçılıq DAVAM EDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:44
Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib... - VİDEO
Bu gün, 09:38
Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı QƏRAR
Bu gün, 09:36
Paşinyan Albaniyada ikitərəfli görüş keçirəcək
Bu gün, 09:30
Polşa Vaşinqtona sərt mesaj göndərib - VİDEO
Bu gün, 09:29
Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi – 800 nəfərlə bağlı QƏRAR
Bu gün, 09:27
TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq – Hökm ləğv edildi
Bu gün, 09:22
“Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” - Hidayət Orucovdan SENSASİON AÇIQLAMALAR
Bu gün, 09:19
“Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi – Yekun qərar verildi
Bu gün, 09:15
Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… - ÇAĞIRIŞ
Bu gün, 09:13
“Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir
Bu gün, 09:11
“Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır
Bu gün, 09:08
Papikyanın SIX SƏFƏR TRAFİKİ... - Sadəcə, seyr edirikmi?
Bu gün, 09:04
"Mən onlardan pulu necə geri ala bilərəm?" - NARAZILIQ VAR...
Bu gün, 09:01
Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... - NƏ ETMƏLİ?
Bu gün, 08:43
Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? - İLGİNC İDDİALAR
Bu gün, 08:40
"Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" - REAKSİYA
Bu gün, 08:35
Vəzifəli şəxs küçədə vətəndaşı döydü - TƏFƏRRÜAT
Bu gün, 08:34
"Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" - ETİRAZ VAR...
Bu gün, 08:31
Övladlar kriminala niyə yönəlir? - "AİLƏLƏRİN ÇOX BÖYÜK SƏHVLƏRİ VAR"
Bu gün, 07:10
3 il sonra yenidən İstanbulda: - Ukrayna üçün mühüm görüş...
Bu gün, 07:02
Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? - NƏ ETMƏLİ?
Bu gün, 06:59
Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır - FAKT BUDUR!
Bu gün, 06:55
İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır - NƏ BAŞ VERİR?
Bu gün, 06:50
ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir
Bu gün, 06:45
Bazardakı bahalıq Rusiya ilə bağlıdır? - AKTUAL
Bu gün, 06:42
İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır - KİV
Bu gün, 06:38
Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - İTTİHAM VAR...
Bu gün, 06:31
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... - Taleh Bəşirovdan yüzlərlə ailə üçün sürgün planı...
Bu gün, 06:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru