VİLYAM HACIYEV BELƏ MƏĞLUB OLDU
Tarix: 28-06-2013, 14:07 |
Çap et
Vətəninfo.az-ın məlumatına görə, bu gün Səbail rayon Məhkəməsində Nurəddin Bağırovun sədrliyi ilə İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin Vətəninfo.az xəbər portalına qarşı mülki qaydada qaldırdığı iddia ilə bağlı məhkəmə prosesi davam edib.
Məhkəmədə qarşı tərəf irəli sürdüyü iddianın təmin olunmasını tələb edib.
Vətəninfo.az xəbər portalının təsisçisi və baş redaktoru Nahid Canbaxışlı xəbər portalına qarşı qaldırılan iddianın əsassız olduğunu və qarşı tərəfin irəli sürdüyü iddianın rədd edilməsini tələb edib.
Məhkəmə heyəti 10 dəqiqəlik müşavirədən sonra yekun qərarı səsləndirib. Məhkəmə İmişli rayon İcra Hakimiyyətinin başçısı Villyam Hacıyevin iddiasını rədd edib.