DAHA BİR BAŞ REDAKTOR HƏDƏLƏNDİ
Tarix: 22-12-2011, 12:07 |
Çap et
PKK YANDAŞLARI BAKIDA AT OYNADIR
DİA.AZ: - Məlum olduğu kimi, dünən «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu və qəzetin əməkdaşı Nəsimi «PKK-nın rəzil həyatı açıqlandı» başlıqlı yazı səbəbindən özünü «Ərdoğan» və «kürd» kimi təqdim edən şəxs tərəfindən telefonla hədələnib. Bu barədə yayılan məlumatda bildirilir ki, həmin şəxslə bağlı artıq müvafiq instansiyalara müraciət edilib.
Onu da bildirək ki, Türkiyənin «Milliyyət» qəzetinə istinadən verilən həmin material «Gündəm Xəbər» qəzetində də yer alıb. Və DİA.AZ-a verilən məlumatdan aydın olur ki, dünən gecə saatlarında «Gündəm Xəbər» qəzetinin təsisçisi Şirin Cəfəri də anoloji qaydada hədələnib.
Redaksiyadan bildiriblər ki, çox kobud ifadələrlə Şirin Cəfərini təhqir edən həmin şəxslə bağlı dərhal «102» vasitəsilə hüquq-mühafizə orqanları məlumatlandırılıb: «Ümid edirik ki, polisimiz bir terror təşkilatı olan PKK-nı açıq şəkildə müdafiə edən həmin şəxs vəya şəxslərlə bağlı müvafiq ölçü götürəcək».