AZƏRBAYCANLI ƏSİR GERİ DÖNMƏDİ
Tarix: 26-09-2011, 14:25 |
Çap et
ERMƏNİLƏR ONU BAŞQA ÖLKƏYƏ VERİBLƏR
Ermənistan azərbaycanlı hərbi əsir Roman Novruz oğlu Hüseynovu bu gün üçüncü ölkəyə təhvil verib. Trend-in məlumatına görə, bu barədə Mediamaks agentliyinə Ermənistanın Müdafiə Nazirliyindən bildirilib.
Təhvilvermə BMT-nin qaçqınların işləri üzrə ali komissarı və Beynəlxalq Miqrasiya Agentliyinin nümayəndələri vasitəsilə həyata keçirilib.
Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası hələki bununla bağlı rəsmi açıqlama yaymayıb.