İLHAM MİRZƏYEV “SPACE”DƏN KÜSÜB
Tarix: 26-09-2011, 14:30 |
Çap et
APARICI İKİ AYDIR TELEKANALIN QAPISINI AÇMIR
Məşhur aparıcı, psixoloq və astroloq İlham Mirzəyev efir məkanından uzaq düşüb. “Qafqazinfo”ya daxil olan məlumata görə, iki aydır aparıcının müəllifi olduğu “Etiraf” və “Bizi barışdırın” verilişlərinin çəkilişləri dayandırılıb.
Bu verilişlər telekanala reytinq gətirdiyindən onların təkrarları efirə verilir. Çəkilişlərin dayandırılmasına səbəb isə aparıcının çəkilişlərə gəlməməsi olub. Telefon zənglərinə də cavab verməyən aparıcının “Spaçe”dən incik düşdüyü deyilir.
ANS PRESS-in apardığı araşdırmadan isə məlum olub ki, İ. Mirzəyevi 12 ildir çalışdığı “Space”dən küsdürən prodakşınların telekanala ayaq açması və at oynatmasıdır. Vəziyyətlə barışa bilməyən İlham Mirzəyev də kənara çəkilməyi üstün tutub.