GƏNC NAZİR HƏRƏKƏTƏ KEÇDİ
Tarix: 23-12-2011, 12:54 |
Çap et
KÖHNƏ EŞALONLA YENİ PREZİDENT KOMANDASI ÜZ-ÜZƏ
DİA.AZ: - Redaksiyamıza bu arada çox maraqlı bir məlumat daxil olub. Hökumət içindəki mötəbər qaynaqlardan «Dünya» İnformasiya Agentliyinə (dia-az.life) verilən xəbərə görə, hakimiyyət içində köhnə eşalonla yeni prezident komandası arasında cərəyan edən münasibətlər yenidən gərginləşib və artıq məsələlər mətbuat səhifələrində çözülməyə başlayıb.
Bu barədə danışan mənbə billdirir ki, yeni komanda mənsubu hesab olunan nazirlərdən biri özünə qarşı aparılan mətbu kampaniyaya adekvat olaraq əks qütbə qarşı hücum əmri verib: «Hətta bu məqsədlə külli iqdarda pul da ayrılıb. Nazir tapşırıb ki, rəqibi ilə bağlı kamparamat xarakterli materialların ictimailəşdirilməsi üçün bütün qəzet və xəbər portalları ilə əməkdaşlıq qurulmalıdır».
Mənbəyə görə, Dövlət Gömrük komitəsinin sədri Aydın Əliyev də bir zamanlar eyni qaydada hücumlardan müdafiə olunma yolunu seçmişdi və kifayət qədər ciddi effekt almağı bacardı.
Bildirək ki, redaksiyamıza həmin nazirin kimliyi məlumdur. Sadəcə olaraq tam dəqiqləşdirmə aparmadığımızdan bu barəə yaxın vaxtlarda daha dəqiq bilgiləri diqqətinizə çatdıracağıq.