BAKIDA LİFT TƏSƏRRÜFATI BİZNESİ
Tarix: 13-07-2013, 09:57 | Çap et
Bir neçə ay öncə Bakı, Gəncə və Sumqayıt şəhərlərində çoxmənzilli binaların sakinlərinin yaşayış şəraitinin yaxşılaşdırılması, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində lift təsərrüfatının yenidən qurulmasına dair dövlət başçısı İlham Əliyevin sərəncamı ilə bu sahəyə 7 milyon manat ayrıldı. Lakin buna baxmayaraq bu gün də paytaxt binalarındakı liftlər işləməməsi və tez-tez sıradan çıxması vətəndaşları narah edir. Buna səbəb isə "Bakılifttəmir" İstehsalat Birliyinə ayrılan dövlət vəsaiti təyinatından yayındırılmasıdır.
30gun.az-a Bakının Atat-Türk prospekti, bina 39-da yaşayan sakinləri bildirirlər ki, hazırada onların və yaxınlıqda yerləşən bir çox binaların liftləri yararsız olaraq qalır. Lift idarəsinin işçiləri tərəfindən məqsədli şəkildə yararsız hala salınan liftlərin binalarda titrəyə-titrəyə hərəkət etməsi isə vətəndaşları əməlli-başlı qorxuya salıb. Bunun məsuliyyətini isə heç kim daşımaq istəmir.
Sakinlərin sözlərinə görə, prezident şəhər və rayon mərkəzlərində olan binalarda lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncama əsasən, şəhər və rayon mərkəzlərində dövlət mənzil fonduna aid olan binalarda quraşdırılması məqsədi ilə yeni liftlərin mərkəzləşdirilmiş qaydada alınması və istismarda olanların bərpa edilməsi üçün Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə milyonlarla manat məbləğində vəsait ayrılıb. Amma heç bir dəyişiklik yoxdur, əksinə, vəziyyət get-gedə daha da ağırlaşıb. Bina sakinlərindən biri İlhamə Adığözəlova bildirir ki, "Bakılifttəmir" İstehsalat Birliyinin əməkdaşları hər ay evlərdən 1-2 manatdan lift pulu yığsa da, onlara keyfiyyətli xidmət göstərmirlər: "Liftlər xarab olduqda onların təmiri üçün sakinlərdən əlavə pul yığırlar. Adını da qoyurlar ki, dövlət birliyə pul ayırmr. Belə olan halda görəsən, liftlərin təmiri və yenidən qurulması üçün ayrılmış vəsait, hara xərclənir?".
"Bakılifttəmir" İB milyonları hansı üsulla mənimsənyir?
Məsələ ilə bağlı 30gun.az-a məlumat verən mənbə bildirir ki, liftlərin təmirinə ildə iki dəfə təxminən 200 min manat həcmində, ümumilikdə 400 min manat vəsait ayrılır. Bundan əlavə, «Bakılifttəmir» İB-nin lift istismarı idarələrinə hər ay dövlət 50 min manat dotasiya verir. Qeyd edək ki, Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 nömrəli qərarı ilə hər bir sakin liftdən istifadəyə görə ayda 20 qəpik texniki xidmət haqqı ödəməlidir. Ancaq əhalidən daha çox, minimum 1 manatdan, bir çox yerlərdə isə 5-10 manatdan pul yığılır. Nəzərə alsaq ki, təkcə Xətai rayonunda "Bakılifttəmir" İB-nin xidmət etməli olduğu 1500-dən artıq lift var və onların hər biri ən azı 20 ailəyə xidmət edir, bu minvalla əhalidən ayda aşağısı 100 minlərlə manat pulun toplanıldığını söyləmək olar.
Hökumətə isə bir lift, bütün xərcləri ilə bir yerdə 32 manat 99 qəpiyə başa gəlir. Ona görə də hər ay dövlət dotasiya şəklində lift istismarı idarələrinə 50 min manat verdiyi puldan əhalidən yığılan 10 min manat çıxılır, qalan pullar isə zərər məbləğini ödəmək üçün nəzərdə tutulur. Ancaq gəlin görək bu vəsait doğrudan da təyinatı üzrə xərclənirmi?
Bu barədə 30gun.az-a «Bakılifttəmir» İB-nin sabiq işçilərinin verdiyi bəzi məlumatlar buna şübhə yaradır. Belə ki, onlar ayrılan vəsaitin böyük hissəsinin mənimsənildiyini iddia edirlər. Hətta buna görə "Bakılifttəmir" İB-yə 23 ildir rəhbərlik edənlərin az qazanmadığı vurğulanır. Onların iddiasına görə, liftlərin təmirinə ayrılan illik 400 min manatın 40-50 faizi, eləcə də lift istismarı idarələrinə hər ay dotasiya kimi verilən 50 min manatın 30-40 faizi rəhbərliyə çatdırılır.
Bakı şəhərində olan 5 lift istismarı idarəsinin təxminən 4500 liftin olduğunu nəzərə alsaq və sadə hesablama aparsaq, hər il 2 milyon 7 manatdan çox vəsaitin bu yolla mənimsənildiyi ortaya çıxır.
Ancaq bu o demək deyil ki, qalan vəsait liftlərin fəaliyyətini təmin etməyə yönəldilir. İşçilər qalan vəsaitin də yerli lift istismarı idarələrinin rəhbərliyi tərəfindən mənimsənildiyini iddia edirlər.
Maraqlıdır, bəs bu korrupsiya yeminə çevrilən pulların yeri necə doldurulur?
Paytaxt rayonlarından birində yerləşən "Bakılifttəmir" İB-nin İstismar İdarəsində çalışmış adının çəkilməsni istəməyən şəxslərdən biri ilə söhbətimizdə bu suallara aydınlıq gətirməyə çalışdıq.
Onun dediyindən aydın oldu ki, yeyilən pulların yerini doldurmaq elə bir problem deyilmiş. Hər ay zərər məbləğinin ödənməsi üçün dotasiya kimi verilən 50 min manat pulun 30-40 faizi, yəni təxminən 15-20 min manatı «yuxarıya» çatdırılıır, qalan vəsaitin böyük hissəsi isə yerli idarənin rəhbərliyi tərəfindən mənimsənilir. Bu pulun yerini doldurmaq üçün idarə rəisləri öz adamlarını bazarlara, liftlərin ehtiyat hissələrini satan mağazalara göndərirlər. Onlar da cüzi məbləğ ödəməklə lazımi məbləğdə "nakladnoy"u alıb, tikirlər işə ki, guya həmin pula ehtiyat hissələri alınıb. Əslində isə alınan quruca kağızdır. Hətta lift işçiləri arasında buna «bazar əməliyyatı» adını da qoyublar.
Mühərriklərin təmiri adı ilə yığılan pullar kimə çatır?
Müsahibimizin sözlərinə görə, "Bakılifttəmir"İB-nin və yerli lift istismarı idarələrinin rəhbərliyinin gəlirləri təkcə bunlarla kifayətlənmir. Onlar başqa mənbələr də araşdırıb, tapıblar. Qeyd etdiyimz kimi, liftlərin təmiri dövlət hesabına həyata keçirilməlidir. Lakin vətəndaşların ərizəsi ilə öz hesablarına təmir etməyə də icazə verilir. Təbii ki, bu iş ciddi qanunla tənzimlənməlidir. Bəs əslində vəziyyət necədir?
Verilən məlumata görə, 1 liftin elektrik mühərrikinin təmiri üçün sakinlərdən 150-200 manat arası pul yığılır. Lift mühərrikləri adətən böyük və kiçik sürətli olmaqla, iki dolaqlıdır. Mühərrik yananda iki dolaqdan biri yanır. İkisi birdən heç vaxt yana bilməz. Bir liftin mühərrikinin dolaqları üçün 10 kq. mis məftil lazım olur. Sakinlərdən yığılan 250-300 manat pulun 100 manatı guya idarənin sarğı sexinə ödənilir. Halbuki keçmiş işçilərin iddiasına görə, idarənin nə sarğı sexi var, nə də hər hansı bir sarğı sexi ilə müqaviləsi. Mühərrikin başqa yerdə, özü də ucuz qiymətə yanmış bir dolağını sarıtdırıb, iki dolağın sarınması kimi sənədləşdirirlər. Qalan vəsait isə guya mal-materiala, əməkhaqqına verilir. Həmin pullar isə idarələrdə işçilərə guya əməkhaqqı və mükafat adı altında yazılıb-silinir. Bununla bağlı idarədə saxta qaimələr tərtib olunur.
Onu da qeyd edək ki, keçmiş işçilər mühərrikdən çıxan yanmış mis məftilin də metal kimi baha qiymətə satıldığını iddia edirlər. Yığılan 250-300 manat pulun isə idarənin hesabına daxil edilmədiyi vurğulanır. Sadəcə, daxili mədaxil orderi ilə, özü də nömrəsiz qəbul edib mənimsəyirlər. Bu puldan Sosial Müdafiə Fonduna, vergiyə, nəqliyyat xərcinə bir manat da verilmir. Bütün bunlar isə ümumilikdə böyük məbləğdə böyük pullar deməkdir.
Liftlərinin mühərrikləri necə oğurlanır?
Qeyd edək ki, vətəndaşlar bir çox hallarda birliyin əməkdaşlarının özlərinin gecələr binaların liftlərinin mühərriklərini oğurladığı və ya sıradan çıxardığı haqda şikayətlər səsləndirirlər. Və nəticədə sakinlərdən pul yığaraq, lifti guya bərpa edirlər. Elə binalarda liftlərin 2-3 aydan bir mühərriklərinin xarab olmasının əsas səbəblərindən biri də budur.
Bundan əlavə, sakinlərdən lift pulu kimi yığılan pulların böyük hissəsinin də şəxsi ciblərə getdiyi bildirilir. Bu işlərin də başında paytaxt rayonlarındakı müxtəlif saylı istismar idarələrinin rəhbərləri dayanır. O da qeyd olunur ki, "Bakılifttəmir" İB-nin rəhbərliyinin himayəsi altında açılan "Liftservis" firması «lift biznesi» ilə məşğul olur. "Liftservis" firmasına "Bakılifttəmir" İB-dən külli miqdarda pul köçürülür ki, nəticədə dövlətin nəzarətində olan liftləri ya əsaslı təmir, ya da sıfırdan başlayaraq "montaj" etsinlər. Əsaslı təmir üçün isə hər il külli miqdarda pul ayrılır.
İşçilərin sözlərinə görə, bu firmanın vasitəsilə uzun müddət işləyən və ya işləməyən köhnə liftlərin ehtiyat hissələrini təzə ehtiyat hissələri kimi sənədləşdirirlər. Bu isə insanlar üçün hər an təhlükəlidir. Təbii ki, köhnə liftlərin ehtiyat hissələrini elə köhnələrlə dəyişməsi bədbəxt hadisələrə səbəb olur. Bir müddət bundan əvvəl Neapol küçəsindəki binalardan birində bir nəfərin məhz liftdə baş verən qəza nəticəsində dünyasını dəyişməsi bunun əyani sübutu sayıla bilər. Araşdırılsa, məlum olar ki, uzun müddət işləməyən liftə köhnə ehtiyat hissələri qoyulduğundandır ki, bu da göründüyü kimi, bədbəxt hadisəyə gətirib çıxarıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
|