"ARDNŞ İŞÇİLƏRİNİN DƏDƏLƏRİNİ YANDIRACAM"
Tarix: 18-07-2013, 12:39 | Çap et
“Xanım işçiləri cinsi təhrikə vadar edən ARDNŞ işçilərinin dədələrini hələ qabaqda yandıracam. Bizə əslində 7 nəfər qadın telefon və ərizə ilə müraciət ediblər. Əvvəlki illərdə bu cür hallar daha çox xarici şirkətlərdə özünü göstərirdisə, hazırda yerli şirkətlərimizdə də artmağa başlayıb.” Bu sözləri FaktXeber.com-a Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı dövlət Neft Şirkətinin idarə və müəssisələrində qadınlara qarşı cinsi təhriklə bağlı edilən sonuncu şikayətlərlə əlaqədar görülən işlər barədə məlumat verərkən söyləyib ARDNŞ-də daima cinsi təhriklərlə bağlı problemlərin mövcud olduğunu bildirən hüquq müdafiəçisi, “şirkət rəhbərlərinin özləri də bunu çox gözəl bilirlər. ARDNŞ bir yandan zəng edib problemi həll etmək üçün bizi tərəfdaşlığa çağırır, digər tərəfdən isə təhdid edirlər”, - deyə bildirdi: “Müraciət edən xanımlardan birinin işlədiyi idarənin ən yüksək vəzifəli rəhbərlərindən biri ilə danışıqlar apardıqdan sonra problem yoluna qoyuldu. Digər bir xanım isə iki uşağı olan ailəli bir qadın idi. Bizə müraciət edəndən sonra xanım hüquqşünaslarımız onunla müəyyən söhbətlər apardılar. Eyni halda həmin xanıma Qadın Krizis Mərkəzinin psixoloqları tərəfindən yardımlar edildi. Ona görə ki, baş verən olaydan sonra kifayət qədər psixoloji travma almışdı.“ ARDNŞ-dən gələn təhdidlərlə bağlı da açıqlama verən Mirvari xanım bildirdi ki, yaxşı olardı şirkət öz nüfuzunu qorumaq üçün problemi həll etməyə çalışsın: “Bizi təhdid etməklə heç nə əldə edə bilməyəcəklər. Yaxşı olardı ki, ARDNŞ-də işə götürənlər əməkdaşlarını müəyyən edərkən əxlaq kodesklərinə cavab verən şəxsləri vəzifəyə təyin etsinlər. Hazırda məndə xanımların cinsi təhriki ilə bağlı 5 ərizə var. Bununla bağlı ARDNŞ-in nümayəndəsi dünən bizim ofisimizdə oldu və 2 xanımın şikayətlərini dinlədi. Sözü gedən olay tam və əsaslı dəlillərlə sübuta yetirildi. Xanımların ad və familiyaları qeydiyyata götürülərək araşdırma aparılacağı bildirilir. Əgər şikayətçi xanımlar işdən çıxarılarsa, mən həmin xanımlarla birgə geniş mətbuat konfransı keçirməklə yanaşı problemi beynəlxalq səviyyədə ictimailləşdirəcəm.” Cinsi təhriklərə könüllü formada cavab verənlərin də olduğunu bildirən Mirvari xanım, “ bu günə qədər bir neçə dəfə olub ki, işçilərin şikayəti ilə könüllü şəkildə cinsi təhriklərə cavab verən xanımlar işdən azad edilib. Bizə müraciət edənlər isə cinsi münasibətlər təklif olunub ki, onun müqabilində işdən çıxarılma, ixtisar kimi problemlə üzləşməyəcəkləri bildirilir. Əksər vaxtlar bu cür təkliflər işçinin müqavilə vaxtının sona çatdığı dövrə təsadüf edir“, - deyə bildirdi: “ Problemlərin gizli qalmasının səbəbi xanımların ailə üzvlərindən, ailəsinin dağılmasından qorxması ilə bağlıdır. Bu cür problemlərlə üzləşən xanımlara hüquq mühafizə orqanlarına müraciət etmələri göstərilir. Bir müddət bundan öncə Zərdab rayonunda yaşayan bir xanım Rayon İcra Hakimiyyətindən şikayət etmişdi. Hazırda həmin qadın həbs edilərək Kürdəxanıda saxlanılır. Ona görə həmişə belə olaylarda anonimliyin saxlanılması zəruridir.” Sonda Mirvari xanım bildirdi ki, günahları sübuta yetirilən ARDNŞ işçiləri bağlı şirkət səviyyəsində ciddi tədbirlər görülmür: “Vaxtı ilə Azneft İstehsalat Birliyinin tərkibinə daxil olan idarələrdən birinin müdirinin cinsi təcavüzü sübuta yetirilmişdi. Lakin sonradan həmin müdir həbs edilməsinə baxmayaraq sərbəst buraxıldı və başqa bir idarəyə müdir göndərildi.“
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
|