ZİYA MƏMMƏDOVUN OĞLUNUN DAHA BİR "UĞURU"...
Tarix: 19-07-2013, 11:40 | Çap et
“2011-ci ilin dekabrın 30-da bizi evimizdən çıxardılar. Səhəri gün bayram idi. Yalvardım-yaxardım ki, siz də insansınız, gedib bayramımızı edək, ayın 1-i çıxarıq. Dedi, bu dəqiqə çıxmalısınız. Qar da yağırdı... O qış bərk gəldi, mənim bir dənə əşyam əlimdə qalmadı. Mebellərimi apardım ”JEK"də işləyən fəhlənin həyətinə yığdım. Onu da qar basdı, bərbad hala düşdü. Bu dəqiqə mən pis vəziyyətdə kirayədə yaşayıram. Kompensasiya kimi verilən pul 2 il ərzində kirayə haqlarına getdi". Bu sözləri Heydər Əliyev Mərkəzinin ətrafında evi sökülən Minayə Əzizova “Azadlıq”a danışır. Onunla birlikdə iki il əvvələ qədər yaşadığı evə yollanırıq. Qadın yol boyu evini dövlətə satmaq istəmədiyini dönə-dönə təkrar edir. M.Əzizovanın 2005-ci ildən yaşadığı həyət evi 42 kvadrat metr olub. 2011-ci ildə Bakı Şəhər Icra Hakimiyyətinin nümayəndələri onun və ətrafdakı bütün küçələrin park salınması üçün söküləcəyini bildiriblər. Əlavə ediblər ki, verilən kompensasiya ilə razı olmasalar, evlərindən məcburi çıxarılacaqlar. Minayə Əzizovanın qonşuları bu məbləğlə razılaşmasalar da məcbur qalaraq evlərini tərk ediblər. Amma o təkid edib. Nəsimi rayon Icra Hakimiyətindən onlara 3 dəfə xəbərdarlıq məktubu gəlib ki, “sizə məxsus ümumi tikili sahəsi 25,7 kvadrat metr olan, yardımçı sahə 8,2 kv. metr olan əmlakınızın müstəqil ”Ekspert-Audit" MMC tərəfindən yaşayış sahəsi 21,875,0 manat, yardımçı sahə üçün 5,125,0 manat olmaqla, 20 faiz nəzərə alınmaqla, ümumilikdə 32.400,0 manat dəyərində qiymətləndirilmişdi. Mənzilinizi 15 gün ərzində boşaldın". Əzizovlar ailəsi yenə evlərini tərk etməyiblər. “”Bu mənim şəxsi mülkiyyətimdir. Mən bu evi satmıram" dedim. Icra Hakimiyyətinin nümayəndəsi dedi ki, sən kimsən? Prezident gəlib baxıb, bu yeri götürüb". Ailə evindən məcburi çıxarılandan sonra onlara 42 kvadrat metrlik evin 17 kvadrat metrinin pulu ödənilib. Icra Hakimiyyətinin nümayəndələri deyib ki, qalan sahələr “kupça”ya düşməyib. M.Əzizovanın iki il əvvələ qədər yaşadığı əraziyə çatırıq. Qatar xətti və hündürmərtəbəli bina arasında olan böyük ərazini ot basıb. Burada 21 ailə yaşayıb. Qadın yaşadığı evin ot basan sahəsinə keçib deyir ki, “bax, mənim evim buradaydı. Özüm üçün şərait yaratmışdım. Məni iki saatın içərisində evimdən çıxardılar. Buldozer gətirdilər... polislər bir özbaşınalıq elədilər... Demişdilər ki, dövlət ehtiyacı üçün evimizdən çıxmalıyıq. Burada hansı dövlət əhəmiyyətli tikinti aparılır? Prezidentin yoludur... prezident soruşmur ki, burada nə tikmək istəyirdiniz, niyə tikmirsiniz? Boğazımızdan kəsib prezidentə teleqramlar vururdum, amma bizə cavab vermədi. Bizi döyə-döyə evimizdən çıxardılar. Kiminsə cibini doldurmaq üçün evimizi sökdülər”. Qadın deyir ki, evləri söküləndən sonra bir neçə dəfə Azərbaycandan birdəfəlik çıxıb getmək istəyiblər. Amma hər dəfə nəsə qoymayıb... Heydər Əliyev Mərkəzinin ətrafında evi sökülən digər sakin Fuad Zəkiyev deyir ki, əlacsız qalıb təklif edilən evi götürüb. Sakinlərə əvvəlcə cüzi kompensasiya təklif olunub, sonra isə “AZINKO” şirkətinin Keşlə qəsəbəsində tikdiyi binalardan ev verilib. BŞIH-in işçiləri deyiblər ki, sakinləri köçürmək üçün mənzillərin hər kvadrat metrinə 1200 manat ayrılıb, amma köçürülən evlərin kvadrat metri 620 manatdır. “Verilən evin kvadrat metrindən razıyam, amma onu təmir etməyə pulum yoxdur. Döşəmələri yararsız vəziyyətdədir. Kimin pulu varsa, cibindən ödəyib təmir elətdirdi. Amma mən təqaüdçüyəm, yoldaşım I qrup əlildir... Bizim imkanımız yoxdur ki, bu evi yaşanılası yerə çevirək”- F.Zəkiyev deyir. Minayə Əzizovanın və digər 21 ailənin yaşadığı ot basmış yerlər hotel ərazisidir. Hoteli tikən fəhlələr bunu “Azadlıq”a deyirlər. Onlar əlavə edirlər ki, oteli “ZQAN Holding” (Indiki “Garant Holding”... Bu ilin 5 mayında “ZQAN Holding”in adı dəyişdirilərək “Garant Holding” olub - S.V.) tikir. 35 mərtəbəli hotel Nəqliyyat naziri Ziya Məmədovun oğlu, “ZQAN Holding”in Direktorlar Şurasının sədri Anar Məmmədova məxsusdur. 21 ailə bu ərazidən “dövlət ehtiyacı” səbəbi ilə köçürülmüşdü. Dövlət ehtiyacının mahiyyəti və sərhədləri Mülki Məcəllənin 157.9-cu maddəsində göstərilib. Burada yazılıb ki, yolların və digər kommunikasiya xətlərinin çəkilməsi; sərhəd zolağının müəyyən edilməsi; müdafiə əhəmiyyətli obyektlərin tikilməsi “dövlət ehtiyacı” sayılır. Nazir oğlunun tikdiyi isə “dövlət ehtiyacı”nın sərhədlərinə aid deyil. Şikayətçi Minayə Əzizovanın vəkili Ziya Quliyev “Azadlıq”a deyib ki, Bakı Şəhər Icra Hakimiyyətinin ərazinin söküntüsü ilə bağlı verdiyi sərəncamın etibarsız hesab edilməsi ilə bağlı 1 saylı Inzibati-Iqtisad Məhkəməsində iddia qaldırıb. BŞIH sərəncamı məhkəməyə təqdim etmədiyinə görə proses təxirə salınıb. “Orada park-bağ salınması üçün ərazinin söküldüyü deyilirdi, amma indi həmin yer hotel kimi istifadə olunacaqsa, bu yenə ”dövlət ehtiyacı" deyil. Biz iddiamızın ölkə daxilindəki məhkəmələrdə təmin olunacağına inanmırıq. Məhkəmələr müstəqil deyil deyə bunu təmin etməyəcəklər. Sərəncamın etibarsız sayılması söküntünün qanunsuz aparıldığını isbatlayacaq. Belə olan halda zərərçəkənə ya kompensasiya ödənilməlidir, ya da ev verilməlidir. Ilin sonuna qədər bütün instansiyaları keçib bu işi Avropa Məhkəməsinə aparacağıq". Minayə Əzizov ona dəymiş mənəvi zərəri 30.000 manat dəyərləndirib. Evi sökülən zaman məhv edilmiş, məişət, mebel, geyim əşyalarına görə 20 min manat məbləğində maddi zərərin ödənilməsini istəyib. Digər şikayətçi Fuad Zəkiyevin hüquqlarını müdafiə edən Şəfa Camalzadə “Azadlıq”a deyib ki, onlar Əmlak Məsələləri Dövlət Komitəsini, Bakı Şəhər Icra Hakimiyyətini, Nərimanov rayon Icra Hakimiyyətini məhkəməyə verərək sökülmüş evin bərpa edilməsi, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb ediblər. Sakin 24 min manat əldən çıxmış faydanın, qanunsuz olaraq mənzilinin dağıdılması nəticəsində 50.000 manat mənəvi zərərin ödənilməsini istəyib. 2 saylı Bakı Inzibati Iqtisad Məhkəməsi iddianı təmin etməyib. Iş Apelyasiya Məhkəməsinə göndərilib. Vəkil deyib ki, gələn ay ərzində şikayətə baxılacaq. Ölkə içində məhkəmələr iddianı təmin etməsələr, iş Avropa Məhkəməsinə göndəriləcək.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
|