NAFTALANIN İCRA BAŞÇISI İLƏ BAĞLI İNCƏ MƏQAM
Tarix: 20-07-2013, 10:31 |
Çap et
Naftalanın şəhər icra hakimiyyətinin başçısı Natiq Aslanov “Dövlət qulluğu haqqında” qanunun tələblərinə zidd olaraq çalışır. Bu barədə saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, Natiq Aslanov həqiqi hərbi xidmətdə olmasa da, icra strukturunda çalışır. Məlumatda qeyd olunur ki, Natiq Aslanov həqiqi hərbi xidmətdən yayınsa da, dövlət qulluqçusu statusu ala bilib.
Qeyd edək ki, Naftalan Şəhər İcra Hakimiyyətinin rəsmi internet səhifəsində də icra başçısı kimi Natiq Aslanovun həqiqi hərbi xidmətdə olması barədə qeyd yoxdur. Natiq Aslanovun icra hakimiyyətinin rəsmi internet səhifəsində yerləşdirilən tərcümeyi-halını təqdim edirik:
Aslanov Natiq Musa oğlu 1976-cı il avqust ayının 22-də Naftalan şəhərində anadan olumuşdur. 1998-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının mühəndis iqtisadiyyatı və idarəetmə fakultəsini bitirmişdir. 2000-ci ildən 2004-cü ilə kimi “Kəpəz” firmasında alqı-satqı üzrə menecer, 2004-2010-cu il tarixlərində “Tam İnşaat” MMC-nin direktoru vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 25 yanvar tarixli 696 saylı sərəncamı ilə Naftalan şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.