Yollarda quraşdırılan radarlara düşən bəzi avtomobillərin sürücüləri ilə yol polisi əməkdaşları arasında zaman-zaman narazılıq yaranır. Avtomobil sahibləri xüsusilə rayonlara gedərkən harada quraşdırılması bəlli olmayan radarlara düşmələrindən gileylənirlər. Sürücülər bildirirlər ki, onlara əksər hallarda yol kənarında hamının gördüyü yerdə quraşdırılmış radarlara deyil, kolluqda, ağaclıqda, yol kənarlarındakı restoran və kafelərin hasarlarının arxasında qoyulmuş qurğulara düşürlər. Nəzərə çatdıraq ki, beynəlxalq təcrübədə radarlar görünməklə yanaşı, ona azı 500 metr qalmış qarşıda sürətölçən cihaz olması haqda xəbərdarlıq nişanı qoyulmalıdır. Əksər ölkələrdə buna əməl edilir. Tural Allahverdiyev adlı sürücü də Xaçmaz rayonundan gələrkən gizli qoyulmuş radara düşdüyünü deyir və fotolar da bunu sübut edir. 10 YP 767 dövlət nömrə nişanlı polis maşını ağacların arxasında dayanıb.