"1000-2000 MANAT HEÇ NƏDİR, CİBİMDƏN VERƏ BİLƏRƏM..."
Tarix: 10-01-2012, 14:28 |
Çap et
MÜĞƏNNİ RAMAL: "PROBLEM DEYİL"
Müğənni Ramal İsrafilov SİA-ya açıqlamasında bildirib ki, Alim Qasımov və qızı Fərqanə üçün dini mahnı hazırlayıb.
"Alim müəllim mənə dedi ki, hamıya mahnı verdin, amma bizə mahnı vermədin. Bu söz mənim uğurum idi. Çünki Alim Qasımov kimi muğam ustadı məndən mahnı istəyirdi. Mahnını yazdım və təqdim etdim. Çox bəyəndilər. Bu yaxınlarda mahnını Türkiyəyə aparacam, orada aranjman etdirəcəm. Alim Qasımovun yetərincə fanatları var. Onlar mahnını pulsuz aranjman edəcəklər. 1000-2000 manat sənət qarşısında heç nədir. Mən də cibimdən verə bilərəm, problem deyil", - deyə Ramal bildirib.