MİLLİ ŞURA PULU HARDA AXTARMALIDIR
Tarix: 29-08-2013, 12:27 |
Çap et
Milli Şuranın sədri Rüstm İbrahibəyov bir müddət öncə mətbuata verdiyi açıqlamasında Bakıya gəlməkdənsə xaricdə Milli Şura üçün vəsait toplamağı daha üstün hesab etdiyini bildirmişdi. Bir neçə gün bundan öncə isə İbrahimbəyov daha bir açıqlama verərək Milli Şura tərəfdarlarının bu quruma dəstək verməsi üçün adambaşı 1 azn toplamağa səsləyib.
Maraqlıdır, Azərbaycana gəlməməsini xaricdə maliyyə mənbələri axtarmasıyla izah edən İbrahimbəyovun son açıqlaması nə dərəcədə məntiqlidir?
Mövzu ilə bağlı Moderator.az-ın sualını cavablandıran Turan İnfortmasiya Agentliyinin rəhbəri, Milli Şura üzvü Mehman Əliyev qeyd edib ki, o, İbrahimbəyovun belə bir bəyanatını eşitməyib: “Əksinə, Rüstəm bəy özü bizə hər dəfə burda maliyə toplamağa tövsiyə edib”.
“EL” hərəkatının həmtəsisçisi, Milli Şura üzvü Eldəniz Quliyev də Rüstəm İbrahimbəyovun xaricdə Milli Şura üçün vəsait topladığı haqda açıqlamasından xəbərsiz olduğunu dedi: “Rüstəm bəy Milli Şura tərəfdarlarına səslənərək “1 manat aksiyası” keçirməyi təklif etdi. Bu da onu göstərir ki, bəzilərinin iddia etdiyinin əksinə olaraq, Milli Şura nə “Milyarderlər İttifaqı”, nə də Rusiya hökuməti tərəfindən maliyyələşmir. Bu qurum gücünü xalqdan alır, ona görə də müraciət xalqa ünvanlanıb”