“Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” .....                     Bakıdan Qarabağa necə getmək olar: .....                     Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil .....                     Berlin Kiyevə "Mini-Taurus" lar verəcək .....                     Türkiyə İsraillə TEZ ANLAŞSIN... .....                     Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq .....                     Qazaxdan Araza qədər yol belə açılacaq... .....                     Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? .....                     Azərbaycanda xarici logistika şirkəti ləğv edilir .....                     Bakıda toylar bu tarixdə başlayacaq .....                     Orxan Cəlilov işdən çıxarıldı .....                     Paşinyan seçkilərə belə hazırlaşır .....                     Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. .....                     Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı .....                     “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” .....                     General-leytenant yeni rəis təyin etdi .....                     Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib .....                     Prezident Los-Ancelesə yeni baş konsul təyin edib .....                     Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu .....                     Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib .....                     Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. .....                     "1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." .....                     Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? .....                     Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb .....                     Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olunub .....                     Anti-Azərbaycan mərkəzləri və onun əlaltıları .....                     Şəkidəki şirkət Ucarda əkin sahələrini su ilə təmin edəcək .....                     "Mədinə şəhərində məni küçədə görən bu uşaqlar üstümə qaçdılar ki..." .....                     “İlk dəfə büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb” .....                     Azərbaycan Türkiyədən biri 2 664 manata 6 eşşək alıb .....                     Sabiq deputat Əsabil Qasımovun “Karmen”i ilə bağlı nə qərar veriləcək? .....                     Mask onunla birləşib ABŞ-ın "altını üstünə çevirəcək" .....                     Bəzi yerlərdə yağış yağacağı gözlənilir .....                     Qreta Bakıya qarşı aksiya üçün hardan, nə qədər pul alıb? .....                     "Bu gün sosial şəbəkələr hər şeyi üstələyib..." .....                     “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” .....                     Trampın oğlu Rusiyaya zərbə endirməsinə icazə verənləri .....                     Emin Ağalarov əkizlərinin arxiv görüntüsünü paylaşdı .....                     Azərbaycanda biznesi olan milyarder “Humo”nu almaqdan imtina etdi .....                     Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi .....                 

"ƏN BÖYÜK SƏHVİ MÜSAVATLA AXCP ETDİ"
Tarix: 11-09-2013, 11:58 | Çap et
"ƏN BÖYÜK SƏHVİ MÜSAVATLA AXCP ETDİ"
Allah-Təala insanı xəlq edib, əlini çörəyə çatdırandan bəri bütün dünya xalqları kimi Azərbaycan xalqının da həyatında mühüm olan qurğulardan biri olub dəyirman... Folklorumuzda: nağıllarımızda, mahnılarımızda xüsusi yeri var dəyirmanın. Dəyirman elə bu dünyada da kəpəyi undan - yaxşını pisdən ayırır... Bütün bu maraqlı məqamları nəzərə alaraq yeni rubrikamızın adını "Dəyirman" qoymağa qərar verdik. Müsahibimizə adətən müxtəlif mövzulardan suallar ünvanlandığı digər rubrikalardan fərqli olaraq "Dəyirman"da konkret bir mövzu "üyüdülüb" oxucuya "təhvil" veriləcək. Belə düşündük ki, ilk qonağımız texnikadan başı çıxan adam olsun. O səbəbdən ki, "Dəyirman"ı çalışdırıb oxucuların "çuvalını" boş qaytarmasın. Odur ki, "buğdamızın" siftəsini ötən əsrin 80-ci illərindən bəri həm məşhur alim, həm də maraqlı siyasətçi kimi tanınan texnika elmləri doktoru, akademik, AMEA-nın müxbir üzvü, Milli Yaradıcılıq Akademiyasının prezidenti və nəhayət, iki dəfə respublika prezidentliyinə namizəd Nizami Süleymanovla "üyütdük"...

- Nizami, müəllim, "Dəyirman" rubrikasının ilk qonağı olaraq sizi salamlayırıq. Dəyirman barədə nə deyə bilərsiz?
- Bineyi-qədimdən insanların ixtira etdiyi bəlkə də ilk qurğulardan biri elə dəyirmandır. İlk vaxtlar əl dəyirmanları var idi. Mən kənddə böyümüşəm. Analarımız o qurğunun orta hissəsinə taxılı tökər, əllə fırladardı daşları və arada qalan dən üyüdülüb kənara tökülər, onu ələyib kəpək hissəsini ayırardılar. Sonra su, yel dəyirmanları peyda oldu. Ev heyvanlarının gücünə hərəkətə gətirilən dəyirmanlar da var idi. Və nəhayət, müasir elektrik dəyirmanları yaradıldı... Söz "dəyirmanları" da var. Deyirlər, filankəs dəyirman kimi üyüdür e... Yəni yeri gəldi-gəlmədi, mənasız, məntiqsiz, boş-boş danışan adamlara belə deyirlər... Allah sizin "Dəyirman"ı belələrindən uzaq eləsin...

- Deyir, çünki oldun dəyirmançı, çağır gəlsin dən, Koroğlu! Artıq siz "dəyirmançı", biz isə "müştəri" rolundayıq. Xahiş edirik, təqdim etdiyimiz "Prezident seçkiləri və Milli Şura" mövzusunun "üyüdülməsinə" başlayaq...
- Keçmiş MDB ölkələrindən Ukraynada, Gürcüstanda müxalifətin birləşib prezident, parlament seçkiləri ərəfəsində inqilab yolu ilə hakimiyyətə gəlmək nümunələri olub. Ancaq sonda parçalanıb pərən-pərən olublar. Bizim bu Milli Şura (MŞ) isə deyəsən, "bissimillah" eləməmiş param-parça olmaqdadır. Əslində doğru yol, bilirsiz, nədi? İrandakı son seçkilərdə xeyli namizəd olsa da, təkbaşına idilər, yəni birlik-filan yox idi. Nəticədə Həsən Ruhani heç bir şurasız-filansız qalib oldu...
Azərbaycanda formalaşmış siyasi müxalifət var. Məsələn, ən öndə olan Müsavat, AXCP liderləri ayrı-ayrılıqda öz namizədliklərini versəydilər, daha çox uğur qazanardılar, nəinki MŞ formatında. Bəzən çox adamın birlik adı ilə bir yerə yığışması əks-effekt verir. Yəni indiki durumda 30-40 adamın fikri heç cür eyni ola bilməz. Yox, əgər bunlar inqilab yolu ilə hakimiyyətə gəlmək istəyirlərsə, yenə yanılırlar. Azərbaycan nə Kuçma Ukraynasıdı, nə də Şevardnadze Gürcüstanıdı. Bu gün Azərbaycanda strukturlaşmış, möhkəmlənmiş, güclü dövlət var... Xalqın əksəriyyəti isə ölkədəki əmin-amanlığa görə hakimiyyətdən razıdır....

- Yəni 129 nəfərin idarə etdiyi Milli Şura(MŞ) hakimiyyətə gəlib ölkəni idarə etmək gücündə deyil?
- Siyasətdə olanların hamısına az və ya çox dərəcədə hörmətim var. Ancaq bu gün müxalifət səhv yoldadır. 74 yaşlı kino mütəxəssisi Rüstəm İbrahimbəyovu atdılar ortalığa və heç bir uğur əldə edə bilmədilər və edə də bilməzdilər. Bu adam kino sahəsində böyük uğurlar qazanıb, beynəlxalq mükafatlara layiq görülüb - bir azərbaycanlı kimi mən də fəxr edirəm. Ancaq indiyədək nə dövlət məmuru, nə diplomat olmuş, nə də siyasi bir partiyaya rəhbərlik etmiş bu incəsənət xadimi qəflətən gəldi ki, mən ölkənin ikiillik müvəqqəti keçid hökumətinin başçısı olacağam... Jurnalistlərdən biri dedi ki, bəlkə bunlar Qırğızıstan variantı etmək istəyir. Cavab verdim ki, Qırğızıstanın ikiillik müvəqqəti hökumətinin başçısı olmuş Roza Otumbayeva SSRİ kimi nəhəng bir dövlətin YUNESKO-dakı nümayəndəsi, Malaziyadakı səfiri olub. Qırğızıstanda o vaxtkı paytaxt Frunze şəhər partiya komitəsinin ikinci katibliyindən başlamış müstəqillik dövründə respublikanın ilk xarici işlər naziri, ABŞ-da, İngiltərədəki səfiri və s. vəzifələr daşıyıb. Amma bayaq dediyim kimi, R.İbrahimbəyovun heç bir siyasi, diplomatik təcrübəsi yoxdur...

- MŞ-nın ehtiyat vahid namizədi professor Cəmil Həsənli, necə, seçki "dəyirmanında" öz "dənini üyüdə biləcəkmi"?
- Cəmil müəllimə də bir tarixçi, alim kimi böyük hörmətim var. Kitablar, əsərlər yazıb. Ancaq Cəmil müəllim nə zaman diplomatik, siyasi fəaliyyətlə məşğul olub? Heç zaman. O, bir 300-500 nəfərə rəhbərlik edibmi? Xeyr. Əgər bu gün Azərbaycan Amerika, Avropa ölkəsi kimi yüz illərlə oturuşmuş bir dövlət olsaydı, bəlkə də Cəmil Həsənli onu idarə edə bilərdi. Amma cəmi 22 yaşı olan gənc dövlət kimi Azərbaycanı hər tərəfdən nişangahda saxlayan nə qədər düşmən qüvvələri var. Bu şəraitdə ölkəni idarə etmək yükünü çiyninə götürmək çox ağır işdi. Hələ biz İlham Əliyevə təşəkkür etməliyik ki, belə bir kritik durumda bu yükün altına girib... Yenə də mən Cəmil müəllimə də uğurlar arzulayıram. Amma görək, İlham Əliyevdən sonra heç olmasa, ikinci yer uğrunda mübarizə apara biləcək, ya yox?..

- Bəs 1992-ci ildə Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyə alternativ olaraq prezidentliyə namizədliyinizi verəndə sizin kifayət qədər siyasi, idarəçilik təcrübəniz var idimi?
- Mən 1992-ci ildə prezidentliyə namizədliyimi verərkən SSRİ dövründə böyük nüfuza malik Azərbaycan Elmlər Akademiyası nəzdində "Kristal" Elmi İstehsalat Birliyinin və təcrübə zavodunun rəhbəri idim. Bizim elmi işlərimiz SSRİ-nin 22 maşınqayırma nazirliyinin minlərlə zavodunda tətbiq olunurdu. Sonra Azərbaycan Milli Yaradıcılıq Akademiyasının rəhbəri də oldum. Orada Ziya Bünyadov, Bəxtiyar Vahabzadə, Anar, Elçin Əfəndiyev və s. kimi görkəmli alimlər və ziyalılar iştirak edirdi. Hətta Heydər Əliyev də akademiyanın beynəlxalq siyasətşünaslıq üzrə həqiqi üzvü seçilmişdi. O dövrdə mən həm də bütün rayonlarda şöbələri olan Azərbaycan Demokratik Ziyalılar İttifaqının sədri idim. Və yaranmaqda olan Müstəqil Azərbaycan Partiyasının təşəbbüs qrupunun rəhbəri kimi sırf siyasi fəaliyyətlə məşğul idim.
Amma 2005-ci ildə - 60 yaşım olanda artıq siyasətdən getməyi qərara aldım. Çünki yaş artdıqca iki sahədə paralel işləmək çətin olur. Həm də mən Azərbaycan xalqına, dünya elminə xidmət etmək üçün ömrümün qalan hissəsini elmi işə həsr etmək əzmindəyəm. R.İbrahimbəyov kimi, C.Həsənli kimi yaşı 60-ı keçmiş tay-tuşlarıma da məsləhət görərdim ki, bundan sonra öz sahələrində çalışsalar, daha çox uğur əldə edər və xalqın yaddaşında qalarlar...

- Siz daha nələrə əsaslanıb deyirsiz ki, R.İbrahimbəyov, yaxud C.Həsənli ölkəni idarə edə bilməz. Bəlkə onlar özlərində belə bir gücü, potensialı hiss edirlər?
- Axı mövcud bir gerçəklik də var. Mən bütün rayonlardakı keçmiş partiya üzvləri ilə, tanışlarımla mütəmadi əlaqədəyəm və tam əminliklə deyə bilərəm ki, xalqın ən azı 70-80 faizi hazırkı ölkə başçısı İlham Əliyevin növbəti beş ildə də dövlət başçısı olmasına səs verəcək. O, prezident olduğu son 10 ildə Azərbaycanı uğurla idarə etməyi və irəli aparmağı bacardı...
Hələ başqa sahələri demirəm, mütəxəssisi olduğum sənaye sahəsindəki uğurlardan danışıram. Yalnız Sumqayıtda 2007-ci ildən inşasına başlanmış Texnoparkı misal çəkmək kifayətdir. Orada 30 zavodun açılması planlaşdırılıb. Ötən ilədək 13 zavod açılmışdı. Bu yaxınlarda digər iki alimimizlə bərabər orada olanda məlum oldu ki, artıq 17 zavod fəaliyyət göstərir. Təkcə kabel zavodunda 2500 adda kabel buraxılır. Artıq yük, sərnişin vaqonlarının istehsalına başlanılıb. Dünyanın çox ölkələrini gəzmişəm. Sumqayıt Texnoparkı dünyanın ən müasir texnologiyaları ilə işləyən nəhəng müəssisələrdən biridir. Burada 10 min nəfərin işləməsi nəzərdə tutulub. Bu gün artıq 5 minə yaxın insan ailəsinə çörək qazanır və ən azı 400-500 manat maaş alır.
Ölkəmizdəki digər sahələri də araşdırsan, nə qədər uğurları sadalamaq olar...

- Seçki ərəfəsində iqtidar-müxalifət münasibətləri sizi qane edirmi?
- Mən bir ziyalı kimi üzümü həm iqtidara, həm müxalifətə tutub xahiş edirəm ki, bu seçkiləri bir-birinə düşmənçilk mövqeyindən tam uzaq, bir-birini təhqir etmədən obyektiv tənqid və təkliflər etməklə konstuktiv bir şəraitdə keçirək. Mən nə iqtidarın müxalifəti, nə də müxalifətin iqtidarı təhqir etməsinin tərəfdarıyam. Özümüzü erməniyə, ona-buna güldürməli deyilik.

- Belə bir stereotip formalaşıb ki, prezidentliyə namizəd olub uğur əldə etmək üçün hansısa bir xarici gücə də güvənməlisən. Siz 1992-ci ildə bu günədək Azərbaycanda prezident seçilmiş namizədə alternativ namizədlərdən heç birinin toplaya bilmədiyi 33 faiz səs toplamışdınız. O zaman sizin arxanızda hansı xarici dövlət dururdu?
- Mən faktiki 90 faizdən çox səs toplamışdım. Məcbur olub Elçibəyə 57 faiz yazdılar, mənə də 33 faiz... İkincisi, əgər arxamda xarici qüvvə durmuş olsa idi, elə hakimiyyətə gələrdim də...

- Bəlkə sizin arxanızdakı qüvvə zəif olub?
- Xeyr. Yadınızdadırsa, o zaman parlamentdə cəbhəçilər özləri bəyan etdilər ki, biz hakimiyyətə gəlmək üçün 9 xarici dövlətlə razılaşmışıq. Ancaq mənim heç bir xarici ölkə nümayəndəsi ilə görüşüm, danışığım olmayıb. Yalnız Türkiyənin baş naziri S.Dəmirəl Bakıya gələndə namizədləri qəbul etmişdi, mən də orada onunla görüşmüşdüm. Və bildiyimə görə, Türkiyəyə qayıtdıqdan sonra S.Dəmirəl demişdi ki, orada bir gənc alim var idi, namizədlər arasında ən çox ondan xoşum gəldi...

- Nizami müəllim, İlham Əliyevə alternativ namizədlərdən hansını "dəyirmanın bu başından salsan, o başından diri çıxar"?
- Allah heç kəsi dəyirmanın boğazına salmasın... Amma düzdü, seçilmək şansı olmasa da, mənim Zahid Oruca rəğbətim var. Gənc olsa da, yetkin gəncdir, təfəkkür çevikliyi olan siyasətçidir. Hesab edirəm ki, İlham Əliyevin yanında uzun müddət işləsə, hansısa mühüm bir sahəyə rəhbərlik edə bilər...

- Müxalifət 20 ildir ki, hər seçkiöncəsi demək olar ki, eyni ssenari ilə guya hakimiyyətə gəlməyə cəhd edir. Əvvəlcə birlik görüntüsü olur; hər hansı bir formatda, adda qurum yaradılır. Bir az hay-küy edirlər. Seçkiyə lap az qalmış isə içlərindən bir neçə satqın çıxır və parçalanma, qarşılıqlı ittihamlar başlayır. MŞ-da da əvvəlki qurumdakılar kimi...
- Orta məktəbdə riyaziyyatda keçmişik: toplananların yerini dəyişdikdə cəm dəyişmir. Bəli, neçə ildi, eyni adamlar gah SİDSUH, gah Demkonqres və s. yaradırlar, heç nə də alınmır. Bir yeni adam tapmışdılar - R.İbrahimbəyov, o da belə çıxdı... Dünən köhnə qəzetlərə baxıram, yazırlar ki, R.İbrahimbəyov hökmən gələcək. Nə oldu? B.Bhutto qadınlığı ilə qorxmadı Pakistana gəldi, sonra da şəhid oldu. Gələrdin, nə olardı, millət yolunda lazım gələn hər əziyyətə qatlaşardın... Bir sözlə, təhqir kimi anlamasın, biz demək olar ki, həmyaşıdıq, R.İbrahimbəyovda B.Bhutto qədər cəsarət olmadı...

- Görəsən, vaxtilə Rusiya Dövlət Dumasında çalışmış, sovet dövründən Heydər Əliyevi dəstəkləyən, onun vaxtında dövlət katibi işləmiş, xeyli nüfuzu və təcrübəsi olan Lalə Şövkət xanım hansı məntiqlə qoşulmuşdu MŞ proyektinə?
- Qoşuldu da, getdi də... Yaxşı ki, bunun boş şey olduğunu, gec də olsa, başa düşdü. O da var ki, dediyiniz kimi onun siyasi, idarəçilk təcrübəsi C.Həsənlidən qat-qat çoxdu...

- Bəs "El" hərəkatının rəhbəri, keçmiş prezident köməkçisi Eldar Namazov necə?..
- E.Namazovu tanıyıram, bir dəfə təxminən 15 il bundan qabaq keçmiş ofisimizdə görüşümüz olub. Ondan bəri kontaktımız olmayıb.
Yəni bir sözlə, bunları bir-bir "tərif" etməkdənsə, bir kəlmə ilə demək olar ki, hamısı səhv yoldadır... Ən böyük səhvi də Müsavatla AXCP etdi... Çünki bayaq dediyim kimi, onlar ayrıca partiya şəklində seçkiyə getsəydilər, daha çox səs toplamaqla yanaşı, həm də gələcəkdə uğur əldə etmək üçün ana müxalifət statusunu da qazanacaqdılar....

- Heç namizədlərdən sizə müraciət edən olubmu ki, Nizami müəllim, bizə göz dəyməmək üçün, yaxud digər namizədlərin ağzını bağlamaq üçün bir şey fikirləş?
- Axı mən nə cadugərəm, nə də ekstrasens... Yəqin bu sualı ona görə verirsiz ki, biz üzərlik biokartı hazırlamışıq. Həqiqətən də bu biokartları işlədənlər çox razılıq edirlər. Mənfi auranı silir, neqativ enerjini götürür, sağlamlığa müsbət təsir göstərir. Amma təəssüf ki, insanların düşüncə tərzinə təsir göstərə bilmir... Həm də onlardan heç biri mənə müraciət etməyib ki, Nizami müəllim imkan varmı ki, gəlim ağlımı dəyişəsən...

- Nizami müəllim, görəsən, "Dəyirman"ımızın ilk "unu" necə alındı?
- Bəzən deyirlər ki, filan yerin çörəyi çox yaxşıdır. İnşallah, sizin bu "Dəyirman"ın "çörəyi" də şirin olar. Yəni oxucular bu yazıdan, müsahibədən razı qalarlar. Çünki biz tənqid etsək də, heç kəsə qarşı təhqirə yol vermədik. Siyasət meydanında olanların hamısına, o cümlədən, namizədlərə uğurlar diləyirəm...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 16:37
Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Bu gün, 16:34
Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Bu gün, 16:20
Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Bu gün, 16:18
Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Bu gün, 16:15
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 16:12
Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Bu gün, 16:06
Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 16:05
Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Bu gün, 16:02
Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Bu gün, 15:55
Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50
Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48
Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34
Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30
“Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26
General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21
Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17
Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16
Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu TƏYİN OLUNDU
Bu gün, 15:15
Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:13
Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. - hələ bizim camaat YUMŞAQ DAVRANDI...
Bu gün, 15:10
"1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." - GİLEY
Bu gün, 15:03
Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? - Türkiyəli general detalları açıqladı
Bu gün, 15:00
Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb - BİZİ NƏ GÖZLƏYİR?
Bu gün, 14:58
Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olunub - TƏFƏRRÜAT
Bu gün, 14:55
Anti-Azərbaycan mərkəzləri və onun əlaltıları - AXI NİYƏ?..
Bu gün, 14:00
Şəkidəki şirkət Ucarda əkin sahələrini su ilə təmin edəcək - 7 MİLYONLUQ TENDER
Bu gün, 13:58
"Mədinə şəhərində məni küçədə görən bu uşaqlar üstümə qaçdılar ki..."
Bu gün, 13:07
“İlk dəfə büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb”
Bu gün, 13:06
Azərbaycan Türkiyədən biri 2 664 manata 6 eşşək alıb - belə görünür ki...
Bu gün, 13:02
Sabiq deputat Əsabil Qasımovun “Karmen”i ilə bağlı nə qərar veriləcək? - GEDİŞAT
Bu gün, 12:58
Mask onunla birləşib ABŞ-ın "altını üstünə çevirəcək" - Şok plan
Bu gün, 12:56
Bəzi yerlərdə yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:52
Qreta Bakıya qarşı aksiya üçün hardan, nə qədər pul alıb? - İLGİNC...
Bu gün, 12:51
"Bu gün sosial şəbəkələr hər şeyi üstələyib..."
Bu gün, 12:45
“Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Turan Manafzadə
Bu gün, 12:41
Trampın oğlu Rusiyaya zərbə endirməsinə icazə verənləri "axmaq" adlandırdı
Bu gün, 12:39
Emin Ağalarov əkizlərinin arxiv görüntüsünü paylaşdı - VİDEO
Bu gün, 12:37
Azərbaycanda biznesi olan milyarder “Humo”nu almaqdan imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 12:28
Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 12:26
Sülh üçün yaşıl işıq yandı: Ermənistan bəyannaməni dəyişir
Bu gün, 12:24
İrəvan KTMT-dən imtina etdi, əsgərlərini bu ölkəyə göndərdi
Bu gün, 12:23
Azərbaycanlı İran casusu Rusiyada saxlanıldı – BAKIYA TƏHVİL VERİLƏCƏK
Bu gün, 12:08
David Vardanyanın təxribat xarakterli müraciəti yayıldı... - "Atam erməni olduğu üçün..."
Bu gün, 12:02
COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçiriləcək
Bu gün, 11:55
Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında nələr baş verir – MÜRACİƏT
Bu gün, 11:46
ABŞ konqresmeni Frank Peloninin Azərbaycanı tərk etməsi rəsmən təsdiqlənib - AÇIQLAMA
Bu gün, 11:45
Ermənistanın daxili işlər naziri istefa verib
Bu gün, 11:44
“Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı - FOTO
Bu gün, 11:42
Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonları KİMİNDİR? - varisləri üçün ƏLÇATMAZDIR...
Bu gün, 11:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru