SUDAN GƏLƏN “SÜRMƏLİ” MİLYONLAR
Tarix: 16-01-2012, 15:13 | Çap et
KƏND YERLƏRİNDƏ “SU PROBLEMİNİN HƏLLİ” ADI ALTINDA BÖYÜK KORRUPSİYA!
Ölkə əhalisinin 52 faizindən çoxunun yaşadığı kənd yerlərinin içməli su təchizatı faktiki olaraq dövlətin nəzarətindən kənarda qalıb. İçməli su təchizatına birbaşa cavabdeh olan “Azərsu” ASC isə yalnız Bakı və Abşeronun və qismən rayon mərkəzlərinin su təminatı ilə məşğul olur. Səhmdar cəmiyyətin xidmət göstərdiyi ərazilərdə bu işin öhdəsindən nə dərəcədə gəlib-gəlmədiyi bir yana, fakt odur ki, müasir Azərbaycan kəndlərində nəinki içməyə yararlı, heç heyvanların suvarılması üçün də su tapılmır. Eləcə də Ermənistan Silahlı Qüvvələri ilə üzbəüz mövqedə yerləşən Tərtər rayonunun Qaynaq kəndində.
Kənd yerlərinin içməli su təchizatındakı vəziyyəti araşdırarkən öyrəndik ki, “Aran” Humanitar Regional İnkişaf İctimai Birliyi (HRİİB) Avropa Birliyi və “Oxfam” humanitar təşkilatının maliyyə dəstəyi ilə Mərkəzi Aran zonasında 20 bələdiyyə ərazisində içməli su təchizatının yaxşılaşdırılması istiqamətində layihələr həyata keçirir. Belə ki, təşkilat regionun su çatışmazlığından ən çox əziyyət çəkən kəndlərində su qurğuları quraşdıraraq onu yerli bələdiyyələrin yaratdığı icmaların idarəetməsinə verir. Qurğuların quraşdırıldığı 3 rayonun (Tərtər, Bərdə, Ağcabədi) 7 kəndinə səfər zamanı yerli sakinlərlə, bələdiyyə və icra hakimiyyəti orqanlarının nümayəndələri ilə görüşüb problemin doğru-dürüst araşdırmağa çalışmışıq.
Bəri başdan deyək ki, haqqında danışdığımız qurğuların hər birində avtomatik sistemdə işləyən nasos və təxminən 15-20 metr hündürlükdə 15 və ya 25 ton tutumu olan su çənləri quraşdırılıb. Artezian tipli quyulardan çıxan su əhaliyə onların hər birinin həyətində quraşdırılmış kranlar vasitəsilə çatdırılır. Üstəlik, bir neçə kənddə ümumi istifadədə olan bulaqlar da quraşdırılıb ki, buradan da hər kəs istədiyi vaxt su götürmək imkanına malikdir. Həmçinin mərkəzi sistemdən birbaşa həyətlərə çəkilən kranlardan yaxın ərazilərdə yaşayanlar da istifadə edə bilir.
Qaynaqlıların qaynamayan suyu
1750 nəfər əhalisi olan Qaynaq da belə kəndlərdən biridir. Halbuki dövlət müstəqilliyimizin ilk illərinə qədər Qaynaq kəndində içməli su əməlli-başlı qaynayırmış. Kəndin ortasında əlində iki ədəd 10 litrlik qabları doldurmaq üçün su axtaran Ofeliya Mirzəyeva köhnə artezian quyusunun yerindən dikələn 40-50 santimetrlik dəmir borunu göstərərək deyir ki, vaxtilə buradan çıxan su ilə kəndin tələbatı ödənilirdi: “Sonralar necə oldusa, quyudan su çıxmadı. 15-20 ildir bu kəndin camaatı susuzluqdan zülm çəkir. Bura elə yerdir ki, “kaçalka suyu” da çıxmır, yağış yağanda suyu vannalara yığıb toyuq-cücəyə, mal-qaraya veririk, bəzən əlacsız qalanda yağış suyunu qaynadıb içirik”.
Qaynaqda olarkən öyrəndik ki, Avropa Birliyi və “Oxfam” humanitar təşkilatının maliyyə dəstəyi ilə yaradılan mərkəzləşdirilmiş su sistemi 1800-ə yaxın əhalisi (hazırda bu kənddə ev təsərrüfatlarının sayı 400-dən artıqdır) olan kənd sakinlərinin təxminən 30 faizə qədərinə xidmət göstərə bilir. Bələdiyyə sədri Akif Ağalarov deyir ki, “Oxfam” təşkilatı Qaynaqda içməli su infrastrukturunun yaradılması təşəbbüsünü elan etdikdən sonra bələdiyyənin və yerli icmanın birgə səyi ilə “Qaynaqsu” MMC yaradılıb. Onun sözlərinə görə, layihə çərçivəsində qazılmış artezian quyusu üzərində 15 tonluq su çəni, Lada-Las su nasosu və elektrik motoru qurulmaqla 33 ailənin həyətinə kranlaşdırılmış su xətti çəkilib. Bütün bunlara 16 min 617 manat xərc çəkilib ki, bunun da 6600 manatı icma tərəfindən toplanan ianələrin payına düşür.
Qaynaqda içməli su şəbəkəsinin qurulması başa çatdıqdan sonra qurğunu işlətmək, onun texniki vəziyyətinə, istehlakçıların müəyyən edilmiş qrafik əsasında içməli su ilə təminatına cavabdehlik “Qaynaqsu” MMC-yə tapşırılıb. Bələdiyyə sədri bildirir ki hazırda bu şəbəkə 33 ailənin içməli suya olan tələbatını tam şəkildə ödəyə bilir. Üstəlik, bələdiyyənin MMC-də payçı olmayan bəzi ailələr də qonşu həyətlərdən su götürə bilir və hesablamalara görə, hazırda bu layihədən 33 deyil, təxminən 60 ailə bərələnir: “Amma indi kəndin təxminən 60 faizə qədəri içməli suya möhtacdır. Kənddə cəmi 2 su mənbəyi var. Biri sovet dövründən qurulan arteziandır ki, indi ondan yalnız sısqa su gəlir, camaat saatlarla növbə gözləyir. İkinci mənbə isə “Oxfam” təşkilatının yerli icma ilə birgə kəndin yuxarı hissəsində quraşdırdığı su şəbəkəsidir”.
Susuz kəndlərdə içməli su şəbəkəsinin yaradılması məsələsi ortaya çıxanda bu təşəbbüsə qoşulanlardan biri də Bərdə rayonunu Əliyanlı kənd bələdiyyəsidir. Bələdiyyə sədri Telman İbişov deyir ki, şəbəkənin qurulması üçün əvvəlcə yerli əhali ilə məsləhətləşmələr aparılıb, xərclər hesablanıb. Məlum olub ki, şəbəkənin qurulması vergi ödəmələri istisna olmaqla 8900 manata başa gələcək. İcma isə pay qoyuluşunda yalnız əl əməyi ilə iştirak edib: “Şəbəkəni əvvəlcə bulaq şəklində qurmaq istədik. Sonra gördük ki, bulağa nəzarət etmək mümkün olmayacaq. Çünki bulaq xüsusi mühafizə olunan yerdə olmasa, biri gəlib kranı, bir başqası digər hissələri sındıracaqdı. Ona görə də qərara gəlindi ki, su arteziandan birbaşa həyətlərə çəkilsin və hər bir həyətdə kranlaşma aparılsın. Biz bunu aktlaşdırdıq və hamımız qol çəkdik ki, filan işləri görəcəyik. Bununla da işə başladıq və qısa müddətdə kəndin bir hissəsinin içməli su təchizatını təmin etdik”.
Kəndin içməli su infrastrukturunu idarə edən “Əliyanlı” MMC-nin sədri Yusif Hüseynov deyir ki, hazırda 180 ev təsərrüfatı olan Əliyanlı kəndində 70-ə yaxın ailənin hər biri bu şəbəkə vasitəsilə içməli su ilə təmin olunub. Onun sözlərinə görə, su şəbəkəsi qurulanadək kənddəki bütün vətəndaşlar kimi, həmin 70 ailə də suyu pulla alırmış: “Əslində kəndin yuxarı başında bir artezian quyusu var. Amma o həm kənddən aralıdır, həm də suvarma üçündür. Ona görə də camaat içməli suyu əsasən qonşu Şirvanlı kəndindəki özüaxımlı bulaqdan gətirdilər. Ya da kimin yolu şəhərə düşürdüsə, “baçokları” maşının yük yerinə qoyurdular ki, qayıdanda su gətirsinlər. Bir çoxları isə suyu pulla alırdı”.
Xatırladaq ki, Əliyanlıda MMC-nin üzvü olmayan ailələr də içməli su şəbəkəsindən bəhrələnə bilir. Yusif Hüseynov bizi kəndin mərkəzindəki həmin bulaqla tanış edir və söyləyir ki, şəbəkəyə qoşulmayanlar daimi axan bulaqdan su götürə bilir: “Həmin bulaqdan 10 ailə daimi istifadə edir və bu xətdə də su sayğacı quraşdırılıb. Sayğac mənim öz adıma sənədləşdirilib və sudan istifadə haqlarını da həmin 10 ailədən mən yığıram. Yəni kəndin mərkəzində ümumi istifadədə olan bulaqdan axan suyun haqqını həmin ailələrdən yığıb ödəyirəm”.
Buradakı bulaqda qab-qacaq yuyan Lalə adlı kənd sakini Əliyanlıda içməli su probleminin həllində əməyi olan hər kəsə təşəkkür edir: “Susuz kəndə su çəkməkdən savab iş nə ola bilər ki?! Bizi bu zülmdən xilas edənlərə minnətdarıq. Bu qurğu istifadəyə veriləndən sonra kəndin əsas hissəsində içməli su çatışmazlığı tamamilə aradan qaldırılıb”.
Lalə xanım Əliyanlıda kənd sakinlərinin “yeni məhəllə” adlandırdığı ərazidə içməli su çatışmazlığının hələ də ciddi problem olaraq qaldığını söyləyir. Onun sözlərinə görə, həmin məhəllənin sakinləri içməli suyu həmişə olduğu kimi ya qonşu Şirvanlı kəndindən, yaxud da kənddən 2 kilometr aralıda yerləşən rayon mərkəzindən gətirirlər.
Xatırladaq ki, kəndlərin hamısında bu qurğular demək olar bir model – kranlaşdırılmış şəbəkə formasında fəaliyyət göstərir. Həmin kəndlərdə qurğulara texniki qulluq, yerli bələdiyyə orqanlarının əhaliyə göstərilən xidmətlərdə iştirakçılığı, vahid tariflər üzrə sudan istifadə haqlarının yığılması və xərclənməsi mexanizmləri eynidir.
Komitə, bələdiyyə və “Azərsu” üçlüyü
Araşdırmalar zamanı öyrəndik ki, Beynəlxalq Qızıl Xaç Komitəsi və “Azərsu” ASC də Tərtər və Ağcabədi rayonlarında bu tip layihələr həyata keçirib. Amma hər iki təşkilatın qurduğu içməli su infrastrukturu həm əlçatanlıq səviyyəsinə, həm də maliyyə xərclərinə görə “Aran”ın qurduğu şəbəkədən fərqlənir. Məsələn, Beynəlxalq Qızıl Xaç Komitəsinin Tərtər rayonunu Qazian kəndində qazdığı artezian quyusunun üzərində 25 tonluq su çəni qoyulsa da, burada paylayıcı şəbəkə qurulmayıb və paylama yalnız kəndin bir neçə nöqtəsində qoyulmuş bulaqlardan ibarətdir. Kənddə olarkən öyrəndik ki, Komitə artezian və bulaqlar şəbəkəsini qurduqdan sonra onun idarə edilməsini Qazian bələdiyyəsinin ixtiyarına buraxıb. Lakin az keçməmiş bələdiyyə ilə qarşılıqlı razılaşma əsasında qurğulara nəzarəti Tərtər Rayon “Sukanal” Sahəsi öz üzərinə götürüb.
Qazian bələdiyyəsinin sədri Sülhiddin Ələkbərov məlumatı təsdiqləyir və bildirir ki, yerli özünüidarə orqanının maliyyə imkanı olmadığından qurğulara texniki xidmət işinin öhdəsindən gələ bilməz: “Bu qurğularda hansısa nasazlıq yarananda bizim onu təmir etməyə gücümüz çatmazdı. Çünki bələdiyyənin özünün maliyyə təminatı yoxdur. Üstəlik, bu qurğulara xidmət göstərməklə bələdiyyənin büdcəsinə pul gəlmir, su əhaliyə pulsuz verilir. Ona görə də razılaşdıq ki, bu qurğulara elə “Azərsu” özü nəzarət etsin. Onların pulu var, qırılanda təmir edib işlədə bilərlər”.
Müsahibimiz deyir ki, bu razılaşmadan sonra “Sukanal” Sahəsi eyni bələdiyyə ərazisi olan Qazian və qonşu Qapanlı kəndlərinin su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirlərə başlayıb. Belə ki, “Azərsu”yun yerli idarəsi Beynəlxalq Qızıl Xaç Komitəsinin Qazianda qazdığı quyunun yaxınlığında daha 2 ədəd 25 tonluq çən qoymağı və bütün həyətlərdə mərkəzləşdirilmiş su xətt çəkməyi planlaşdırıb. Onun sözlərinə görə, artıq çənin qoyulması və şəbəkənin həyətlərədək uzadılması üçün hazırlıq işlərinə də başlanıb.
Yeri gəlmişkən, Tərtər Rayon “Sukanal” Sahəsi dövlət vəsaiti hesabına Qapanlıda da artezian quyusu qazıb. Həmçinin burada da 2 ədəd 25 tonluq su çənin qoyulması və “Oxfam”ın layihəsi əsasında tətbiq olunan modelə uyğun mərkəzləşdirilmiş şəbəkənin qurulması planlaşdırılır. Bütün bu işlərin həyata keçirilməsini nəzərdə tutan layihənin dəyərinin 90 min manat olduğu bildirilir. Qazianda Qızıl Xaç Komitəsinin kəndin bir neçə nöqtəsində qurduğu bulaqlardan evlərinə su daşımağa gələn xanımlarla söhbətdən aydın olur ki, burada su mənbələrinə əlçatanlıq səviyyəsi aşağıdır. Belə ki, kənd əhalisi xüsusilə də qarlı-yağışlı havada bulaqlardan su götürməkdə xeyli çətinliklərlə qarşılaşır. Elə bu səbəbdən də qazianlılar Beynəlxalq Qızıl Xaç Komitəsinin qazdığı artezian quyusunu öz öhdəsinə götürən “Azərsu”yun həyətlərə kranlaşdırılmış su xəttinin çəkəcəyinin səbrsizliklə, bir qədər də narahatlıqla gözləyir.
5 qəpiyin qazandırdığı üstünlük
O ki qaldı yeni yaradılan su infrastrukturunun yaradıldığı kəndlərdə əhaliyə göstərilən xidmətlərə görə ödənişlərin yığılmasına, burada da bəzi fərqlər var. Belə ki, hazırda Beynəlxalq Qızıl Xaç Komitəsinin Qazianda qurduğu artezian quyusundan istifadəyə görə yerli əhali heç bir ödəniş tələb olunmur. Ancaq həm burada, həm də qonşu Qapanlıda su sistemi şəbəkəsi tam qurulduqdan və həyətlərdə kranlaşma aparıldıqdan sonra “Azərsu”yun yerli qurumu vahid tariflərə uyğun olaraq hər kubmetr suya görə 25 qəpik xidməthaqqı yığmağı planlaşdırır. “Oxfam”ın maliyyə dəstəyi ilə içməli su şəbəkəsinin qurulduğu ərazilərdə isə istehlakçılar hər kubmetr suya görə 30 qəpik ödəyir. “Qaynaqsu” MMÇ-nin sədri Zöhrab Həsənov deyir ki, “Oxfam”ın maliyyə dəstəyi ilə içməli su infrastrukturunun yaradıldığı kəndlərdə xidməthaqqı bir qayda olaraq nağd şəkildə yerli icmanın bələdiyyələrlə birgə təsis etdiyi MMC-lərə ödənilir və buna görə istehlakçıya qəbz də verilir. Yığılan puldan elektrik enerjisinin haqqı ödənildikdən sonra yerdə qalan vəsaitin 20 faizi bələdiyyənin hesabına köçürülür, digər hissəsi isə MMC-nin bank hesabında saxlanılır.
Zöhrab Həsənov deyir ki, qiymət “Azərsu”yun tariflərindən 5 qəpik yuxarı olsa da, hər kəs ay ərzində işlətdiyi suyun haqqını vaxtlı-vaxtında tam şəkildə ödəyir. Onun sözlərinə görə, ödənişlərin vaxtında və tam şəkildə yığılmasında istifadəçilər özləri də maraqlıdır. Çünki MMC-nin nizamnaməsinə əsasən, icmanın büdcəsinə müəyyən qədər vəsait yığıldıqdan sonra bu pullar kənddə digər sosial problemlərin həllinə, məsələn, yolların, tibb məntəqəsinin tikintisinə sərf oluna bilər: “Bu kəndin camaatı sudan o qədər korluq çəkib ki! Ona görə də həyətlərə kran çəkilən kimi hamı sudan gen-bol istifadə elədi. Sonra gördülər ki, çox su həm də çox xərc deməkdir, başladılar qənaət etməyə. İndi suyun da qədrini bilirlər, pullarının da. Amma hamı çalışır ki, büdcəyə pul yığılsın və tezliklə digər problemlərimizi həll edək”.
“Oxfam” təşkilatının kənd yerlərində içməli su modelindən “Azərsu” ASC-nin yerli qurumlarında da xəbərdardırlar. Ağcabədi “Sukanal” Sahəsinin rəisi Nizami Əsədov deyir ki, “Aran” HRİİB 3200-ə yaxın əhalisi, 600-ə yaxın ev təsərrüfatı olan Qaravəlli kəndində də içməli su infrastrukturunun yaradılmasına başlayıb. Layihəyə əsasən, təşkilat bu kənddə də artezian quyusu vasitəsilə birbaşa həyətlərə kranlaşdırılmış və sayğacı olan içməli su şəbəkəsi qurur.
Onun sözlərinə görə, artıq rəhbərlik etdiyi qurum tərəfindən də Ağcabədinin bəzi kəndlərində içməli su təchizatı ilə bağlı layihələr hazırlanıb: “Biz artıq həmin modelə uyğun olaraq Hindarx kəndində qazdığımız artezian quyusunu istifadəyə vermişik. Həmçinin mərkəzləşdirilmiş şəbəkənin quraşdırılması və həyətlərə kranlaşdırılmış su xətti çəkməyi nəzərdə tuturuq”.
Bununla belə, “Azərsu” rəsmisi kəndlərdə içməli su təchizatı üzrə xidmətlərin bələdiyyələrə verilməsi məsələsinə bir qədər ehtiyatla yanaşır. Bunu isə bələdiyyələrin maliyyə imkanlarının olmaması, bu qurumların idarəetmə sahəsində peşəkar kadrlarının azlığı ilə əlaqələndirir. Ancaq onu da əlavə edir ki, kəndlərdə içməli su idarəçiliyinin bələdiyyələrin səlahiyyətinə verilməsi hökumətdən asılıdır: “Kənd yerlərində bu səlahiyyətlərin bələdiyyələrə verilməsi üçün hökumətin xüsusi qərarı olmalıdır. Bəlkə də Nazirlər Kabineti belə bir qərar versə, büdcədən bunun üçün vəsait də ayrılar və bu halda bələdiyyələr o işin öhdəsindən gələr. Çünki hər şey maliyyə imkanından asılıdır. Əsas bu işi kimin görməsi deyil, əsas lazım olan işləri həyata keçirib susuz kəndləri su ilə təmin etməkdir”.
RUSLAN - Mediaforum
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Dünən, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Dünən, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Dünən, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Dünən, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Dünən, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Dünən, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Dünən, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Dünən, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Dünən, 12:50 |
|
|
|
• "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Dünən, 12:47 |
|
|
|
• MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Dünən, 12:41 |
|
|
|
• Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:39 |
|
|
|
• Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Dünən, 12:38 |
|
|
|
• 10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Dünən, 12:24 |
|
|
|
• Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Dünən, 12:22 |
|
|
|
• "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Dünən, 12:14 |
|
|
|
• Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Dünən, 12:01 |
|
|
|
• Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Dünən, 11:47 |
|
|
|
• İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Dünən, 11:39 |
|
|
|
• COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Dünən, 11:34 |
|
|
|
• FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Dünən, 11:32 |
|
|
|
• Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Dünən, 11:29 |
|
|
|
• Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Dünən, 11:21 |
|
|
|
• Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Dünən, 11:19 |
|
|
|
• Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb -DETALLAR
Dünən, 11:18 |
|
|
|
|