SÜLHMƏRAMLILARIN SÜLHƏ ZİDD MƏRAMLARI
Tarix: 26-09-2013, 11:08 |
Çap et
Birləşmiş Millətlər Təşkilatı etiraf edib ki, ən azı dörd sülhməramlısı keçən həftə Malidə baş vermiş qadın zorlanmasında iştirak edib. DİA.AZ “BBC”yə istinadən bildirir ki, cinayətdə şübhəli bilinən əsgərlər Çadın min beş yüz nəfərlik hərbi kontingentinə daxildirlər.
Onlar Malidə sabitləşmə üzrə beynəlxalq missiyanın bayrağı altında fəaliyyət göstərirlər. BMT istintaq aparıb və bəyan edib ki, Çad hakimiyyəti günahkarlar barədə qərar qəbul etməlidirlər. Beynəlxalq sülhməramlılar bu ilin yanvar ayından ölkənin şimalında islamçı qüvvələrə qarşı hərbi əməliyyat aparan fransız əsgərlərini əvəz edirlər.