MƏŞHUR POP-ULDUZUN ÖLÜMÜ ARAŞDIRILIR
Tarix: 28-09-2011, 12:23 |
Çap et
HƏKİMİN MƏHKƏMƏ PROSESİ BAŞLADI
DİA.AZ: - Los-Andcelsdə pop-ulduz Michael Jacksonın şəxsi həkiminin məhkəmə prosesi başlayıb. Michael Jackson 2009-cu ildə vəfat edib.
Həkim Conrad Murray qeyri-ixtiyari qətldə ittiham olunur. İddia olunur ki, pop-ulduzun ölümünə həkimin təyin etdiyi güclü təsirə malik ağrıkəsici dərmanın artıq dozada qəbulu səbəb olub. Michael Jacksonun halı pisləşəndə Murray təcili yardım çağırmaqda da yubanıb.
Vəkillər təkid edirlər ki, Jackson özü dərmanın dozası ilə bağlı səhvə yol verib.
Həkim Conrad Murraya qarşı ittiham təsdiqlənərsə, onu 4 ilədək həbs cəzası gözləyir.