"İŞİM OLSA, MİTİNQƏ GETMƏYƏCƏM"
Tarix: 28-09-2013, 12:47 |
Çap et
Açıq Cəmiyyət Partiyasının Ali Məclis sədri Zəminə Dünyamalıyeva Hafta.az-a açıqlamasında bildirib ki, Milli Şuranın bugünkü mitinqində iştirak edəcəyi məlum deyil: “Mitinqdə iştirak edə də bilərəm, etməyə də. İşim olsa, getməyəcəyəm”.
Məclis sədrinin sözlərinə görə, partiyanın mitinqdə iştirak etmək haqda qərarı yoxdu: “Biz bu mitinqdə də təşkilatçı olmadıq. Partiyanın da mitinqdə iştirak etmək haqda qərarı yoxdu. Kim istəsə öz istəyi ilə qatılacaq. Sülhəddin Əkbərin də iştirak edib-etməyəcəyini bilmirəm”.
Zəminə Dünyamalıyeva deyib ki, onların mitinqdə çıxış etmək üçün sözləri yoxdu: “O mitinqdəki partiya olaraq ACP təşkilatçılıq etmir, onun deməyə sözü də yoxdu”.
Qeyd edək ki, sentyabrın 28-də saat 16-da Bakıda Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyətinin razılığı ilə Cəmil Həsənlinin seçicilərlə görüş-mitinqi keçiriləcək.