MEHMAN ƏLİYEVDƏN HAQLI SUAL
Tarix: 28-09-2011, 12:39 |
Çap et
“SİZ PULLARI KİMƏ VERİRSİNİZ?”
“Haradadır hüquq müdafiəçiləri, jurnalist təşkilatları? Böyük məbləğdə qrantları kimlər, kimə verir? Nəyə görə bu təşkilatlar medianın problemləri ilə maraqlanmır? Ölkədə mətbuata qarşı böyük basqılar və təzyiqlər var. Qəzetlər fantastik məbləğlərdə cəriməlnir, jurnalistlər həbs edilir, qondarma ittihamlarla onlara cinayət işi açılır. Niyə bu adamlar səslərini çıxarmırlar?”
“Qafqazinfo”nun məlumatına görə, bu barədə bu gün Bakıda “Yeni media texnologiyaları vasitəsi ilə insan haqlarının qorunması” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edən “Turan” İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev çıxışında bildirib. Baş direktor RATİ və ABŞ-in Marşal Fondunun birgə təşkilatçılığı ilə keçirilən konfransda ölkə mediasının vəziyyəti haqqında ciddi narahatlığını ifadə verib. Onun sözlərinə görə, son vaxtlar Azərbaycanda medianın vəziyyəti daha da ağırlaşıb. M. Əliyev beynəlxalq təşkilatları, o cümlədən yerli QHT-ləri azad mətbuatın yanında olmağa çağırıb.